20-02-2026, 15:00
Dövlət qurumu olan Mənəvi Dəyərlərin Təbliği Fondu Ramazan bayramı ilə əlaqədar iki xarici ölkədə iftar süfrələri təşkil edəcək.
Duzxeber.az xəbər verir ki, bu barədə Fonddan mediaya məlumat verilib. Qeyd edək ki, bu Fond Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir.
İftar süfrələri Türkiyə və Gürcüstanda təşkil olunacaq. Fond bu iftar süfrələrinin təşkilini yerli şirkət olan “The Event Company” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkət iftar süfrələrini 363 646,8 manata təşkil edəcək.
Məlumata üçün onu da bildirək ki, Fond ötən il də Türkiyə və Gürcüstanda iftar süfrələri təşkil edib və həmin vaxt bağlanılmış müqaviləyə əsasən, iftar süfrələrini “Laguna Group” şirkəti 198 948 manata hazırlayıb.
Beləliklə, ötən illə müqayisədə Fondun Türkiyə və Gürcüstanda iftar süfrələrinə xərci 164 698,8 manat və ya 82,8% artıb. Bu, az qala iki dəfəyədək artım deməkdir. Bu artımın nə ilə əlaqədar olduğu bildirilmir. Qeyd edək ki, “The Event Company” şirkəti paytaxtın Binəqədi rayonunda qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi Mikayılov Müşfiq Gözəl oğludur. Şirkətin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9846.55 manat vergi borcu var.//AzPolitika
Dini Komitə 360 min manatlıq iftar süfrələri təşkil edəcək
Dövlət qurumu olan Mənəvi Dəyərlərin Təbliği Fondu Ramazan bayramı ilə əlaqədar iki xarici ölkədə iftar süfrələri təşkil edəcək.Duzxeber.az xəbər verir ki, bu barədə Fonddan mediaya məlumat verilib. Qeyd edək ki, bu Fond Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir.
İftar süfrələri Türkiyə və Gürcüstanda təşkil olunacaq. Fond bu iftar süfrələrinin təşkilini yerli şirkət olan “The Event Company” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkət iftar süfrələrini 363 646,8 manata təşkil edəcək.
Məlumata üçün onu da bildirək ki, Fond ötən il də Türkiyə və Gürcüstanda iftar süfrələri təşkil edib və həmin vaxt bağlanılmış müqaviləyə əsasən, iftar süfrələrini “Laguna Group” şirkəti 198 948 manata hazırlayıb.
Beləliklə, ötən illə müqayisədə Fondun Türkiyə və Gürcüstanda iftar süfrələrinə xərci 164 698,8 manat və ya 82,8% artıb. Bu, az qala iki dəfəyədək artım deməkdir. Bu artımın nə ilə əlaqədar olduğu bildirilmir. Qeyd edək ki, “The Event Company” şirkəti paytaxtın Binəqədi rayonunda qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi Mikayılov Müşfiq Gözəl oğludur. Şirkətin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9846.55 manat vergi borcu var.//AzPolitika
Oxşar xəbərlər
-
20-02-2026, 12:00İki qurumdan 2 milyonluq tender udan “hərşeyşünas” şirkət: “Leqo Group” – ARAŞDIRMA -
27-01-2026, 12:00DGK bir ildə “Arash Medical Company”ə 4 tender verib- ARAŞDIRMA -
15-01-2026, 13:30Bu nazirlikdə maliyyə pozuntuları üzrə icra vəziyyəti açıqlandı -
14-01-2026, 16:30"Referans”ın dövlət qurumları ilə dərman biznesi -
8-01-2026, 17:00DOST “B2B GROUP”a bir ildə niyə 16 milyon ödəyib? – ARAŞDIRMA
Xəbər lenti
-
Dün, 15:00Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
-
Dün, 14:30Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı
-
Dün, 14:15Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Dün, 14:00AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
Dün, 13:45Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib
-
Dün, 13:15Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
-
Dün, 13:00Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib
-
Dün, 12:30Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb
-
Dün, 12:15Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb
-
Dün, 12:00Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb
-
Dün, 11:30Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb
-
Dün, 11:15Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
-
Dün, 11:15Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb
-
Dün, 11:00Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər
-
Dün, 10:30Xəzərdə zəlzələ olub
-
Dün, 10:15Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
-
Dün, 10:00Cüdoçularımız ilk günü medalsız bitirdilər
-
Dün, 09:45Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb
-
Dün, 09:30Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub
-
Dün, 09:15Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək
-
Dün, 09:00“Riyad” ticarət mərkəzində mebel sexi yanıb
-
1-05-2026, 18:00Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ
-
1-05-2026, 17:45Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək
-
1-05-2026, 17:30Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq
-
1-05-2026, 17:15Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"
-
1-05-2026, 17:00AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
-
1-05-2026, 16:45Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı
-
1-05-2026, 16:30Bakı Metropoliteni hakaton layihəsinə start verir
-
1-05-2026, 16:15İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
-
1-05-2026, 16:00Ermənistan da daxil, bütün qonşularımızla…


