Canlı yayım
5.08.2026

Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO


Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

DuzXeber.az Teleqraf-a istinadla xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı avtomobil qarşıdan gələn "VAZ-2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
MedialMedial

Xəbər lenti