İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində dörd gəmiyə zərbələr endirib.

DuzXeber.az İRNA-ya istinadən xəbər verir ki, hücumdan sonra gəmilər alovlanıb.

SEPAH-ın bəyanatında bildirilib ki, İran Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələri gəmiləri Fars körfəzinin şimalında neft doldurarkən aşkarlayıb. Ekipajın vəziyyəti barədə məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 20-də İran ordusu Hörmüz boğazında dəniz minasına ilişən tankerin partlaması barədə məlumat yayıb. Gəmidə 2 milyon barreldən çox neft olub.//Mürtəza

Paylaş