6.08.2026
Azərbaycanda azyaşlıların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin imzaladığı fərmanla sosial şəbəkələrdən istifadə ilə bağlı qanunun tətbiqi təmin edilir. Yeni qaydalara əsasən, 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdə hesab açmasına məhdudiyyət qoyulması nəzərdə tutulur. Məqsəd uşaqları internet mühitində mövcud olan zərərli təsirlərdən qorumaq, onların sağlam inkişafına dəstək verməkdir.
Mövzu ilə bağlı DuzXeber.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirdi ki, sosial şəbəkələr müasir dünyanın ayrılmaz hissəsinə çevrilsə də, onların müəyyən mənfi tərəfləri də mövcuddur.
Deputat qeyd etdi ki, bu təsirlərdən ən çox zərər görənlər yetkinlik yaşına çatmayan uşaqlardır:
“Sosial şəbəkələr bəşəriyyət üçün böyük imkanlar yaratdığı kimi, təəssüf ki, müəyyən fəsadlara da səbəb olur. Bu fəsadlar ilk növbədə yetkinlik yaşına çatmayan uşaqlara təsir göstərir”.
Onun sözlərinə görə, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqların və yeniyetmələrin həm inkişafına, həm də dünyagörüşünün formalaşmasına mənfi təsir göstərə bilər.
A.Mirzəzadə bildirdi ki, bununla bağlı dünyanın müxtəlif ölkələrində fərqli tədbirlər həyata keçirilir. Deputatın fikrincə, Azərbaycanda 16 yaşınadək uşaqların sosial şəbəkələrdə hesab açmasına qoyulan məhdudiyyət də beynəlxalq təcrübəyə əsaslanır.

Millət vəkili vurğuladı ki, bu sahədə tətbiq ediləcək nəzarət mexanizmləri ilə bağlı ictimaiyyət məlumatlandırılacaq. Bununla yanaşı, əsas məsuliyyət ailələrin üzərinə düşür.
“Bu o demək deyil ki, yeniyetmə 16 yaşı tamam olan kimi sosial şəbəkədə hesab açmalı və oradakı bütün mənfi təsirlərlə üz-üzə qalmalıdır. Valideynlər övladlarına nəzarət etməli, onları düzgün istiqamətləndirməli, sosial şəbəkələrin faydaları ilə yanaşı, riskləri barədə də məlumatlandırmalıdırlar”, - deyə deputat qeyd edib.
Aydın Mirzəzadənin sözlərinə görə, yalnız sosial şəbəkələrin deyil, sürətlə inkişaf edən süni intellekt texnologiyalarının da mümkün mənfi təsirləri nəzərə alınmalıdır.
“Həm sosial şəbəkələrin, həm də süni intellekt texnologiyalarının mümkün mənfi təsirlərindən hər kəsin, xüsusilə də uşaq və yeniyetmələrin maksimum qorunması vacibdir. Gələcəkdə xaricdə gənclərin qorunmasına və sağlam tərbiyəsinə xidmət edən yeni praktikalar formalaşarsa, onların da tətbiqi məqsədəuyğun olacaq”, - deyə millət vəkili əlavə edib./Müəllif: Adəm Abbaslı/
16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
Azərbaycanda azyaşlıların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin imzaladığı fərmanla sosial şəbəkələrdən istifadə ilə bağlı qanunun tətbiqi təmin edilir. Yeni qaydalara əsasən, 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdə hesab açmasına məhdudiyyət qoyulması nəzərdə tutulur. Məqsəd uşaqları internet mühitində mövcud olan zərərli təsirlərdən qorumaq, onların sağlam inkişafına dəstək verməkdir.Mövzu ilə bağlı DuzXeber.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirdi ki, sosial şəbəkələr müasir dünyanın ayrılmaz hissəsinə çevrilsə də, onların müəyyən mənfi tərəfləri də mövcuddur.
Deputat qeyd etdi ki, bu təsirlərdən ən çox zərər görənlər yetkinlik yaşına çatmayan uşaqlardır:
“Sosial şəbəkələr bəşəriyyət üçün böyük imkanlar yaratdığı kimi, təəssüf ki, müəyyən fəsadlara da səbəb olur. Bu fəsadlar ilk növbədə yetkinlik yaşına çatmayan uşaqlara təsir göstərir”.
Onun sözlərinə görə, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqların və yeniyetmələrin həm inkişafına, həm də dünyagörüşünün formalaşmasına mənfi təsir göstərə bilər.
A.Mirzəzadə bildirdi ki, bununla bağlı dünyanın müxtəlif ölkələrində fərqli tədbirlər həyata keçirilir. Deputatın fikrincə, Azərbaycanda 16 yaşınadək uşaqların sosial şəbəkələrdə hesab açmasına qoyulan məhdudiyyət də beynəlxalq təcrübəyə əsaslanır.

Millət vəkili vurğuladı ki, bu sahədə tətbiq ediləcək nəzarət mexanizmləri ilə bağlı ictimaiyyət məlumatlandırılacaq. Bununla yanaşı, əsas məsuliyyət ailələrin üzərinə düşür.
“Bu o demək deyil ki, yeniyetmə 16 yaşı tamam olan kimi sosial şəbəkədə hesab açmalı və oradakı bütün mənfi təsirlərlə üz-üzə qalmalıdır. Valideynlər övladlarına nəzarət etməli, onları düzgün istiqamətləndirməli, sosial şəbəkələrin faydaları ilə yanaşı, riskləri barədə də məlumatlandırmalıdırlar”, - deyə deputat qeyd edib.
Aydın Mirzəzadənin sözlərinə görə, yalnız sosial şəbəkələrin deyil, sürətlə inkişaf edən süni intellekt texnologiyalarının da mümkün mənfi təsirləri nəzərə alınmalıdır.
“Həm sosial şəbəkələrin, həm də süni intellekt texnologiyalarının mümkün mənfi təsirlərindən hər kəsin, xüsusilə də uşaq və yeniyetmələrin maksimum qorunması vacibdir. Gələcəkdə xaricdə gənclərin qorunmasına və sağlam tərbiyəsinə xidmət edən yeni praktikalar formalaşarsa, onların da tətbiqi məqsədəuyğun olacaq”, - deyə millət vəkili əlavə edib./Müəllif: Adəm Abbaslı/
Oxşar xəbərlər
Xəbər lenti
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı
-
6.08.2026DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
-
6.08.2026Qızıl bahalaşdı
-
6.08.2026Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
-
6.08.2026Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
-
6.08.2026“Qarabağ” - “Dinamo” matçının biletləri satışa çıxarılır
-
6.08.2026Bakıda ticarət mərkəzində faciə – Ölən var
-
6.08.2026Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜLƏR
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı


