17-02-2026, 13:00
Duzxeber.az: - Yardımlı rayonunun Arvana kənd tam orta məktəbi artıq neçənci dəfədir ki, ölkə mətbuatının və ictimaiyyətin mənfi mənada diqqət mərkəzindədir. Lakin görünən odur ki, nə Lənkəran-Astara Regional Təhsil İdarəsi, nə də digər aidiyyatı qurumlar buradakı
özbaşınalıqları görmək istəmir.
Tehsilmedia.az qeyd edir ki, məktəbdə Musiqi, Təsviri incəsənət, İngilis dili, Kimya və Biologiya kimi vacib fənlər üzrə vakansiyaların gizlədilməsi təsadüfi deyil. İddia olunur ki, bu dərsləri direktor özü "tədris edir". Məqsəd dərs saatlarını və buna uyğun maaşı kənar şəxslərə verməmək, pulları bir əldə toplamaqdır. Cəmi 8 otağı olan bir məktəbdə 5 xidmətçinin ştatda olması hansı məntiqə sığır? Bu, büdcə vəsaitlərinin açıq-aşkar talanması deyilmi?
Məktəbdəki idarəetmə sistemi tamamilə qohumluq əlaqələri üzərində qurulub. Psixoloqun direktorun qardaşı olması, texniki heyətin və müəllimlərin əksəriyyətinin yaxın qohumlardan ibarət olması məktəbi dövlət müəssisəsindən çox, bir ailə şirkətinə bənzədir. Ən dəhşətli məqam isə "ölü canlar" sistemidir: bəzi müəllimlərin adına yazılan əlavə dərslərin pulunun maaş günü direktor tərəfindən nağd şəkildə geri alınması iddiaları hüquq-mühafizə orqanları tərəfindən dərhal araşdırılmalıdır.
Məktəbin direktoru haqqında gələn şikayətlərin ən maraqlı tərəfi onun şəxsi təsərrüfatı ilə bağlıdır. Deyilənə görə, direktor məktəbi də elə öz ferması kimi idarə edir. Davamiyyətin sıfıra enməsi, təhsilin keyfiyyətinin yoxa çıxması onu maraqlandırmır. Onun üçün əsas məsələ 20 ildir oturduğu kreslonu qorumaqdır.
Necə olur ki, hər il edilən şikayətlər "ört-basdır" edilir? Yardımlı sektorunun və Regional İdarənin bu qanunsuzluqlara göz yummasının qiyməti nədir?
Dövlətin təhsil üçün ayırdığı vəsaitlərin bir qrup şəxsin cibinə axması təkcə korrupsiya deyil, həm də kənd uşaqlarının gələcəyinə xəyanətdir. 20 ildir sarsılmaz görünən bu "səltənət" artıq hüquqi müstəvidə cavab verməlidir. Arvana kənd məktəbi direktorun ferması deyil, Azərbaycan Respublikasının qanunları ilə idarə olunan təhsil müəssisəsi olmalıdır!//Tehsil.media
Arvana Kənd Məktəbi: Təhsil Ocağı, yoxsa Direktorun Şəxsi "Ferması"?
Duzxeber.az: - Yardımlı rayonunun Arvana kənd tam orta məktəbi artıq neçənci dəfədir ki, ölkə mətbuatının və ictimaiyyətin mənfi mənada diqqət mərkəzindədir. Lakin görünən odur ki, nə Lənkəran-Astara Regional Təhsil İdarəsi, nə də digər aidiyyatı qurumlar buradakıözbaşınalıqları görmək istəmir.
Tehsilmedia.az qeyd edir ki, məktəbdə Musiqi, Təsviri incəsənət, İngilis dili, Kimya və Biologiya kimi vacib fənlər üzrə vakansiyaların gizlədilməsi təsadüfi deyil. İddia olunur ki, bu dərsləri direktor özü "tədris edir". Məqsəd dərs saatlarını və buna uyğun maaşı kənar şəxslərə verməmək, pulları bir əldə toplamaqdır. Cəmi 8 otağı olan bir məktəbdə 5 xidmətçinin ştatda olması hansı məntiqə sığır? Bu, büdcə vəsaitlərinin açıq-aşkar talanması deyilmi?
Məktəbdəki idarəetmə sistemi tamamilə qohumluq əlaqələri üzərində qurulub. Psixoloqun direktorun qardaşı olması, texniki heyətin və müəllimlərin əksəriyyətinin yaxın qohumlardan ibarət olması məktəbi dövlət müəssisəsindən çox, bir ailə şirkətinə bənzədir. Ən dəhşətli məqam isə "ölü canlar" sistemidir: bəzi müəllimlərin adına yazılan əlavə dərslərin pulunun maaş günü direktor tərəfindən nağd şəkildə geri alınması iddiaları hüquq-mühafizə orqanları tərəfindən dərhal araşdırılmalıdır.
Məktəbin direktoru haqqında gələn şikayətlərin ən maraqlı tərəfi onun şəxsi təsərrüfatı ilə bağlıdır. Deyilənə görə, direktor məktəbi də elə öz ferması kimi idarə edir. Davamiyyətin sıfıra enməsi, təhsilin keyfiyyətinin yoxa çıxması onu maraqlandırmır. Onun üçün əsas məsələ 20 ildir oturduğu kreslonu qorumaqdır.
Necə olur ki, hər il edilən şikayətlər "ört-basdır" edilir? Yardımlı sektorunun və Regional İdarənin bu qanunsuzluqlara göz yummasının qiyməti nədir?
Dövlətin təhsil üçün ayırdığı vəsaitlərin bir qrup şəxsin cibinə axması təkcə korrupsiya deyil, həm də kənd uşaqlarının gələcəyinə xəyanətdir. 20 ildir sarsılmaz görünən bu "səltənət" artıq hüquqi müstəvidə cavab verməlidir. Arvana kənd məktəbi direktorun ferması deyil, Azərbaycan Respublikasının qanunları ilə idarə olunan təhsil müəssisəsi olmalıdır!//Tehsil.media
Oxşar xəbərlər
-
26-01-2026, 13:30İngilis dili müəlliməsi olan Səma İbrahimova ilə bağlı araşdırma başlandı -
22-01-2026, 17:00Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub? -
21-01-2026, 16:28Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
15-12-2025, 16:30Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət” -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
Dün, 15:00Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
-
Dün, 14:30Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı
-
Dün, 14:15Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Dün, 14:00AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
Dün, 13:45Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib
-
Dün, 13:15Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
-
Dün, 13:00Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib
-
Dün, 12:30Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb
-
Dün, 12:15Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb
-
Dün, 12:00Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb
-
Dün, 11:30Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb
-
Dün, 11:15Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
-
Dün, 11:15Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb
-
Dün, 11:00Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər
-
Dün, 10:30Xəzərdə zəlzələ olub
-
Dün, 10:15Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
-
Dün, 10:00Cüdoçularımız ilk günü medalsız bitirdilər
-
Dün, 09:45Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb
-
Dün, 09:30Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub
-
Dün, 09:15Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək
-
Dün, 09:00“Riyad” ticarət mərkəzində mebel sexi yanıb
-
1-05-2026, 18:00Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ
-
1-05-2026, 17:45Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək
-
1-05-2026, 17:30Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq
-
1-05-2026, 17:15Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"
-
1-05-2026, 17:00AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
-
1-05-2026, 16:45Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı
-
1-05-2026, 16:30Bakı Metropoliteni hakaton layihəsinə start verir
-
1-05-2026, 16:15İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
-
1-05-2026, 16:00Ermənistan da daxil, bütün qonşularımızla…


