Duzxeber.az: - Bakıxanov qəsəbəsi ərazisində, Nazim İsmayılov küçəsi 5 ünvanında fəaliyyət göstərən “Möcüzə” Market ətrafında yaşayan sakinlərin narazılığı getdikcə artır. Redaksiyamıza daxil olan məlumatlara əsasən, sözügedən obyektin fəaliyyəti bir sıra qanun pozuntuları ilə müşayiət olunur.
Daxil olmuş məlumata görə marketin sahibi əvvəlcə piyadaların gündəlik istifadə etdiyi səkini qanunsuz şəkildə obyektin ərazisinə birləşdirib. Nəticədə, vətəndaşların hərəkəti üçün nəzərdə tutulmuş ictimai sahə faktiki olaraq zəbt edilib. Bu isə açıq şəkildə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş normaların pozulması kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, ictimai istifadədə olan torpaq sahələrinin özbaşına zəbt olunması inzibati məsuliyyət yaradır.
Bununla yanaşı, zəbt olunmuş ərazidə meyvə-tərəvəz satışı təşkil edildiyi bildirilir.Satış zamanı məhsullardan gələn pullar kassa aparatına daxil edilmir. Bu isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş qaydaların pozulması, yəni vergidən yayınma ehtimalını gündəmə gətirir. Vergi Məcəlləsinə əsasən, sahibkar həyata keçirdiyi bütün satış əməliyyatlarını rəsmiləşdirməli və uçota almalıdır.
Digər ciddi iddialardan biri isə işçilərlə bağlıdır. Bildirilir ki, marketdə çalışan mühafizəçilərin və satıcıların bir qismi ilə əmək müqaviləsi bağlanmayıb. Bu isə birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsi-nin tələblərinin pozulması deməkdir. Qanuna görə, əmək münasibətləri yalnız rəsmi müqavilə əsasında tənzimlənməli, işçilərin hüquqları qorunmalıdır.
Ortaya belə suallar çıxır,niyə bu qədər açıq qanun pozuntularına baxmayaraq, müvafiq qurumlar tərəfindən ciddi tədbir görülmür, nə üçün vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına, vergidən yayınma və qeyri-rəsmi məşğulluq hallarına göz yumulur?
Bu vəziyyət təkcə bir sahibkarın qanun pozuntusu deyil, həm də nəzarət mexanizmlərinin effektiv işləmədiyini göstərir. Qanun qarşısında hər kəs bərabərdir və heç bir obyekt “xüsusi toxunulmazlıq” statusuna malik ola bilməz.Məsələ ilə bağlı aidiyyəti qurumların – vergi, əmək və yerli icra strukturlarının təcili araşdırma aparması və qanunauyğun tədbirlər görməsi gözlənilir. Cəmiyyət isə haqlı olaraq sual edir: qanunlar hamı üçün keçərlidirsə, niyə “Möcüzə” Marketdə bu açıq pozuntulara susqunluq nümayiş olunur?Qeyd olunan iddiaların nə dərəcədə əsaslı olduğunu müəyyən etmək üçün yaxın günlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti-nə rəsmi sorğular göndəriləcək. Bu qurumların məsələyə münasibəti və mümkün susqunluğunun səbəbləri də ayrıca araşdırılaraq ictimaiyyətə açıqlanacaq.//Nyus.Az

Həm səki zəbt edilir, həm vergi gizlədilir –‘Möcüzə’ Market niyə toxunulmazdır - FOTO
Gündəm / Təhsil / Üst xəbər
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
Gündəm / Hadisə
Mopedlə motosiklet toqquşdu - 2 nəfər xəsarət aldı
Gündəm / Cəmiyyət
Səhv etmək insana xasdır: Uşaqlara sosial məsuliyyəti öyrətməyin 10 yolu
Gündəm / Cəmiyyət
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Gündəm / Səhiyyə / Üst xəbər
“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMA
Gündəm / Bölgə / Cəmiyyət
Ağdamdan Xankəndiyə dəmir yolu ilə bağlı SON MƏLUMAT
Gündəm / Cəmiyyət
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Gündəm / Dünya
“Naftoqaz” şirkətinin müəssisəsi məhv edildi
Gündəm / Cəmiyyət
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Gündəm / Cəmiyyət
Azərbaycanda mal əti bahalaşdı
Gündəm / Bölgə
Prezident: Kəlbəcər, Ağdərə və Zəngilanda yataqlar işə salınacaq
Gündəm / Siyasət
İsraildən Ərdoğana “xəbərdarlıq”: Bir israilli əsgər...
Gündəm / Üst xəbər
Diplomsuz kosmetoloq pasiyentə zərər yetirdi - Estetik klinika CƏRİMƏLƏNDİ
Gündəm / Cəmiyyət
Azərbaycan Mərkəzi Bankından "Rabitəbank"la bağlı ŞOK QƏRAR
Gündəm / Cəmiyyət
Niyə uşaqlara qışqırmamalısınız? - Ani nəticələr baha başa gəlir
Gündəm / Sosial
Kamran Abdullayev SOCAR-da yüksək vəzifəyə təyin olundu - FOTO
Gündəm / Üst xəbər
"Araz Supermarket" barədə protokol tərtib olunub
Gündəm / Cəmiyyət / Manşet
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Gündəm / Səhiyyə
Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
Gündəm / Cəmiyyət
Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Gündəm / Manşet
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
Gündəm / Cəmiyyət
Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
Gündəm / İdman
Dünya bu qoldan danışır - VİDEO
Gündəm / Kriminal
11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir
Gündəm / Hadisə
Bakı Konqres Mərkəzindəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Hadisə
Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü
Gündəm / Cəmiyyət
Havada tozun miqdarı normadan artıqdır
Gündəm / Cəmiyyət
Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
Gündəm / Manşet
Bölgələrdə pensiya NÖVBƏSİ - Bankomatlar nə üçün işləmir? - FOTOLAR
Gündəm / Təhsil