Türkiyədə Manisanın Soma bölgəsində özəl mədən çöküb.

DuzXeber.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 7 mədənçi dağıntılar altında qalıb.

Onlardan ikisi xilas edilib, qalan 5 mədənçi üçün xilasetmə işləri davam edir.

Qeyd edək ki, 13 may 2014-cü ildə Soma bölgəsindəki kömür mədənində baş verən yanğın nəticəsində 301 mədənçi həlak olmuşdu.

Paylaş