ABŞ-də Hellouin bayramı ilə bağlı bir neçə şəhərdə keçirilən şənliklər faciə ilə nəticələnib.

DuzXeber.az xəbər verir ki, Dallasın “Deep Ellum” bölgəsində 3 ayrı silahlı hücum olub.

4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Hadisənin səbəbi hələ də məlum deyil, lakin bir neçə nəfər saxlanılıb.

İllinoys ştatının Bluminqton şəhərində baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Daha 6 nəfər həyat üçün təhlükə yaratmayan xəsarətlər alıb.

Delaver ştatının Nyuark şəhərində isə 6 nəfər yaralanıb. Alabama ştatında yaralıların sayı (1 nəfər ölüb) 8 nəfərə çatıb./yenisabah/

Paylaş