31.01.2026
BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.
Duzxeber.az xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva Xəzər dənizinin qlobal əhəmiyyəti, üzləşdiyi ekoloji təhdidlər və onun gələcək nəsillər üçün qorunması məqsədilə elmi tədqiqatlara əsaslanan birgə fəaliyyətlərin əhəmiyyəti barədə məlumat verib. Leyla Əliyeva vurğulayıb ki, dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi prosesləri vaxtında və əlaqələndirilmiş tədbirlər görülmədiyi təqdirdə daha ciddi nəticələrə gətirib çıxara bilər. O, tədbir iştirakçılarını Xəzər dənizi ilə bağlı müzakirələri real nəticələrə gətirən konkret addımlarla davam etdirməyə çağırıb.
BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov tədbirdə çıxış edərək bu cür müzakirələrin dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspert icması arasında dialoqun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar ətraf mühitin idarə olunması sahəsində institusional əməkdaşlığın, eləcə də məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin Xəzər dənizinin qorunması istiqamətində səylərə töhfə verəcəyini bildiriblər.
Daha sonra müxtəlif panel sessiyaları çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional direktoru Arnold Kraylhuber, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ətraf Mühit və Səhiyyə Mərkəzinin rəhbəri Françeska Raçioppi, eləcə də Cenevrə Universiteti, “Geneva Water Hub”, Caspisnet və bir sıra digər beynəlxalq təşkilat və beyin mərkəzlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə ətraf mühitin idarə olunması, elmi tədqiqatların əhəmiyyəti, eləcə də Xəzərin qorunması istiqamətində beynəlxalq əməkdaşlıq və su diplomatiyasının roluna dair fikir mübadiləsi aparılıb, müxtəlif təşəbbüslər irəli sürülüb.
İştirakçılar üçün, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub. Tədbir sual-cavab formatında təşkil olunan interaktiv sessiya ilə yekunlaşıb.








Leyla Əliyeva Cenevrədə müzakirələrdə iştirak etdi - FOTOLAR
BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.Duzxeber.az xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva Xəzər dənizinin qlobal əhəmiyyəti, üzləşdiyi ekoloji təhdidlər və onun gələcək nəsillər üçün qorunması məqsədilə elmi tədqiqatlara əsaslanan birgə fəaliyyətlərin əhəmiyyəti barədə məlumat verib. Leyla Əliyeva vurğulayıb ki, dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi prosesləri vaxtında və əlaqələndirilmiş tədbirlər görülmədiyi təqdirdə daha ciddi nəticələrə gətirib çıxara bilər. O, tədbir iştirakçılarını Xəzər dənizi ilə bağlı müzakirələri real nəticələrə gətirən konkret addımlarla davam etdirməyə çağırıb.
BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov tədbirdə çıxış edərək bu cür müzakirələrin dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspert icması arasında dialoqun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar ətraf mühitin idarə olunması sahəsində institusional əməkdaşlığın, eləcə də məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin Xəzər dənizinin qorunması istiqamətində səylərə töhfə verəcəyini bildiriblər.
Daha sonra müxtəlif panel sessiyaları çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional direktoru Arnold Kraylhuber, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ətraf Mühit və Səhiyyə Mərkəzinin rəhbəri Françeska Raçioppi, eləcə də Cenevrə Universiteti, “Geneva Water Hub”, Caspisnet və bir sıra digər beynəlxalq təşkilat və beyin mərkəzlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə ətraf mühitin idarə olunması, elmi tədqiqatların əhəmiyyəti, eləcə də Xəzərin qorunması istiqamətində beynəlxalq əməkdaşlıq və su diplomatiyasının roluna dair fikir mübadiləsi aparılıb, müxtəlif təşəbbüslər irəli sürülüb.
İştirakçılar üçün, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub. Tədbir sual-cavab formatında təşkil olunan interaktiv sessiya ilə yekunlaşıb.








Oxşar xəbərlər
-
27.01.2026İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR -
19.01.2026Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət etdi - FOTOLAR -
15.01.2026GORANBOYDA AÇIQ QANUNSUZLUQ VƏ SUSQUN MƏMURLAR - FOTOLAR -
22.11.2025Prezident açılış etdi - FOTOLAR -
22.11.2025Leyla və Alena Əliyevalar Lənkəranda yaradılmış Baytarlıq Klinikası ilə tanış oldular - FOTOLAR
Xəbər lenti
-
6.08.2026“BU, RUSİYANI ÖLDÜRMƏK DEMƏKDİR...” -Sobyanin müharibəni qızışdırmaq istəyənlərə xəbərdarlıq etdi
-
6.08.2026Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu
-
6.08.2026Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
-
6.08.2026İraqdan onlara son xəbərdarlıq: Ya tərksilah. ya da…
-
6.08.2026ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
-
6.08.2026Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək
-
6.08.2026Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
-
6.08.2026Tramp varisini seçdi - 2028 seçkiləri üçün sürpriz ad açıqlandı
-
6.08.2026Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
-
6.08.2026“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
6.08.2026Prezident SƏRƏNCAM İMZALADI
-
6.08.2026Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
-
6.08.2026"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı
-
6.08.2026Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı



