DuzXeber.az Oxu.az-a istinadla xəbər verir ki, Goranboy rayonunun Todan kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva şəhid anası olub.
Onun oğlu Sirac Qulu oğlu Həsənəliyev 1991-ci ildə Ermənistan silahlı qüvvələrinin Todan kəndində dinc əhalinin yaşadığı ərazini raket atəşinə tutması nəticəsində həlak olub. Həmin vaxt evlərinin qarşısında oynayan Sirac aldığı qəlpə yarasından həyatını itirib. O, cəmi 6 yaşında şəhid olub.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ölkə.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Lada NİVA” markalı minik avtomobili idarəetməni itirərək təxminən 150 metr hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, R. Həsənəliyeva hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


