19.02.2026
Duzxeber.az: - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) bütün ifşaedici faktlara rəğmən "Baku Rent Service" (BRS) ilə yenidən milyonluq müqavilə imzalaması artıq sadə bir "tender udmaq" məsələsi deyil. Bu, həm hüquqi, həm də etik müstəvidə ciddi təhlil tələb edən bir idarəçilik rüsvayçılığıdır.
Bir neçə ay öncə Tehsil.media olaraq BRS şirkətinin qanunsuzluqlarını, 75 yaşlı sürücüləri və çatışmayan avtobus sayını (24 avtobusdan 16 avtobus işləyir, 8 avtobus çatışmır) ictimailəşdirdik. Lakin bu gün şahid oluruq ki, dövlət qurumları bu faktları araşdırmaq əvəzinə, həmin şirkətə yenidən 1,1 milyon manatlıq etimad göstərirlər. Bu "etimadın" arxasında nə dayanır: Uşaqların təhlükəsizliyimi, yoxsa kimlərinsə şəxsi maraqları?
Dövlət satınalmaları haqqında qanuna görə, xidmətindən kütləvi şikayət olan və öhdəliklərini icra etməyən şirkətlə yenidən müqavilə bağlamaq qeyri-mümkündür. Əgər MÜTDA bu addımı atırsa, deməli qanunlar işləmir
Şirkətin 24 avtobus əvəzinə 16 avtobus çıxarması, sürücülərin sənədsiz işləməsi rəsmən görməzdən gəlinir.
Tehsil.media olaraq AYNA, MÜTDA, Etn-ə sorğu məktubu göndərsək də, rəsmi sorğulara cavab verilməmişdir. Bu qənaətə gəlmək olar ki, onların susması informasiya blokadası yaratmaq və "vaxt qazanmaq" cəhdidir. Bu, İnformasiya əldə etmək haqqında Qanunun birbaşa tapdanmasıdır.
Mətbuatda və ictimaiyyətdə bu qanunsuzluqların başında Elm və Təhsil nazirinin müavini Firudin Qurbanovun dayandığına dair ciddi iddialar səsləndirilir. Əgər bu məlumatlar doğrudursa, vəziyyət daha da acınacaqlıdır. Nazir müavini səviyyəsində bir şəxsin adı uşaqların həyatı bahasına qazanc əldə edən bir şirkətlə hallanırsa, bu, təhsil sistemindəki islahatların sadəcə "vitrin" olduğunu göstərir.
Firudin Qurbanov rəsmi tədbirlərdə uşaq hüquqlarından, "gələcəyimiz olan gənclərdən" bəhs edərkən, onun himayəsində olduğu iddia edilən BRS şirkəti həmin uşaqları antisanitar, tıxac və təhlükəli şəraitdə daşıyır. Bu, tam bir idarəçilik riyakarlığıdır.
Bu gün imzalanan 1,1 milyonluq müqavilə sadəcə bir kağız parçası deyil, sabah baş verə biləcək hər hansı qəzanın, bədbəxt hadisənin sığortasızlığıdır.
Nazirlik niyə susur? Nazir müavini haqqında iddialara niyə rəsmi aydınlıq gətirilmir?
MÜTDA-nın marağı nədir? Niyə daha keyfiyyətli xidmət təklif edən şirkətlər kənarlaşdırılaraq, BRS-in qanunsuz fəaliyyəti "milyonlarla" mükafatlandırılır?
Tehsil.media olaraq bildiririk: 1,1 milyon manat uşaqlarımızın həyatını qumara qoymaq üçün deyil, onlara xidmət etmək üçün ayrılıb. Əgər Firudin Qurbanov və ya digər yüksək rütbəli məmurlar bu prosesdə iştirak edirlərsə, bilməlidirlər ki, bu, sadəcə inzibati xəta deyil, dövlətə və xalqa xəyanətdir.//mediatv.az
MÜTDA-nın sükutu və görünməz himayədarların kölgəsi - 1,1 Milyonluq "Təhlükə"...

Oxşar xəbərlər
-
30.01.2026Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
30.01.2026MÜTDA - BRS müqaviləsi arxasındakı gizli ƏL -
24.01.2026Məktəbli avtobusu, yoxsa “təhlükə mərkəzi”? – BRS (Baku Rent Service) özbaşınalığı! -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
-
25.06.2026Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
-
25.06.2026“Brent” ucuzlaşdı
-
25.06.2026Növbəti köç karvanları yola salındı
-
25.06.2026Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib