İsmayıllıda 37 yaşlı kişinin meyiti tapılıb.
DuzXeber.az xəbər verir ki, hadisə İvanovka kəndində qeydə alınıb.
Belə ki, oktyabrın 31-i saat 08 radələrində 1989-cu il təvəllüdlü kənd sakini Mixail İvanoviç Strekalovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.(nocomment.az)


