5.02.2026
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib. Ötən ilin dekabrında Əmək Məcəlləsinə edilən son dəyişikliklər müəllimlərin illik məzuniyyət hüququndan istifadə imkanlarını daha çevik hala gətirib. Yeni qaydaya əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilər əmək məzuniyyətlərini yalnız yay tətili dövründə deyil, müəyyən hallarda tədris ili ərzində də götürə biləcəklər.
Duzxeber.az xəbər verir ki, Əmək Məcəlləsinin 131-ci maddəsinin 5-ci hissəsində edilən düzəliş nəticəsində “bir qayda olaraq, məktəblərdə yay tətili dövründə” ifadəsi “məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində” sözləri ilə əvəz olunub. Beləliklə, qanun artıq açıq şəkildə müəyyən edir ki, pedaqoji işçilərə əmək məzuniyyəti həm yay tətilində, həm də işəgötürənin razılığı olduqda tədris ili ərzində verilə bilər.
Nazirlik bildirir ki, əvvəlki redaksiyada norma qeyri-dəqiq olduğundan təcrübədə bəzi hallarda müəllimlər tədris ili ərzində məzuniyyət götürmək istəsələr də, işəgötürənin razılığı olsa belə, onlara məzuniyyət verilmirdi. Məhz bu hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə dəyişiklik edilib və əsas məqsəd müəllimlərin məzuniyyət hüququndan daha rahat istifadə edə bilməsi üçün mexanizmin dəqiqləşdirilməsidir.
Qanunvericiliyə əsasən, məzuniyyət yalnız işçinin yazılı ərizəsi əsasında rəsmiləşdirilir. Əmək Məcəlləsinin 138-ci maddəsinə görə, bütün növ məzuniyyətlərin verilməsi işçinin kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə təqdim etdiyi ərizə və işəgötürənin müvafiq əmri ilə həyata keçirilir. Nazirlik qeyd edir ki, pedaqoji işçilər üçün əmək məzuniyyətinin əsas dövrü yay tətili hesab olunur və bu, tədris prosesinin normal tənzimlənməsi ilə bağlıdır.
Müəllim hansı “xüsusi” hallarda tədris ili ərzində məzuniyyət götürə bilər?
Tədris ili ərzində məzuniyyətdən istifadə etmək üçün qanunvericilikdə konkret “xüsusi hallar” ayrıca göstərilməyib. Nazirliyin açıqlamasına görə, belə zərurət ailə, məişət və digər sosial səbəblərdən yarana bilər. Bu halda müəllim məzuniyyətin müddətini və başlanma tarixini göstərməklə işəgötürənə yazılı müraciət etməli, ərizəsində məzuniyyətin tədris ili ərzində götürülməsi zərurətini qeyd etməli və mümkün olduqda bunu təsdiqləyən sənədləri əlavə etməlidir.
Məktəb rəhbərliyi müəllimin məzuniyyət istəyini dərs bölgüsündə çətinlik yaranacağı əsasını gətirərək rədd edə bilərmi?
İşəgötürən isə qərar verərkən müəssisənin normal fəaliyyətinin təmin olunmasını, dərs prosesinin fasiləsizliyini, kadr təminatını, əvəzləmə imkanlarını və dərs yükünün tənzimlənməsini nəzərə almalıdır. ƏƏSMN bildirir ki, bu şərtlər mümkün olduqda təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərin tədris ili ərzində məzuniyyətinə razılıq verilə bilər. Əgər razılıq olmazsa, müəllim əmək məzuniyyətindən yalnız yay tətili dövründə istifadə edə bilər.
Eyni zamanda, imtina zamanı Əmək Məcəlləsinin 16-cı maddəsində təsbit edilən ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə əməl olunmalıdır. Tədris ili ərzində məzuniyyətin verilməsinə imtina edildikdə və bu hal əmək mübahisəsi doğurarsa, işçinin tələbi ilə imtinanın səbəbi barədə yazılı məlumat təqdim oluna bilər.
Nazirlik onu da vurğulayır ki, müəllim məzuniyyətdə olduğu müddətdə dərs saatlarının əvəzlənməsi məsələsi Əmək Məcəlləsinin 58-ci və 61-ci maddələrinə uyğun olaraq əvəzçilik və ya əvəzetmə qaydasında işəgötürənin səlahiyyətləri çərçivəsində tənzimlənir.
Müəllim əmək hüquqlarının pozulduğunu hesab etdiyi hallarda isə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya birbaşa məhkəməyə müraciət edə bilər.
Beləliklə, yeni dəyişiklik müəllimlərə əlavə məzuniyyət hüququ yaratmasa da, illik məzuniyyətin istifadə imkanlarını daha çevikləşdirir və tədris ili ərzində yaranan sosial zərurətlər zamanı müəllimlərin bu hüquqdan real şəkildə yararlanmasını təmin edir.
Müəllimlər məzuniyyəti bu şərtlərlə alacaqlar – QAYDALAR

Oxşar xəbərlər
-
30.01.2026Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
16.01.2026İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Altı ay çalışan işçiyə il bitənədək məzuniyyət verilməsi məcburi olacaq
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...