Bu gün səhər "BakuBus"a məxsus avtobusun nasazlıq səbəbindən yolda qalmasına rəsmi münasibət bildirilib.
Məsələ ilə bağlı DuzXeber.az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.
O qeyd edib ki, "BakuBus" MMC-nin istismarında olan 7B nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində Yasamal rayonu, Müstəqillik küçəsi (Yasamal-MİDA) ərazisində texniki nasazlıq yaranıb.
"Sürücü nasazlıq barədə dərhal Monitorinq Mərkəzinə məlumat verib. Avtobusda olan sərnişinlər xətt üzrə hərəkət edən digər 7B nömrəli avtobusa yönləndiriliblər. Əraziyə texniki servis əməkdaşları cəlb olunublar, nasazlıq qısa müddətdə aradan qaldırılıb və avtobus saat 09:11-də yenidən xəttə qaytarılıb", - deyə Ə.Əliyeva bildirib.(Oxu.az)


