23.02.2026
Duzxeber.az: - 2025-ci il üzrə İcbari Tibbi Sığorta (İTS) Fondunun büdcə bölgüsü ətrafında səslənən iddialar səhiyyə sistemində şəffaflıq, rəqabət və etik idarəetmə ilə bağlı ciddi suallar doğurur. İddialara görə, İTS və TƏBİB-in iş birliyi nəticəsində büdcənin 50–60%-i müəyyən şəbəkəyə daxil olan klinikalar arasında bölüşdürülüb, digər 40% isə bazarın qalan iştirakçılarına çatıb. Bu bölgünün ədalətsiz olduğu və bəzi klinikaları maliyyə sıxıntısına saldığı bildirilir.Sistemin əsas icra qurumu olan TƏBİB və maliyyələşməni həyata keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) arasında koordinasiya mexanizmləri illərdir müzakirə olunur. Lakin bu dəfə iddialar daha konkret adlar və ünvanlarla səslənir.
Şəbəkənin əsas fiqurlarından biri kimi Yeni Klinikanın direktoru Barat Yusubov göstərilir. Yeni Klinika-ya daxil olan xəstələrin müəyyən özəl tibb mərkəzlərinə yönləndirildiyi iddia olunur. Bu mərkəzlər sırasında “EGE” hospital (Direktoru Baratın həyat yoldaşıdır), “Olimp” və “HP Güvən” klinikalarının adı çəkilir. Daxil olmuş məlumatlara görə,“EGE” hospital yaxın tarixlərə qədər digər klinikalarla müqayisədə 15–20 dəfə çox sığorta dövriyyəsi göstərib,yoxlamalar zamanı dövriyyənin süni şəkildə azaldıldığı bildirilir, yeni Klinikaya müraciət edən xəstələrin sistemli şəkildə “EGE” hospitala yönləndirilməsi baş verib.bütün xəstə kodlarının İTS tərəfindən təsdiqləndiyi və bunun üçün “münbit şərait” yaradıldığı iddia edilir.
Mediatv.az bildiri ki,əgər bu faktlar təsdiqini tapsa, burada maraq toqquşması, rəqabət mühitinin pozulması və bərabər çıxış imkanlarının məhdudlaşdırılması kimi ciddi hüquqi məsələlər ortaya çıxır.
Bu iki xətt arasında qeyri-formal koordinasiya mövcuddursa və qərarlar dar çevrədə formalaşırsa, sistemdə balans pozulmuşdur.Sadalanan məsələlər vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının, dövlət vəsaitlərinin məqsədli və şəffaf xərclənməməsi prinsipinin, rəqabət mühitinin qorunmasını mövzusunu aktuallaşdırır. Burada əsas məsələ şəxsi münasibətlərin olub-olmaması deyil — dövlət vəsaitinin bölgüsündə obyektivlik və şəffaflığın təmin olunmasıdır.Cavab gözləyən suallar cəmiyyət üçün maraqlıdır.Belə ki,2025-ci il üzrə İTS bölgüsünün klinikalar üzrə detallı statistikası niyə açıqlanmır,yeni Klinikadan yönləndirilən xəstələrin sayı və ünvanları barədə rəsmi hesabat varmı,audit və daxili nəzarət mexanizmləri hansı nəticələri göstərib?
Əgər sistem təmiz və qanunauyğundursa, bu sualların cavabı açıq şəkildə ictimaiyyətə təqdim olunmalıdır. Əks halda, sadalananlar sadəcə əməkdaşlıq modeli deyil, qapalı qərarvermə mexanizmi kimi qəbul ediləcək.
Araşdırma xarakterli iddiaların dəqiqləşdirilməsi üçün adları çəkilən şəxslərin və qurumların mövqeyi də dinlənilməlidir. Şəffaflıq isə yalnız açıqlama ilə deyil, sənədlə sübut olunmalıdır.
“İTS çətiri” və şəbəkə idarəçiliyi
İddialarda İTS ilə müqaviləli olan bir sıra özəl tibb müəssisələrinin də adı çəkilir. Məsələn:Yasamal Hospital, Avropa Beynəlxalq Hospital ,Gəncə Beynəlxalq Xəstəxanası
Bu müəssisələrin biznesmen Famil Musayevin nəzarətində olduğu, görünüşdə dolayı mexanizmlərlə Tibbi Planlama Departamentində vəzifə tutan şəxslərin gəlir mənbəyinə çevrildiyi iddia edilir. Adı çəkilənlər arasında Hikmət İbrahimlinin də olduğu bildirilir.
Ən ağır ittiham isə budur: bəzi böyük dövriyyəli özəl klinikaların əvvəlcədən razılaşma əsasında onlara ayrılan İTS dövriyyəsinin 10 faizini rüşvət kimi geri qaytarması barədə məlumatlar dolaşır.
Hüquqi prizma: hansı normalar pozula bilər?
Əgər səslənən iddialar sübuta yetirilərsə, aşağıdakı hüquqi çərçivələr gündəmə gələ bilər: Vəzifəli şəxslərin xidməti mövqedən şəxsi maraq üçün istifadə etməsi,Cinayət Məcəlləsinin 308 və 311-ci maddələri – vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma,Rəqabət Məcəlləsi – bazarda üstün mövqedən sui-istifadə və ayrı-seçkilik,dövlət vəsaitlərinin xərclənməsində bərabərlik və şəffaflıq prinsiplərinin pozulması.İTS mexanizmi sığorta hadisələrinin kodlaşdırılması, tibbi xidmətlərin təsnifatı və ödənişlərin təsdiqi üzərindən işləyir. Əgər kod təsdiqləri selektiv qaydada aparılıbsa və yönləndirmələr inzibati təsirlə formalaşıbsa, bu artıq sistemli müdaxilə deməkdir.
2025-ci il üzrə İTS büdcəsinin klinikalar arasında bölgüsü hansı meyarlara əsaslanıb,eyni profil üzrə xidmət göstərən müəssisələr arasında dövriyyə fərqi niyə 15–20 dəfədir,xəstə yönləndirmə mexanizminə kim və hansı əsasla nəzarət edir,İTS müqavilələrinin monitorinqi və audit nəticələri niyə ictimaiyyətə açıqlanmır? İcbari tibbi sığorta sistemi sosial ədalət və bərabər tibbi çıxış prinsipi üzərində qurulmalıdır. Əgər dövlət vəsaiti müəyyən qrup klinikaların xeyrinə yönləndirilirsə və bazarda qeyri-bərabər rəqabət formalaşırsa, bu artıq təkcə maliyyə məsələsi deyil — ictimai etimad böhranıdır.(mediatv.az)
Araşdırma davam edir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
İTS–TƏBİB KOORDİNASİYASI ƏTRAFINDA CİDDİ SUALLAR -DE-FAKTO

Oxşar xəbərlər
-
13.02.2026Özəl tibb müəssisələrinə onkoloji tibbi xidmət göstərməyə icazə veriləcək -
2.02.2026Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR -
27.11.202516 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək