23-02-2026, 14:45
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq bir sıra hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər.
Duzxeber.az xəbər verir ki, təqdim edilən yeni xidmətə əsasən, artıq 2026-cı ildə 15 yaşı tamam olacaq kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması da bu platforma üzərindən aparılır. Bunun üçün çağırışaqədərki yaş həddində olan vətəndaşın valideyni və ya hüquqi nümayəndəsi “Xidmətlər” bölməsinə daxil olmalı, “Hərbi” alt bölməsinə keçid etməli, daha sonra “İlkin hərbi qeydiyyat”ı seçməlidir. Açılan yeni pəncərədə “Yeni müraciət”ə daxil olmalı, ekranda görünən cari il üçün 15 yaşı tamam olan övladının ad, soyad və ata adı qeyd olunan xananı seçməlidir. Sonrakı mərhələdə övladının qısa tərcümeyi-halını yazmaq və ya fayl şəklində (pdf və ya şəkil formatında) əlavə etmək, orta təhsilini xarici ölkədə alanlar üçün isə müvafiq arayışı yükləmək, həmçinin mobil nömrəni qeyd etmək lazımdır.
Proseslə paralel olaraq valideynin “mygov” kabinetinə övladının tibbi müayinələrdən keçməsi ilə bağlı bildiriş məlumatı daxil olur. Müayinəni keçdikdən sonra çağırışaqədərki yaş həddində olan vətəndaş hərbi qeydiyyata götürülməli olduğu Xidmətin struktur bölməsinin hərbi həkim komissiyasına əyani baxış üçün yaxınlaşmalıdır.
Prosesin şəffaflığını təmin etmək məqsədilə valideynlər şəxsi kabinetlərindən göndərdiyi müraciətin icra vəziyyətini izləyə bilir, eyni zamanda ilkin hərbi qeydiyyata alınma prosesi bitdikdən sonra onlara bu barədə bildiriş göndərilir.
Məlumat üçün qeyd edək ki, artıq ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (kağız daşıyıcı) bu ildən ləğv olunub və bu proses yalnız “mygov” platforması üzərindən aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu platformanın həm dövlət qurumları, həm də vətəndaşlar üçün önəmli olmasından danışıb. Ölkə başçısının sözlərinə görə bu platforma vətəndaşlar üçün çox böyük üstünlüklər təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstəriləcək.
Dövlət Xidməti üçün də vətəndaşlara göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir və bu istiqamətdə işlər davam etdirilməkdədir. Bu sahədə aparılan islahatlar və yeniliklər xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiya hüquqpozmalarının qarşısının alınması, vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Silahlı Qüvvələrin sağlam çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirilməsi, səfərbərlik sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır.
İlkin hərbi qeydiyyat artıq “mygov”da!

Oxşar xəbərlər
-
22-01-2026, 09:00Səmadan görünən nizam: Horovlu kəndində qış mənzərəsi -
21-01-2026, 14:39Son üç ildə 25 milyonluq keytring xidməti göstərən Ziyafət Fərzəliyevin rolu əslində nədir -
14-01-2026, 10:00ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
7-01-2026, 13:00Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
Dün, 15:00Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
-
Dün, 14:30Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı
-
Dün, 14:15Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Dün, 14:00AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
Dün, 13:45Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib
-
Dün, 13:15Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
-
Dün, 13:00Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib
-
Dün, 12:30Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb
-
Dün, 12:15Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb
-
Dün, 12:00Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb
-
Dün, 11:30Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb
-
Dün, 11:15Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
-
Dün, 11:15Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb
-
Dün, 11:00Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər
-
Dün, 10:30Xəzərdə zəlzələ olub
-
Dün, 10:15Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
-
Dün, 10:00Cüdoçularımız ilk günü medalsız bitirdilər
-
Dün, 09:45Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb
-
Dün, 09:30Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub
-
Dün, 09:15Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək
-
Dün, 09:00“Riyad” ticarət mərkəzində mebel sexi yanıb
-
1-05-2026, 18:00Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ
-
1-05-2026, 17:45Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək
-
1-05-2026, 17:30Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq
-
1-05-2026, 17:15Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"
-
1-05-2026, 17:00AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
-
1-05-2026, 16:45Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı
-
1-05-2026, 16:30Bakı Metropoliteni hakaton layihəsinə start verir
-
1-05-2026, 16:15İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
-
1-05-2026, 16:00Ermənistan da daxil, bütün qonşularımızla…