Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın yeni Konstitusiyası referendumda təsdiqlənməsə, istefa verməyə hazır olduğunu bəyan edib.
DuzXeber.az xəbər verir ki, o, xalqa video müraciətində bildirib:
"Parlamentdəki hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının referendum keçirmək üçün 6 səsi çatmadığından müxalifətin xalqın referendum keçirilməsinə dair səs verməsini təklif edirəm. Qoy xalq öz qərarını versin. Əgər xalq yeni Konstitusiyanın əleyhinə səs verərsə, Baş nazir vəzifəsindən istefa verəcəyəm".
"Əgər onlar "bəli" səs versələr, onda mən növbəti seçkilərdə - nə müntəzəm, nə də növbədənkənar - Baş nazirliyə namizəd olmayacağam. Növbəti seçkilərə qədər Baş nazir kimi Azərbaycanla sülhün institutlaşdırılmasına və yekunlaşdırılmasına diqqət yetirəcəyəm ki, bunun baş verəcəyinə əminəm", - deyə Paşinyan əlavə edib.


