5.08.2026
Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)
DuzXeber.az: “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs (PHŞ) ″GEOPROJECT″ MMC, "İNTEGRİS" MMC, "AZİN CONSTRUCTİON" MMC və “ARCH-TİKİNTİ” MMC ilə layihələndirmə işləri, "NAKHISH" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ ilə Bəylik kəndində meyvə bağının salınması, eləcə də "HAYAT GROUP" MMC ilə xüsusi təyinatlı texnikaların təmiri ilə bağlı anlaşıb. 28.06.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, tərəflər arasında razılaşma ″GEOPROJECT″ MMC ilə 1.287.757 manatlıq “Vəlibəyli kəndi), "İNTEGRİS" MMC ilə 896.139 manatlıq (Qoşasu kəndi) və "HAYAT GROUP" MMC ilə 38.551 manatlıq olub. Daha sonra-24.07.2026-cı il tarixdə isə eyni dövlət portalında yer alan məlumata görə, "AZİN CONSTRUCTİON" MMC ilə 1.449.984 manatlıq ( Hacıxanlı kəndi), “ARCH-TİKİNTİ” MMC ilə 874.969 manatlıq (Səfiyan kəndi) və "NAKHISH" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ ilə 74.860 manatlıq müqavilə bağlanıb.
Sadadığımız müqavilələrdə bir ortaq nöqtə diqqət çəkir: Bütün epizodlarda tərəflər arasında satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)
Məhz bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir...Bu istiqamətdə oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var... Yuxarıda qeyd etdiyimiz kimi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ müvafiq satınalma müsabiqələri elan etmədən, bir mənbədən olmaqla sadaladığımız şirkətlərlə müqavilələr bağlayıb. Həm də toplam dəyəri milyonlarla ölçülən müqavilələr...
Bu maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!
Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...
İndi isə sual olunur: , “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in müxtəlif işlərlə bağlı sadaladığımız şirkətlərlə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???
Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, , “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?
Siyahıda yer alan şirkətlər hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s...
***
Biz, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in icraçl direktoru cənab Rafiq Salmanova 6 sualdan ibarət online rəsmi sorğu ünvanladıq...Təəssüf ki, sorğumuz hələ də cavabsız olaraq qalır(?)
Haşiyə: Xatırladaq ki, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ prezident cənab İlham Əliyevin 26 may 2023-cü il tarixli №2151 fərmanı ilə yaradılıb. Qurumun icraçı direktoru Rafiq Salmanov isə ötən ilin sentyabr ayından bu vəzifəni daşıyır...
Hörmətlə xatırlatma...
Əvvəla, hörmətli icraçı direktora xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!
Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır...
Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(yenixeberorg.com)
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)DuzXeber.az: “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs (PHŞ) ″GEOPROJECT″ MMC, "İNTEGRİS" MMC, "AZİN CONSTRUCTİON" MMC və “ARCH-TİKİNTİ” MMC ilə layihələndirmə işləri, "NAKHISH" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ ilə Bəylik kəndində meyvə bağının salınması, eləcə də "HAYAT GROUP" MMC ilə xüsusi təyinatlı texnikaların təmiri ilə bağlı anlaşıb. 28.06.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, tərəflər arasında razılaşma ″GEOPROJECT″ MMC ilə 1.287.757 manatlıq “Vəlibəyli kəndi), "İNTEGRİS" MMC ilə 896.139 manatlıq (Qoşasu kəndi) və "HAYAT GROUP" MMC ilə 38.551 manatlıq olub. Daha sonra-24.07.2026-cı il tarixdə isə eyni dövlət portalında yer alan məlumata görə, "AZİN CONSTRUCTİON" MMC ilə 1.449.984 manatlıq ( Hacıxanlı kəndi), “ARCH-TİKİNTİ” MMC ilə 874.969 manatlıq (Səfiyan kəndi) və "NAKHISH" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ ilə 74.860 manatlıq müqavilə bağlanıb.
Sadadığımız müqavilələrdə bir ortaq nöqtə diqqət çəkir: Bütün epizodlarda tərəflər arasında satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)
Məhz bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir...Bu istiqamətdə oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var... Yuxarıda qeyd etdiyimiz kimi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ müvafiq satınalma müsabiqələri elan etmədən, bir mənbədən olmaqla sadaladığımız şirkətlərlə müqavilələr bağlayıb. Həm də toplam dəyəri milyonlarla ölçülən müqavilələr...
Bu maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!
Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...
İndi isə sual olunur: , “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in müxtəlif işlərlə bağlı sadaladığımız şirkətlərlə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???
Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, , “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?
Siyahıda yer alan şirkətlər hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s...
***
Biz, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in icraçl direktoru cənab Rafiq Salmanova 6 sualdan ibarət online rəsmi sorğu ünvanladıq...Təəssüf ki, sorğumuz hələ də cavabsız olaraq qalır(?)
Haşiyə: Xatırladaq ki, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ prezident cənab İlham Əliyevin 26 may 2023-cü il tarixli №2151 fərmanı ilə yaradılıb. Qurumun icraçı direktoru Rafiq Salmanov isə ötən ilin sentyabr ayından bu vəzifəni daşıyır...
Hörmətlə xatırlatma...
Əvvəla, hörmətli icraçı direktora xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!
Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır...
Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(yenixeberorg.com)
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər… -
22.01.2026Tovuzda yolların əsaslı təmiri də, abadlıq işləri də şübhəli yollarla aparılır -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.01.2026“Nakhish” MTK-ya həm cərimələr tətbiq edilir, həm də milyonluq tenderlər verilir – Bu necə olur?
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



