2-02-2026, 16:14
Özəl tibb müəssisələri onkoloji tibbi xidmət həyata keçirə biləcək.
Duzxeber.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb.
Hazırda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xüsusda, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin
dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.
Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin, “Onkoloji yardım haqqında” Qanuna əsasən vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.
Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir. Hal-hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.
Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.
Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcəkdir. Bu isə vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququ təmin ediləcəkdir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər
Özəl tibb müəssisələri onkoloji tibbi xidmət həyata keçirə biləcək.Duzxeber.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb.
Hazırda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xüsusda, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin
dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.
Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin, “Onkoloji yardım haqqında” Qanuna əsasən vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.
Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir. Hal-hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.
Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.
Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcəkdir. Bu isə vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququ təmin ediləcəkdir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
-
22-01-2026, 12:11Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər -
22-01-2026, 12:30Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq -
21-01-2026, 13:00Ali Məhkəmədən estetik əməliyyatlarla bağlı qərar -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ! -
21-11-2025, 17:30Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
Xəbər lenti
-
Bugün, 16:45Şahin Bağırov onu Gəncə Gömrük İdarəsinə rəis təyin etdi
-
Bugün, 16:30İmişlidə yanmış evdən meyit aşkarlanıb
-
Bugün, 16:151 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında…
-
Bugün, 15:45Hüsaməddin Cindoruk vəfat etdi
-
Bugün, 15:30Işın Karaca Yunanıstandan deportasiya edildi
-
Bugün, 15:15Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
-
Bugün, 15:00Rusiyanın itkiləri açıqlandı – ŞOK RƏQƏMLƏR
-
Bugün, 14:45Cəlilabadda 17 kq narkotik vasitə aşkarlandı
-
Bugün, 14:30“Bezdik, bu qədər cərimə olmaz, 700 manat ödəmişəm”
-
Bugün, 14:15TRİPP-in inşasında İrəvana üçüncü tərəfddaş da lazım olacaq
-
Bugün, 14:00Ermənilər pullarımızı sayır
-
Bugün, 13:45Bazar günü yağış yağacaq
-
Bugün, 13:30Dağıstanda 762 ev hələ də su altındadır
-
Bugün, 13:15Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi
-
Bugün, 13:00Elnar Quliyeva insan alverinə görə həbs olundu
-
Bugün, 12:45Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
-
Bugün, 12:30"Yer üzündəki ən sevimli insanım"
-
Bugün, 12:15Daşınmaz əmlak şirkətlərinə verilən kreditlərin həcmi kəskin azalıb
-
Bugün, 12:00Azərbaycan Ermənistana 887 ton dizel göndərir
-
Bugün, 11:45Boşandığı həyat yoldaşı ilə bağlı paylaşım etdi
-
Bugün, 11:30Paşinyanın kortejini müşayiət edən avtobus qəza törədib, 1 nəfər ölüb, yaralılar var
-
Bugün, 11:15Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək
-
Bugün, 11:00Sertifikatlaşdırılma prosesinə cəlb olunacaq fənlər (SİYAHI)
-
Bugün, 10:45Ozzi Osbornun malikanəsi satışa çıxarıldı
-
Bugün, 10:30Azərbaycanda FACİƏ: Maşın piyadanı vuraraq ÖLDÜRDÜ
-
Bugün, 10:15Premyer Liqanın XXVII turunda bu gün daha 3 oyun keçiriləcək
-
Bugün, 10:00İnnovasiya və Təchizat Mərkəzindən “Azfar Med”ə 31 milyonluq sifariş
-
Bugün, 09:45“MediaPulse” təcrübə proqramına start verildi: tələbələr üçün yeni media imkanları
-
Bugün, 09:30Kamboca kralında xərçəng aşkarlandı
-
Bugün, 09:15Xəzər dənizində zəlzələ baş verib


