6.08.2026
DuzXeber.az: Ajans.az-ın Baş redaktoru Tural Müseyibov ADY sürət qatarlarının biznes sinfində sərnişinlərə təqdim edilən "ADY PFM CATERİNG" etiketli meyvə şirəsinin üzərində istehsal tarixinin göstərilməməsi və qablaşdırma keyfiyyəti ilə bağlı narazılıq qaldırıb. Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə və sədr Rövşən Rüstəmova rəsmi sorğu ünvanlansa da, uzun müddət keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Sorğuda tenderin keçirilib-keçirilməməsi, şirkətin seçilmə meyarları, xidmətə ayrılan vəsaitin məbləği və AQTA sertifikatının mövcudluğu da daxil olmaqla 12 əsas suala aydınlıq gətirilməsi tələb olunur. Baş redaktor məsələnin ictimaiyyət üçün qaranlıq qalan məqamlarını diqqətdə saxlamaq məqsədilə mövzu ilə bağlı video müraciət də hazırlayaraq aidiyyəti quruma ünvanlayıb.
32gun.az olaraq məsələyə biganə qalmadıq.
Şirkətlə bağlı rəsmi mənbələr və bəzi resurslar üzərindən araşdırma apardıq. Araşdırmalarımız zamanı məlum oldu ki, "PFM Catering" brendi Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, ev 22, mənzil 49 hüquqi ünvanında qeydiyyatda olan və Elnur Tofiq oğlu İsmayılovun qanuni təmsilçisi olduğu "Private Facility Management" MMC-yə məxsusdur.

Bu şirkət təkcə qatarlara və korporativ sektora iaşə xidməti göstərməklə kifayətlənmir, eyni zamanda binaların texniki idarəedilməsi və qida məhsullarının topdan satışı istiqamətlərində də fəaliyyət yürüdür.
Lakin rəsmi dövlət satınalmaları portalında (etender.gov.az) apardığımız araşdırmalar zamanı ADY tərəfindən biznes sinifdə qida xidmətinin göstərilməsi ilə bağlı hər hansı bir tenderin keçirilməsinə dair heç bir məlumat tapılmayıb. Bu isə tərəflər arasındakı əməkdaşlığın hansı hüquqi əsaslarla və necə qurulması sualını ortaya çıxarır.
Bununla yanaşı, dövlət reyestr məlumatları üzərindən əldə etdiyimiz ən diqqətçəkən fakt şirkətin maliyyə öhdəlikləri ilə bağlıdır.

Məlumata görə, ADY-nin sərnişinlərin qidalanmasını həvalə etdiyi , nizamnamə kapitalı 10 manat olan "Private Facility Management" MMC-nin dövlət büdcəsinə 211 min 851 manat 92 qəpik məbləğində külli miqdarda vergi borcu mövcuddur.
Tender keçirilmədən xidmətin həvalə edilməsi, təqdim olunan qidaların mənşəyinin qaranlıq qalması və təminatçı şirkətin böyük vergi borcunun olması ADY-nin bu əməkdaşlığı hansı şərtlərlə həyata keçirdiyi sualını daha da kəskinləşdirir.(mediatvaz.com)
ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
DuzXeber.az: Ajans.az-ın Baş redaktoru Tural Müseyibov ADY sürət qatarlarının biznes sinfində sərnişinlərə təqdim edilən "ADY PFM CATERİNG" etiketli meyvə şirəsinin üzərində istehsal tarixinin göstərilməməsi və qablaşdırma keyfiyyəti ilə bağlı narazılıq qaldırıb. Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə və sədr Rövşən Rüstəmova rəsmi sorğu ünvanlansa da, uzun müddət keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Sorğuda tenderin keçirilib-keçirilməməsi, şirkətin seçilmə meyarları, xidmətə ayrılan vəsaitin məbləği və AQTA sertifikatının mövcudluğu da daxil olmaqla 12 əsas suala aydınlıq gətirilməsi tələb olunur. Baş redaktor məsələnin ictimaiyyət üçün qaranlıq qalan məqamlarını diqqətdə saxlamaq məqsədilə mövzu ilə bağlı video müraciət də hazırlayaraq aidiyyəti quruma ünvanlayıb.32gun.az olaraq məsələyə biganə qalmadıq.
Şirkətlə bağlı rəsmi mənbələr və bəzi resurslar üzərindən araşdırma apardıq. Araşdırmalarımız zamanı məlum oldu ki, "PFM Catering" brendi Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, ev 22, mənzil 49 hüquqi ünvanında qeydiyyatda olan və Elnur Tofiq oğlu İsmayılovun qanuni təmsilçisi olduğu "Private Facility Management" MMC-yə məxsusdur.

Bu şirkət təkcə qatarlara və korporativ sektora iaşə xidməti göstərməklə kifayətlənmir, eyni zamanda binaların texniki idarəedilməsi və qida məhsullarının topdan satışı istiqamətlərində də fəaliyyət yürüdür.
Lakin rəsmi dövlət satınalmaları portalında (etender.gov.az) apardığımız araşdırmalar zamanı ADY tərəfindən biznes sinifdə qida xidmətinin göstərilməsi ilə bağlı hər hansı bir tenderin keçirilməsinə dair heç bir məlumat tapılmayıb. Bu isə tərəflər arasındakı əməkdaşlığın hansı hüquqi əsaslarla və necə qurulması sualını ortaya çıxarır.
Bununla yanaşı, dövlət reyestr məlumatları üzərindən əldə etdiyimiz ən diqqətçəkən fakt şirkətin maliyyə öhdəlikləri ilə bağlıdır.

Məlumata görə, ADY-nin sərnişinlərin qidalanmasını həvalə etdiyi , nizamnamə kapitalı 10 manat olan "Private Facility Management" MMC-nin dövlət büdcəsinə 211 min 851 manat 92 qəpik məbləğində külli miqdarda vergi borcu mövcuddur.
Tender keçirilmədən xidmətin həvalə edilməsi, təqdim olunan qidaların mənşəyinin qaranlıq qalması və təminatçı şirkətin böyük vergi borcunun olması ADY-nin bu əməkdaşlığı hansı şərtlərlə həyata keçirdiyi sualını daha da kəskinləşdirir.(mediatvaz.com)
Oxşar xəbərlər
-
3.08.2026Bakı-Tbilisi üzrə əlavə reys planlaşdırılır -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.02.2026Vətəndaşlara “qan udduran” “City Life” kimindir? - FOTO -
12.02.2026Dəfələrlə inzibati xəta protokolu tərtib edilən QSC milyonluq tenderləri necə əldə edə bilir - “Ramco” QSC müəmması -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
7.08.2026Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb-FOTO
-
7.08.2026Özəl bağçalarla maliyyələşmə görüşü keçirildi
-
7.08.2026"Qarşılıqlı tədbirlər görəcəyik" - İspaniyadan İtaliyaya XƏBƏRDARLIQ
-
7.08.2026Həftəsonu güclü külək əsəcək
-
7.08.2026"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
-
7.08.2026Avropada ölümcül istilər: Temperatur 42 dərəcəyə çatdı
-
7.08.2026Sosial şəbəkədə nalayiq ifadələr işlədən qadın saxlanıldı
-
7.08.2026Bu ölkədə quş qripi sürətlə yayılır - Məhdudiyyətlər tətbiq olundu
-
7.08.2026“Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
7.08.2026Jurnalistikanın qabiliyyət imtahanının nəticələri açıqlandı
-
7.08.2026Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir
-
7.08.2026Hərbi qulluqçular üçün sınaq imtahanları keçirilir
-
7.08.2026Bağlanan universitetin müəllimləri narazıdır –Video
-
7.08.2026Yaxın Şərqdəki gərginlik fonunda dünya birjalarında neft bahalaşır
-
7.08.2026Fermada ov tüfəngi ilə bibisini öldürdü
-
7.08.202620 manatlıq ödəniş ləğv olundu
-
7.08.2026Kəndlinin məhsulu bazarda 50 dəfə baha satılır: Vətəndaşları belə soyurlar!
-
7.08.2026İlham Əliyev sərəncam imzaladı
-
7.08.2026Moskvada güclü partlayış səsləri eşidildi
-
7.08.2026Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
-
7.08.2026Gürcüstan Bakı-Tbilisi qatarını niyə qəbul etmir?
-
7.08.2026Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA
-
7.08.2026Hörmüz boğazında həyəcan: Neft gəmiləri dayanıb, bazar qərar gözləyir
-
7.08.2026Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ
-
7.08.2026Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı- VİDEO
-
7.08.2026Bakının mərkəzində obyekt yanır
-
7.08.2026Ebola dəhşət saçır - Ölənlərin sayı 1801-ə yüksəldi
-
7.08.2026Bakıda yaşayanların DİQQƏTİNƏ!7 avqust 2026-cı il saat 00:00-dan etibarən...
-
7.08.2026Ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var
-
7.08.2026Kolleclərə qəbul olmaq istəyənlər üçün – Vacib xəbər



