16.02.2026
Duzxeber.az: - Azərbaycan Respublikası Konstitusuyasında hüquqlarımz təsbit olunub. Onlardan biri də təhsil hüququdur.
Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Həmçinin, dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar qəbul edir.
Lakin bu qayda-qanunları pozub öz qərarları ilə işləyən məmurlar da var. Belə məmurlardan biri Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfovdur.
Bu adam səlahiyyətini təhsil, maarifçilik naminə deyi, tam onun əksinə istifadə edir. Elə bil vəzifəsində hansısa qara missiyanı yerinə yetirir.
Təhsili inkişaf etdirmək əvəzinə özü elə savadsızlığı təbliğ edir. Bəli, nazir adam şagirdlərin təhsil almasına şəxsən maneə yaradırsa, bu elə savadsızlığın təbliğatıdır. Elxan Nəcəfov üçün Azərbaycan Respublikasın qanunvericiliyi keçərli deyil.
Paytaxtımız Bakıda verilən kamal attestatlarını Naxçıvanda etibarsız hesab edir. Bu işdə ona Eşqi Bağırov da dəstək olur. Halbuki, Eşqi müəllim bu məsələdə Elxan Nəcəfova elə özü etirazını bildirməlidir. Amma nədənsə bunu etmir.
Qardaş Türkiyədə Azərbaycan dilində təhsil alıb Naxçıvanda davam etmək istəyənlərə elə bil xüsusi qadağa qoyulub. İllərdi İstanbulda sənədsiz, təhsilsiz insanlara kömək olan Hüseyn Cavid adına məktəbin şagirdlərindən də Şərura dönüb oxumaq istəyənlər var. Lakin min bir bəhanə ilə onları təhsildən yayındırırlar. Bunu edənlərin dövlət məmuru olması isə əsl faciədir.
Əli Niftəliyev 16 yaşının tamam olmasına 2 ay qalmış Şərura gəlir. Orada deyirlər ki, iki ay da gözlə, sonra gəlib eksternat (sərbəst) qaydada imtahan verərsən. Əli Bakıya üz tutur.
Müraciəti əsasında Abşeron rayonunda Məhəmmədi kənd məktəbinə qəbul edirlər. Onunla birlikdə başqa naxçıvanlı şagird- Şahin Abdullayev də bu məktəbə gəlir. Bir ay oxuduqdan sonra təhsili dayandırmalı olurlar.
Çünki onları Naxçıvanın təhsil naziri Elxan Nəcəfovun sifarişi ilə məktəbdən uzaqlaşdırırlar. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov nəyə görəsə qanunun deyil, Elxan müəllimin tələbini əsas götürərək yeniyetmələrinin təhsil almaq haqqını tapdalayır. Elxan Nəcəfovun şagirdlərlə qəsdi-qərəzinin səbəbi var.
Bu şagirdlər Naxçıvanda imtahan verərək müəyyən bal toplayıblar. Lakin sıfır nəticə göstərənlərlə eyni siyahıya salınıblar. Şahin Abdullayev də buna görə etiraz edib və Naxçıvan təhsil naziri cənab Elxan Nəcəfovun qara siyahısına düşüb.
Abşerondakı məktəbdən çıxarıldıqdan sonra Şərurda məcburən 8-ci sinifdə oxumalı olacaq. Yəni təhsil ilində geri düşəcək. Eləcə də Əlini belə aqibət gözləyirdi. Ona görə də İstanbula getdi. Digər şagird Sədaqət Tağıyevanın da başına buna oxşar oyun açıblar.
Doğma rayonu Şərurda məktəbə qəbul etmədiklərinə görə Bakıya gedib, oxuyub, 9-cu sinifi bitirib attestatla Naxçıvana dönüb. Öz evinin yaxınlığında təhsilini davam etdirmək istəyib. Amma Naxçıvan təhsil nazirinin göstərişinə müvafiq olaraq Bakıda aldığı attestat qəbul edilməyib.
Sədaqət məcbur olub məhkəməyə müraciət edib. Məhkəmədə 4 ay ərzində xeyli iş aparılıb, sənədlər, dəlillər yığılıb, müəyyən təşkilatlara sorğular göndərilib. Qərar vermək vədəsi yetişəndə hər şey bir anda dəyişir. Naxçıvan İnzibati Məhkəməsinin möhtərəm hakimi Sədaqətə deyir ki, biz bu məsələyə baxa bilmərik, sən get, elə Bakıda oxu, Şərura gəlmə. Deməli, Elxan Nəcəfov məhkəməyə də öz təsirini göstərə bilib.
Bu Naxçıvan təhsilindəki baş verən əhvalatlardan bir neçəsidir. Elxan Nəcəfov azərbaycanlıdırsa, öz xalqının, dövlətinin övladlarına görəsən niyə qənim kəsilib?
Axı onun bu hərəkəti kütləvi savadsızlığa səbəb ola bilər. Daha çox da oğlanları təhsildən uzaq tuturlar. Sanki sabahın əsgərlərinin savadlı zabit kimi yetişməsinə bilərəkdən əngəl olurlar… Vəziyyət acınacaqlıdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəhayət bu məsələyə son qoymalıdır. Naxçıvan rəhbərliyi də mövqeyini bildirsin. Hər halda Naxçıvan Azərbaycanın tərkib hissəsidir və dövlətimizin qanunları hamıya şamil olunur.//TEREF
NAXCIVANI AZƏRBAYCANDAN AYIRAN TƏHSİL NAZİRİNİN SKANDAL QƏRARLARI; ELXAN NƏCƏFOV NƏ ETMƏK İSTƏYİR?

Oxşar xəbərlər
-
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
15.01.2026GORANBOYDA AÇIQ QANUNSUZLUQ VƏ SUSQUN MƏMURLAR - FOTOLAR -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək