30.01.2026
Duzxeber.az: - Keçən yazımızda MÜTDA ilə BRS arasındakı müqavilənin ciddi nöqsanlarını qeyd etmişdik. Belə ki, Abşeron və Sumqayıt istiqamətində şagird daşınmasını üzərinə götürən "Baku Rent Service" (BRS) şirkəti ilə bağlı şikayətlər artıq fərdi narazılıq çərçivəsindən çıxıb, bir sistem böhranına çevrilib.
Lakin ən maraqlı məqam bu bərbad vəziyyətin texniki tərəfi deyil, onun arxasındakı "himayədar" iddialarıdır.
Redaksiyamıza daxil olan məlumatlar, bütün yolların Elm və Təhsil nazirinin müavini Firudin Qurbanova çıxdığını göstərir. İddialara görə, MÜTDA-nın bu qədər qanunsuzluğa, texniki çatışmazlığa və valideyn etirazına rəğmən BRS şirkəti ilə müqaviləni davam etdirməsinin tək səbəbi cənab Qurbanovun bu məsələdəki qəti "tövsiyəsi" və ya təzyiqidir.
Burada haqlı olaraq suallar yaranır:
- Təcrübə, yoxsa Tanışlıq? Niyə uzun illər bu sahədə qüsursuz fəaliyyət göstərən, peşəkar bazası olan şirkətlər kənara itələndi və meydan "Baku Rent Service" kimi qeyri-şəffaf bir quruma verildi?
Nazir müavininin marağı nədir? Dövlət büdcəsindən ayrılan vəsaitin müqabilində uşaqların 75 yaşlı, müqaviləsiz sürücülərə və xarici nömrəli "köhnə-kürüş" avtobuslara əmanət edilməsinə Firudin Qurbanov niyə razı olur?
- Cənab Qurbanovun "yaşıl işıq" yandırdığı iddia edilən bu əməkdaşlığın acı nəticələri göz önündədir:
- Müqavilədə 24 avtobus nəzərdə tutulduğu halda, xəttə 16-nın çıxması kiminsə cibinə gedən artıq vəsait deməkdir. Nazir müavini bu maliyyə fərqindən xəbərdardırmı?
- Xarici dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin ölkədaxili şagird daşınmasına cəlb edilməsi qanunvericiliyin birbaşa tapdanmasıdır. Təhsilin hüquqi bazasına cavabdeh şəxslərdən biri olan nazir müavini buna necə göz yumur?
- Sürücülərin uşaqlarla kobud rəftarı və qeyri-etik davranışları barədə yüzlərlə şikayət var. Bu, "Təhsilin keyfiyyəti" şüarı ilə nə dərəcədə üst-üstə düşür?
Hər hansı bir bədbəxt hadisə baş verərsə, Firudin Qurbanov bu "tövsiyəsinin" arxasında dura biləcəkmi? Yoxsa məsuliyyət yenə "aşağı pillədəki" icraçıların üzərinə atılacaq?
"Qeyd edək ki, dövlət sektorunda çalışanlar üçün yaş həddi 65 olsa da, Firudin Qurbanov 74 yaşında hələ də vəzifəsini icra edir. Lakin bu imtiyaz ona uşaqların həyatını təhlükəyə atmaq haqqı vermir. Şagirdlərin köhnə avtobuslara və yaşlı sürücülərə həvalə edilməsi qətiyyən qəbulolunmazdır."
MÜTDA rəhbərliyi və şəxsən cənab Qurbanov anlamalıdır ki, söhbət dövlət büdcəsinin talanmasından deyil, həm də gələcəyimiz olan uşaqların həyatından gedir. "Daha ucuz" adı altında qurulan bu "biznes sxemi" artıq ifşa olunub.
Tehsil.media olaraq sual edirik: Firudin Qurbanovu bu şirkətə bağlayan görünməyən tellər nədən ibarətdir? Ümid edirik ki, Elm və Təhsil Nazirliyi bu "tender xaosu" ilə bağlı ictimaiyyətə inandırıcı bir izahat verəcək. Əks halda, bu susqunluq iddiaların doğruluğunun təsdiqi kimi qəbul ediləcək.
Yazıda adı hallanan qurum və şəxslərin mövqeyin dərc etməyə hazırıq.//bakunews.az
MÜTDA - BRS müqaviləsi arxasındakı gizli ƏL

Oxşar xəbərlər
-
29.01.2026Qanunsuzluqlara niyə hüquqi qiymət verilmir? - VİDEO -
26.01.2026Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol -
24.01.2026Məktəbli avtobusu, yoxsa “təhlükə mərkəzi”? – BRS (Baku Rent Service) özbaşınalığı! -
24.12.2025Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək