"Boşdayanma - pis idarə etmədir,yaxud səriştəsizlik? İlərdir ki, SOCAR dəniz şəraitində çalışan neftçilərin nəqliyyat problemi həll olunmur..."
DuzXeber.az "Dia-az",-a istinadən  xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.NHMT sədri daha sonra SOCAR Azneft İB 28 May adına NQÇİ-də çalışan və Çilov adasında işləyən neftçilərin müraciətini ictimailəşdirib. Müraciətdə deyilir:"Uzun illərdi ki küləkli havada işə gedib gəlmə neftçilər üçün ciddi problem olub, təəssüf ki, hələ də bu problemin qarşısını almağa tələsilmir. Küləkli hava isə demək olar ki, tez-tez olur. Neftçilər işə - adaya könnə, kiçik gəmilərdə gedirlər. Külək olanda nəqliyyatla təmin olunmuruq. Həmin günlər üçün isə bizə boşdayanma yazılır. Bu proses isə vəzifəli şəxslərə (idarə rəisi, müavinləri, sahə rəisləri, müavinləri, xidmət rəisləri və s) şamil olunmur. Onlar həmin günlərdə helikopterlə təmin olunurlar. Təbii ki, bu da açıq-aşkar ayrıseçkilikdir. Çilov adasında hər gün vertalyot get-gəlişi olur. Sadəcə orda işləyən mühəndis və fəhlələr helikopterə buraxılmır. Bu proses isə uzun illərdir davam edir.Bütün qeyd olunanlar isə işçinin yox, işəgötürənin günahıdır, bizə boşdayanma yazılırsa, demək nəqliyyatın təşkili düz deyil və sahə üzrə cavabdeh şəxs işinin öhdəsindən gələ bilmir..."

Paylaş