20.02.2026
Dünən Dövlət Ehtiyatları Agentliyi növbəti tenderinə yekun vurub.
Duzxeber.az xəbər verir ki, dövlət qurumu elevator və nümunə götürmə qurğusu üçün mal-materialın satın alınmasını reallaşdıracaq.
Belə ki, tenderin qalibi “LEQO GROUP” MMC olub. Öhdəliklərin yerinə yetirilməsi üçün Agentlik şirkətə 99 min 263 manat ödəniş edəcək.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “Leqo Group” MMC son bir ildə üst-üstə 7 tenderin qalibi olub. Şirkətin ən bahalı tenderi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun reallaşdırdığı olub. Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili layihəsində icmalar üçün müxtəlif avadanlıqların alınmasını əhatə edən layihənin reallaşdırılması üçün şirkət 1 milyon 98 min 500 manat ödəniş alıb.
Onu da xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə sözügedən şirkət arasında eyni məzmunlu daha bir tender 2024-cü ildə baş tutub. Həmin vaxt “leqo Group” 1 milyon 499 min 671 manat ödəniş alıb.
Amma məsələnin maraqlı tərəfi odur ki, sözügedən şirkət daha çox “hərşeyşünas” təsiri bağışlayır. Məsələn, MMC İnnovasiyalar Mərkəzinə 48 min 412 manatlıq, “Azərkosmos”a isə 9 min 959 manatlıq promo materiallarının satın alınmasını həyata keçirib. Paralel olaraq, Bakı Slavyan Universitetinə 100 min 4 manatlıq, KOBİA üçün isə 125 min 175 manatlıq dəstərxana ləvazimatları və təsərrüfat malları alıb.
“Leqo Group” FHN-lə də bahalı müqavilə bağlayıb. Belə ki, nazirliyin Maddi Texniki Təchizat İdarəsi ötən ilin avqustunda müxtəlif növ statistik cədvəllərin və mal-materialların satınalmasını reallaşdırıb. Bunun müqabilində isə şirkətə 941 min 241 manat ödəyib.
Bildirək ki, rəsmi Facebook hesabında şirkətin tikinti sahəsi üzrə ixtisaslaşdığı qeyd edilib. Şirkət o qədər “fəal”dır ki, sonuncu paylaşımını 28 iyul 2025-ci ildə edib.
Nəzərinizə çatdıraq ki, “LEQO GROUP” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Mehman Orucov Anar oğludur.
Qarşı tərəfi də dinləməyə hazırıq.//Tribuna.az
İki qurumdan 2 milyonluq tender udan “hərşeyşünas” şirkət: “Leqo Group” – ARAŞDIRMA
Dünən Dövlət Ehtiyatları Agentliyi növbəti tenderinə yekun vurub.Duzxeber.az xəbər verir ki, dövlət qurumu elevator və nümunə götürmə qurğusu üçün mal-materialın satın alınmasını reallaşdıracaq.
Belə ki, tenderin qalibi “LEQO GROUP” MMC olub. Öhdəliklərin yerinə yetirilməsi üçün Agentlik şirkətə 99 min 263 manat ödəniş edəcək.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “Leqo Group” MMC son bir ildə üst-üstə 7 tenderin qalibi olub. Şirkətin ən bahalı tenderi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun reallaşdırdığı olub. Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili layihəsində icmalar üçün müxtəlif avadanlıqların alınmasını əhatə edən layihənin reallaşdırılması üçün şirkət 1 milyon 98 min 500 manat ödəniş alıb.
Onu da xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə sözügedən şirkət arasında eyni məzmunlu daha bir tender 2024-cü ildə baş tutub. Həmin vaxt “leqo Group” 1 milyon 499 min 671 manat ödəniş alıb.
Amma məsələnin maraqlı tərəfi odur ki, sözügedən şirkət daha çox “hərşeyşünas” təsiri bağışlayır. Məsələn, MMC İnnovasiyalar Mərkəzinə 48 min 412 manatlıq, “Azərkosmos”a isə 9 min 959 manatlıq promo materiallarının satın alınmasını həyata keçirib. Paralel olaraq, Bakı Slavyan Universitetinə 100 min 4 manatlıq, KOBİA üçün isə 125 min 175 manatlıq dəstərxana ləvazimatları və təsərrüfat malları alıb.
“Leqo Group” FHN-lə də bahalı müqavilə bağlayıb. Belə ki, nazirliyin Maddi Texniki Təchizat İdarəsi ötən ilin avqustunda müxtəlif növ statistik cədvəllərin və mal-materialların satınalmasını reallaşdırıb. Bunun müqabilində isə şirkətə 941 min 241 manat ödəyib.
Bildirək ki, rəsmi Facebook hesabında şirkətin tikinti sahəsi üzrə ixtisaslaşdığı qeyd edilib. Şirkət o qədər “fəal”dır ki, sonuncu paylaşımını 28 iyul 2025-ci ildə edib.
Nəzərinizə çatdıraq ki, “LEQO GROUP” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Mehman Orucov Anar oğludur.
Qarşı tərəfi də dinləməyə hazırıq.//Tribuna.az
Oxşar xəbərlər
-
11.02.2026Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var -
3.02.202640 milyonluq tenderlər udub, Qarabağda binalar tikən şirkətə «STOP» QOYULDU - «ETİBARSIZ TƏCHİZATÇI» OLDU -
31.01.2026157 minə ev tikən şirkət indi də 3.5 milyona qaz xətti çəkir- ARAŞDIRMA -
14.01.2026"Referans”ın dövlət qurumları ilə dərman biznesi -
8.01.2026DOST “B2B GROUP”a bir ildə niyə 16 milyon ödəyib? – ARAŞDIRMA
Xəbər lenti
-
2.09.2026167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
-
2.09.2026Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
-
2.09.2026Prezident müraciət ünvanlayıb
-
2.09.2026Bu şəxsləri işdən çıxarmaq, cəzalandırmaq OLMAZ! - QANUN İCAZƏ VERMİR
-
2.09.2026Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM
-
2.09.2026Estoniyada yeni prezident seçildi
-
2.09.2026MİDA adından saxta müqavilələr hazırlayan qadınlar... - Video
-
2.09.2026Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
-
2.09.2026Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR
-
2.09.2026DİN vətəndaşlara ÇAĞIRIŞ ETDİ
-
2.09.2026Türkiyə Rusiyaya uçuşları kütləvi şəkildə ləğv edir - Nə baş verir?
-
2.09.2026ADY-dən Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq
-
2.09.2026Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
-
2.09.2026Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
2.09.2026"Apple" da Trampın qərarını tanıdı: “Ontario”nun adı dəyişdirildi
-
2.09.2026Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
2.09.2026İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur –RƏSMİ
-
2.09.2026Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
2.09.2026Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı
-
2.09.2026Mərmərədə 2 türk gəmisi toqquşdu: biri 11 dəqiqəyə batdı
-
2.09.2026Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…? -TƏFƏRRÜAT
-
2.09.2026ABŞ və İran qarşılıqlı hücumlar həyata keçirir
-
2.09.2026“Tamstore”dan şikayətlər artır – Video
-
2.09.2026TƏBİB-dən həkimlərlə bağlı MÜHÜM QƏRAR: Maaşlar 3 000 manat olacaq
-
2.09.2026Gəncədə 10 ildən artıqdır “unudulan” yol: Sakinlər çala-çuxurları özləri doldurur, aidiyyəti qurumlar isə susur VİDEO
-
2.09.2026Sursat anbarında baş verən PARTLAYIŞDAN sonra Goranboyda vəziyyət necədir?
-
2.09.2026Hesabına pul köçürülən şəxslər bunu bilməlidir – Dövlətə bu qədər ödəyəcəksiniz
-
2.09.2026Əvvəl bacısını, sonra özünü bıçaqladı
-
2.09.2026İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
-
2.09.2026Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı



