23.03.2026
Son dövrlər dövlət satınalmaları sahəsində şəffaflıq məsələləri yenidən ictimai müzakirə mövzusuna çevrilib. Bu kontekstdə Tovuz Rayon İcra Hakimiyyəti ilə “PRODSALE” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə xüsusi diqqət çəkir və bir sıra ciddi suallar doğurur.
"DogruXeber.tv"nin məlumatına görə, sözügedən müqavilə Novruz bayramı şənliyinin təşkili məqsədilə bağlanıb. Müqavilənin ümumi dəyəri 17.582 AZN təşkil edir və satınalma “bir mənbə” üsulu ilə həyata keçirilib. Halbuki, Novruz kimi əvvəlcədən planlaşdırılan tədbirlər üçün açıq tender keçirilməsi həm mümkün, həm də qanunvericiliyin ruhuna daha uyğun olardı. Bu baxımdan rəqabətli mühitin təmin edilməməsi ilk şübhəli məqam kimi ortaya çıxır.

Daha ciddi məqam isə tarixlərlə bağlıdır. Belə ki, işlərin başlanma tarixi 18 mart 2026-cı il göstərildiyi halda, müqavilə yalnız 21 mart tarixində rəsmiləşdirilib. Yəni faktiki olaraq işlər müqavilə imzalanmadan əvvəl başlayıb. Bu isə satınalma prosedurlarının pozulması və əvvəlcədən razılaşdırılmış işlərin sonradan sənədləşdirilməsi ehtimalını gücləndirir.
Müqavilənin müddəti də ayrıca sual doğurur. Qısa müddətli bayram tədbiri üçün nəzərdə tutulan xidmətin bitmə tarixinin 29 dekabr 2026-cı ilə qədər uzadılması məntiqsiz görünür. Bu, ya xidmətin mahiyyətinin tam açıqlanmadığını, ya da müqaviləyə əlavə, lakin göstərilməyən xərclərin daxil edildiyini ehtimal etməyə əsas verir.
Ən diqqətçəkən və narahatedici məqam isə podratçı şirkət – “PRODSALE” MMC ilə bağlıdır. Açıq mənbələrdə bu şirkət haqqında demək olar ki, heç bir məlumat yoxdur. Nə rəsmi fəaliyyəti, nə ixtisaslaşması, nə də həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq informasiya mövcuddur.
Xatırladaq ki, hələ 2023-cü ildə adı çəkilən bu şirkət cəmi 2 ay yarım əvvəl – yanvar ayında yaradılmışdı və nizamnamə kapitalı sadəcə 10 manat təşkil edirdi. Buna baxmayaraq, elə həmin dövrdə Tovuz Rayon İcra Hakimiyyətinin təxminən 132 min manatlıq tenderinin qalibi olmuşdu. Diqqətçəkən digər məqam isə odur ki, həmin tender də məhz tədbir təşkili ilə bağlı idi.
Daha sonra, 2025-ci ilin oktyabr ayında eyni şirkətin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təchizat İdarəsinə 9500 manatlıq dövlət bayraqları satdığı barədə məlumat yayılıb. Beləliklə, “PRODSALE” MMC-nin həm tədbir təşkili, həm də müxtəlif təchizat sahələrində “qalib” olması onun real fəaliyyət istiqaməti ilə bağlı ciddi suallar yaradır.
Araşdırmalar göstərir ki, bu şirkətin adı internetdə cəmi üç yerdə keçir və onların hamısında tender qalibi kimi təqdim olunur. Maraqlıdır ki, bu üç haldan ikisi məhz Tovuz Rayon İcra Hakimiyyətinin sifarişləri ilə bağlıdır. Bu fakt isə müəyyən bir tendensiyanın və ya əlaqələrin mövcudluğu ehtimalını daha da gücləndirir.
Bütün bunların fonunda əsas suallar açıq qalır: “PRODSALE” MMC hansı fəaliyyətlə məşğuldur? Bu şirkətin texniki və maliyyə imkanları necə qiymətləndirilib? Niyə müxtəlif sahələr üzrə dövlət sifarişləri məhz bu şirkətə həvalə olunur? Və ən əsası, niyə bu şirkət və onun fəaliyyəti barədə məlumatlar ictimaiyyət üçün faktiki olaraq qapalı saxlanılır?
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı şəffaflıq və hesabatlılıq prinsiplərinin qorunması baxımından bu suallara aydınlıq gətirilməsi vacibdir.
Qeyd: Hazırkı müqavilə və apardığımız araşdırma qeyri-iş gününə təsadüf etdiyindən aidiyyəti qurumlara rəsmi sorğu ünvanlamaq imkanımız olmayıb. Lakin bu da danılmaz reallıqdır ki, bir çox hallarda dövlət qurumları məhz bu tip sorğuları cavabsız qoyur və bununla da mətbuatın suallarının cavablandırılması ilə bağlı qanunvericiliyin müvafiq tələblərini pozurlar.
“DogruXeber.tv” olaraq mövzunu diqqətdə saxlayırıq və qeyd olunan məsələlərlə bağlı rəsmi qurumların açıqlamalarını gözləyirik. Eyni zamanda bildiririk ki, “DogruXeber.tv” adı çəkilən bütün tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırdır.
Tovuz İcra Hakimiyyəti və “gizli qalib”: “PRODSALE” MMC ətrafında suallar artır - FOTOFAKT
Son dövrlər dövlət satınalmaları sahəsində şəffaflıq məsələləri yenidən ictimai müzakirə mövzusuna çevrilib. Bu kontekstdə Tovuz Rayon İcra Hakimiyyəti ilə “PRODSALE” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə xüsusi diqqət çəkir və bir sıra ciddi suallar doğurur."DogruXeber.tv"nin məlumatına görə, sözügedən müqavilə Novruz bayramı şənliyinin təşkili məqsədilə bağlanıb. Müqavilənin ümumi dəyəri 17.582 AZN təşkil edir və satınalma “bir mənbə” üsulu ilə həyata keçirilib. Halbuki, Novruz kimi əvvəlcədən planlaşdırılan tədbirlər üçün açıq tender keçirilməsi həm mümkün, həm də qanunvericiliyin ruhuna daha uyğun olardı. Bu baxımdan rəqabətli mühitin təmin edilməməsi ilk şübhəli məqam kimi ortaya çıxır.

Daha ciddi məqam isə tarixlərlə bağlıdır. Belə ki, işlərin başlanma tarixi 18 mart 2026-cı il göstərildiyi halda, müqavilə yalnız 21 mart tarixində rəsmiləşdirilib. Yəni faktiki olaraq işlər müqavilə imzalanmadan əvvəl başlayıb. Bu isə satınalma prosedurlarının pozulması və əvvəlcədən razılaşdırılmış işlərin sonradan sənədləşdirilməsi ehtimalını gücləndirir.
Müqavilənin müddəti də ayrıca sual doğurur. Qısa müddətli bayram tədbiri üçün nəzərdə tutulan xidmətin bitmə tarixinin 29 dekabr 2026-cı ilə qədər uzadılması məntiqsiz görünür. Bu, ya xidmətin mahiyyətinin tam açıqlanmadığını, ya da müqaviləyə əlavə, lakin göstərilməyən xərclərin daxil edildiyini ehtimal etməyə əsas verir.
Ən diqqətçəkən və narahatedici məqam isə podratçı şirkət – “PRODSALE” MMC ilə bağlıdır. Açıq mənbələrdə bu şirkət haqqında demək olar ki, heç bir məlumat yoxdur. Nə rəsmi fəaliyyəti, nə ixtisaslaşması, nə də həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq informasiya mövcuddur.
Xatırladaq ki, hələ 2023-cü ildə adı çəkilən bu şirkət cəmi 2 ay yarım əvvəl – yanvar ayında yaradılmışdı və nizamnamə kapitalı sadəcə 10 manat təşkil edirdi. Buna baxmayaraq, elə həmin dövrdə Tovuz Rayon İcra Hakimiyyətinin təxminən 132 min manatlıq tenderinin qalibi olmuşdu. Diqqətçəkən digər məqam isə odur ki, həmin tender də məhz tədbir təşkili ilə bağlı idi.
Daha sonra, 2025-ci ilin oktyabr ayında eyni şirkətin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təchizat İdarəsinə 9500 manatlıq dövlət bayraqları satdığı barədə məlumat yayılıb. Beləliklə, “PRODSALE” MMC-nin həm tədbir təşkili, həm də müxtəlif təchizat sahələrində “qalib” olması onun real fəaliyyət istiqaməti ilə bağlı ciddi suallar yaradır.
Araşdırmalar göstərir ki, bu şirkətin adı internetdə cəmi üç yerdə keçir və onların hamısında tender qalibi kimi təqdim olunur. Maraqlıdır ki, bu üç haldan ikisi məhz Tovuz Rayon İcra Hakimiyyətinin sifarişləri ilə bağlıdır. Bu fakt isə müəyyən bir tendensiyanın və ya əlaqələrin mövcudluğu ehtimalını daha da gücləndirir.
Bütün bunların fonunda əsas suallar açıq qalır: “PRODSALE” MMC hansı fəaliyyətlə məşğuldur? Bu şirkətin texniki və maliyyə imkanları necə qiymətləndirilib? Niyə müxtəlif sahələr üzrə dövlət sifarişləri məhz bu şirkətə həvalə olunur? Və ən əsası, niyə bu şirkət və onun fəaliyyəti barədə məlumatlar ictimaiyyət üçün faktiki olaraq qapalı saxlanılır?
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı şəffaflıq və hesabatlılıq prinsiplərinin qorunması baxımından bu suallara aydınlıq gətirilməsi vacibdir.
Qeyd: Hazırkı müqavilə və apardığımız araşdırma qeyri-iş gününə təsadüf etdiyindən aidiyyəti qurumlara rəsmi sorğu ünvanlamaq imkanımız olmayıb. Lakin bu da danılmaz reallıqdır ki, bir çox hallarda dövlət qurumları məhz bu tip sorğuları cavabsız qoyur və bununla da mətbuatın suallarının cavablandırılması ilə bağlı qanunvericiliyin müvafiq tələblərini pozurlar.
“DogruXeber.tv” olaraq mövzunu diqqətdə saxlayırıq və qeyd olunan məsələlərlə bağlı rəsmi qurumların açıqlamalarını gözləyirik. Eyni zamanda bildiririk ki, “DogruXeber.tv” adı çəkilən bütün tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırdır.
Oxşar xəbərlər
-
11.03.202658 min manatlıq icarə: AQTA-nın “bir mənbə” müqavilələrində gizli qalan detallar -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
9.03.2026Eyni müqavilə iki dəfə? - Təhsil idarəsinin satınalması suallar doğurur - FOTOFAKT -
22.01.2026Hər yeri KORRUPSİYA QOXUYAN TOVUZ... - Ayın tarixini soruşan da yoxdur... -
22.01.2026Tovuzda yolların əsaslı təmiri də, abadlıq işləri də şübhəli yollarla aparılır
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir
-
26.06.2026Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoydu
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ



