30.01.2026
Duzxeber.az: - Son dövrlər bank xidmətləri ilə bağlı vətəndaşların narazılığı artmaqdadır. Xüsusilə də əvvəlcədən xəbərdarlıq edilmədən, aydın izah verilmədən “xidmət haqqı” adı altında kart hesablarından vəsaitlərin tutulması cəmiyyətdə ciddi suallar doğurur. Təəssüf ki, belə hallardan biri birbaşa mənim –
"DogruXeber.tv" informasiya portalının baş redaktoru Kamal Əsgərovun başına gəlib.
Belə ki, ötən gün şəxsi bank kartıma mobil tətbiq vasitəsilə nəzarət edərkən balansda “-3 manat” mənfi qalıq qeydə alındığını müşahidə etdim. Kart hesabında ümumiyyətlə vəsait olmadığı halda mənfi balansın yaranması məni dərhal məsələnin səbəbini araşdırmağa vadar etdi.
Bu məqsədlə Kapital Bankın 196 çağrı mərkəzi ilə əlaqə saxladım. Operatorla aparılan dialoq zamanı bildirildi ki, kart balansında vəsait olmadığı üçün 3 manat bank tərəfindən xidmət haqqı kimi tutulub və bu səbəbdən hesabda mənfi qalıq yaranıb. Lakin hansı konkret xidmətə görə bu məbləğin çıxıldığı soruşulduqda operator suala dəqiq və əsaslandırılmış cavab verə bilmədi. Yeganə deyilən isə bunun “kartla bağlı ödəniş” olması idi.
Qeyd edim ki, sözügedən kart uzun illərdir istifadədədir. Bu müddət ərzində kartın dəyişdirilməsi, yenilənməsi, əlavə xidmətlərin qoşulması və ya hər hansı yeni bank əməliyyatı aparılmayıb. Bu halda heç bir rəsmi bildiriş, SMS və ya xəbərdarlıq olmadan vəsaitin tutulması tam haqlı narazılıq doğurur.
Məsələ ilə bağlı etirazımı bildirdikdən sonra operator şikayətin qeydə alındığını və 5 iş günü ərzində araşdırılaraq məlumat veriləcəyini bildirdi. Lakin bundan təxminən bir gün sonra kart balansını yenidən yoxlayarkən həmin 3 manatın Kapital Bank tərəfindən geri qaytarıldığını müşahidə etdim. Bununla belə, bank tərəfindən mənə heç bir rəsmi izahat, zəng və ya yazılı məlumat təqdim olunmadı.
Bu fakt açıq sual yaradır: əgər tutulma qanuni və əsaslı idisə, vəsait niyə izahsız şəkildə geri qaytarıldı?
Hadisə onu göstərir ki, Kapital Bank bəzi hallarda vətəndaşın kart hesabından xəbərdarlıq etmədən vəsait çıxara bilir. Üstəlik, bu əməliyyatlar barədə nə SMS bildirişi göndərilir, nə də mobil tətbiqdə aydın məlumat əks olunur. Əgər kart hesabında kifayət qədər vəsait olsaydı və vətəndaş balansını dəqiq izləməsəydi, bu pulun çıxıldığından ümumiyyətlə xəbəri olmayacaqdı.
Məhz kart hesabında vəsaitin olmaması və balansda mənfi göstəricinin yaranması bu problemin üzə çıxmasına səbəb olub. Əks halda, bu tutulma səssiz şəkildə həyata keçiriləcəkdi.
Bu vəziyyət bank-vətəndaş münasibətlərində şəffaflığın pozulması, istehlakçı hüquqlarının tapdanması və etik normalara zidd davranış kimi qiymətləndirilməlidir. Söhbət burada təkcə 3 manatdan yox, prinsipial və sistemli problemdən gedir.
Qeyd edək ki, qarşıdakı günlərdə bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi nəzərdə tutulur. Eyni zamanda ehtimal olunur ki, oxşar hallarla digər vətəndaşlar da qarşılaşıb, lakin ya bunu fərq etməyiblər, ya da araşdırmayıblar.
"DogruXeber.tv" olaraq bu məsələni ictimailəşdirir, aidiyyəti qurumların və hüquq-mühafizə orqanlarının diqqətinə çatdırır və bu kimi halların ciddi şəkildə araşdırılmasını tələb edirik. Banklar anlamalıdır ki, vətəndaşın hesabındakı vəsait onun şəxsi mülkiyyətidir və xəbərdarlıq edilmədən, izahsız şəkildə həmin vəsaitə toxunmaq yolverilməzdir.
"DogruXeber.tv" mövzunu diqqətdə saxlayacaq və araşdırmanın nəticələrini ictimaiyyətə təqdim edəcək.
Kapital Bank vətəndaşın kartından necə və hansı əsasla vəsait çıxarır?

Oxşar xəbərlər
-
26.01.2026Hüseyin Özuysal və Selcuk Demirin sədr olduğu "Ziraat Bank Azərbaycan"da 318 milyonluq boşluq: Rəsmi hesabatın acı rəqəmləri -
23.01.2026Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
22.11.2025Prezident açılış etdi - FOTOLAR -
20.11.2025Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...