“Bakı Metropoliteni” QSC-nin Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri başa çatır.

QSC-dən DuzXeber.az-a bildirilib ki, stansiyada dalanın yenidən qurulması ilə bağlı işlər sabah yekunlaşır.

Qeyd edək ki, ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb.

Paylaş