30.01.2026
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun formal görüşlərinin pərdəarxası
"DogruXeber.tv" xəbər verir ki, 26 yanvar 2026-cı il tarixində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri Qaradağ rayonu, Müşfiq qəsəbəsində yerləşən Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində növbəti “səyyar görüş-qəbul” keçirib. Rəsmi məlumatlarda bu görüş əhalinin problemlərinin dinlənilməsi, müraciətlərin yerində həlli və sosial rifahın yüksəldilməsinə xidmət edən tədbir kimi təqdim olunur.

Lakin "DogruXeber.tv"nin apardığı araşdırma göstərir ki, bu “səyyar qəbul” da əvvəlkilər kimi yalnız formal xarakter daşıyıb.
Əvvəla, “səyyar görüş” adı altında keçirilən tədbirdə real problemli Cəbrayıl sakinləri iştirak etməyib. Görüşün iştirakçı tərkibinə baxıldıqda aydın olur ki, zal əsasən məktəb kollektivi ilə doldurulub. Halbuki Müşfiq qəsəbəsində məskunlaşmış onlarla Cəbrayıl sakini var ki, onların birinin belə bu görüşdən xəbəri olmayıb.
Bu tip “qəbul”ların necə təşkil edildiyi artıq hamıya bəllidir. DogruXeber.tv-nin əldə etdiyi məlumata görə, Cəbrayıl Təhsil Sektorunun müdiri Zamiq Qurbanov əvvəlcədən məktəb rəhbərliyinə göstəriş verir ki, kollektiv müəyyən edilmiş tarixdə görüşdə iştirak etməlidir. Nəticədə dolanışıq dərdi ilə yaşayan məktəb kollektivi növbəti dəfə iradəsindən asılı olmayaraq bu formal tədbirin iştirakçısına çevrilir.
Bu insanların hansı problemi səsləndirməsi gözlənilir?
Əvvəldən tapşırıqlandırılmış, “susmaq və görüntü yaratmaq” rolunu üzərinə götürmüş kollektiv hansı sosial ağrıdan danışa bilər?
DogruXeber.tv-nin diqqətini çəkən əsas məqam isə rəsmi açıqlamalarda yer alan açıq ziddiyyətlərdir.
Belə ki, bildirilir ki, guya görüş zamanı səsləndirilən problemlərin bir qismi yerində həll olunub, digərləri isə aidiyyəti qurumlara yönləndirilib. Fotomateriallara diqqət yetirildikdə isə bir nəfər də olsun sual verən, problem səsləndirən şəxs görünmür. Bu fakt rəsmi məlumatların həqiqəti əks etdirmədiyini açıq şəkildə ortaya qoyur.
Çünki problemli sakinlər orada olmayıb. Orada yalnız əvvəlcədən prosesə cəlb edilmiş məktəb kollektivi iştirak edib. Onların sosial problemləri dilə gətirməsi mümkün deyil, çünki bu “görüş” problemləri eşitmək üçün yox, hesabat üçün görüntü yaratmaq məqsədi daşıyır.
Beləliklə, Kamal Həsənovun keçirdiyi bu “səyyar qəbul” nə vətəndaşla dialoqdur, nə də real problemlərin həlli istiqamətində atılmış addımdır. Bu, daha çox yuxarı instansiyalara təqdim olunmaq üçün hazırlanmış, administrasiyanı aldatmağa hesablanmış formal bir tədbirdir.
On ildən artıqdır ki, Cəbrayıl rayonuna başçılıq edən Kamal Həsənov illərdir eyni metoddan istifadə edir: şablon çıxışlar, formal görüşlər, reallığı əks etdirməyən hesabatlar. Amma nəticə dəyişmir. Əksinə, bu cür yanaşma cəmiyyətin dövlət məmurlarına olan inamını tamamilə sarsıdır.
Sadə xalq illərdir bu yalançı görüntüləri görür və artıq belə “qəbul”lara zərrə qədər də etibar etmir. Real problemlər həll olunmur, vətəndaşın səsi eşidilmir, yalnız kağız üzərində “uğurlu görüşlər” qalır.
"DogruXeber.tv" bu cür formal tədbirlərin, süni görüntülərin və reallıqdan uzaq hesabatların ifşasını davam etdirəcək və cəmiyyətə həqiqəti çatdırmaqdan çəkinməyəcək.
Bakı şəhəri Qaradağ rayonunda səyyar görüş-qəbul keçirilib
Səyyar qəbul, yoxsa səyyar görüntü?

Oxşar xəbərlər
-
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
21.01.2026Son üç ildə 25 milyonluq keytring xidməti göstərən Ziyafət Fərzəliyevin rolu əslində nədir -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
19.12.2025Qaradağda qanunsuz tikinti dalğası: "Qara dərə" niyə nəzarətsiz qalıb? -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...