19-02-2026, 17:00
"Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə aşağıdakıları bildirir".
"Duzxeber.az" xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb.
Bildirilib ki, üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddu:
"Bu maddələr elmi ədəbiyyatda "harmala alkaloidləri" və ya "beta-karbolin alkaloidləri" adlanır. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir.
Harmin və harmalin monoaminoksidaz inhibitorları (MAOİ) qrupuna aiddir. Bu maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir. Onlar orqanizmdə serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını ləngidir, nəticədə bu maddələrin sinir sistemindəki konsentrasiyası artır.
Azərbaycan Respublikasında üzərlik bitkisinin yandırılması (tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və bu konkret formada istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.
Tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiya Federasiyası Hökumətinin 7 yanvar 2024-cü il tarixli, 135 nömrəli qərarı ilə üzərlik (qarmala) bitkisi rəsmən "narkotik vasitələr olan bitkilər" siyahısına salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur.
Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini üzərinizdə götürməyin. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər.
Səhiyyə Nazirliyi vətəndaşlarımızın sağlamlığının qorunması və onların hüquqi risklərdən qorunması məqsədilə maarifləndirmə işlərini davam etdirəcək.
Hər hansı bir bitkinin dərman məqsədli istifadəsindən əvvəl mütləq həkimə müraciət edilməsi tövsiyə olunur".
Səhiyyə Nazirliyi üzərliklə bağlı əhaliyə müraciət etdi

Oxşar xəbərlər
-
31-01-2026, 10:00Leyla Əliyeva Cenevrədə müzakirələrdə iştirak etdi - FOTOLAR -
27-01-2026, 12:12İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR -
26-01-2026, 14:42Bu kolbasaları YEMƏYİN – SİYAHI AÇIQLANDI – Video -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ! -
22-11-2025, 12:18Prezident açılış etdi - FOTOLAR
Xəbər lenti
-
Dün, 15:00Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
-
Dün, 14:30Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı
-
Dün, 14:15Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Dün, 14:00AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
Dün, 13:45Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib
-
Dün, 13:15Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
-
Dün, 13:00Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib
-
Dün, 12:30Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb
-
Dün, 12:15Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb
-
Dün, 12:00Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb
-
Dün, 11:30Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb
-
Dün, 11:15Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
-
Dün, 11:15Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb
-
Dün, 11:00Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər
-
Dün, 10:30Xəzərdə zəlzələ olub
-
Dün, 10:15Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
-
Dün, 10:00Cüdoçularımız ilk günü medalsız bitirdilər
-
Dün, 09:45Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb
-
Dün, 09:30Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub
-
Dün, 09:15Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək
-
Dün, 09:00“Riyad” ticarət mərkəzində mebel sexi yanıb
-
1-05-2026, 18:00Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ
-
1-05-2026, 17:45Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək
-
1-05-2026, 17:30Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq
-
1-05-2026, 17:15Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"
-
1-05-2026, 17:00AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
-
1-05-2026, 16:45Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı
-
1-05-2026, 16:30Bakı Metropoliteni hakaton layihəsinə start verir
-
1-05-2026, 16:15İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
-
1-05-2026, 16:00Ermənistan da daxil, bütün qonşularımızla…