10.02.2026
Duzxeber.az: - 1970-ci il sentyabrın 21-də Bakı şəhərində anadan olmuş Elçin Zeynalovun əmək fəaliyyəti və tutduğu vəzifələrə nəzər saldıqda ortaya bir yox, bir neçə ciddi sual çıxır. Söhbət təkcə vəzifələrin çoxluğundan yox, bu vəzifələrin bir-biri ilə nə dərəcədə uyğun olmasından gedir.
Elçin Zeynalov 1987–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “İstehsal proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə təhsil alıb, daha sonra aspirantura, elmi işçi fəaliyyəti və 1998-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib. Elmi fəaliyyətinin məhz neft sənayesi və texniki sahə ilə bağlı olduğu faktdır.
Mediatv.az xəbər verir ki, 2003-cü ildən sonra Zeynalovun karyerasında kəskin dönüş başlayır. O, birdən-birə Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sektor müdiri, daha sonra İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru olur. Bu keçidlər zamanı nə maliyyə bazarları, nə sahibkarlıq, nə də dövlət fondlarının idarə olunması üzrə açıq ixtisas uyğunluğu izah edilir.
Daha maraqlısı isə odur ki, Zeynalov 2007–2009-cu illərdə – artıq yüksək dövlət vəzifəsində ola-ola – Azərbaycan Dövlət İqtisad Universitetində ikinci ali təhsil alır. Bu fakt istər-istəməz sual doğurur:

Ali təhsil hələ davam edərkən, bu sahələr üzrə rəhbər vəzifələr hansı əsasla etibar edilib?
2013–2018-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna icraçı direktor təyin olunması isə başqa bir paradoks yaradır. Nə İT sektoru, nə də innovasiya idarəçiliyi üzrə əvvəlki praktik fəaliyyəti ilə tanınmayan bir şəxs bu qədər strateji fonda necə rəhbərlik edib? Fondun həmin illərdə neçə real texnoloji məhsul yaratdığı və hansı məhsulla beynəlxalq bazara çıxdığı bu günə qədər cəmiyyətə açıq və şəffaf şəkildə təqdim olunmayıb.
Ən ciddi suallar isə 2018-ci ildən sonra ortaya çıxır. Elçin Zeynalov əvvəlcə Kənd Təsərrüfatı nazirinin müşaviri, daha sonra Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru, 2019-cu ilin 9 oktyabrında isə Kənd Təsərrüfatı nazirinin müavini təyin edilir. Neft avtomatlaşdırması, qiymətli kağızlar, sahibkarlıq fondu, İT fondu… və sonda aqrar sektor? Bu qədər fərqli sahələr üzrə “universal kadr” anlayışı realdırmı, yoxsa nazirlikdə kadr çatışmamazlığının nəticəsidir?
Bu gün kənd təsərrüfatı sahəsində fermerlərin subsidiya problemləri,aqrar elmin real istehsaldan qopması,innovasiya mərkəzlərinin formal fəaliyyəti,bölgələrdə məhsuldarlığın aşağı olması kimi problemlər qalmaqdadır. Bu problemlərin fonunda aqrar təhsili və praktiki təsərrüfat idarəçiliyi olmayan şəxslərin sektorun ən üst pilləsində qərar verməsi nə dərəcədə əsaslandırıla bilər?
Elçin Zeynalovun elmlər doktoru elmi dərəcəsi alması (2014) onun akademik nailiyyəti ola bilər. Lakin elmi titul dövlət idarəçiliyində sahə uyğunluğunu avtomatik təmin etmir. Dövlət idarəçiliyi eksperiment meydanı deyil.
Bu gün cəmiyyət haqlı olaraq soruşur:Kadrlar hansı meyarlarla seçilir, Sahə biliyi yoxsa şəxsi loyallıq əsas götürülür, Aqrar sektorun taleyi niyə başqa sahələrdən “gələn” məmurların öhdəsinə buraxılır?( Mediatv.az )
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Neft avtomatlaşdırmasından aqrar siyasətə – bu karyera doğrudanmı məntiqlidir?

Oxşar xəbərlər
-
26.01.2026Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
5.01.2026Qarabağ Regional Təhsil İdarəsinin müdiri hansı peşə hazırlığına malikdir? -
24.12.2025Prezident İlham Əliyevin doğum günüdür -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
6.08.2026“BU, RUSİYANI ÖLDÜRMƏK DEMƏKDİR...” -Sobyanin müharibəni qızışdırmaq istəyənlərə xəbərdarlıq etdi
-
6.08.2026Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu
-
6.08.2026Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
-
6.08.2026İraqdan onlara son xəbərdarlıq: Ya tərksilah. ya da…
-
6.08.2026ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
-
6.08.2026Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək
-
6.08.2026Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
-
6.08.2026Tramp varisini seçdi - 2028 seçkiləri üçün sürpriz ad açıqlandı
-
6.08.2026Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
-
6.08.2026“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
6.08.2026Prezident SƏRƏNCAM İMZALADI
-
6.08.2026Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
-
6.08.2026"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı
-
6.08.2026Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı