24.02.2026
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir. Prezident İlham Əliyev Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Qanunu və onun tətbiqi ilə bağlı müvafiq Fərmanı imzalayıb.
Duzxeber.az xəbər verir ki, dəyişikliklər dövlət maliyyə nəzarətinin artırılmasına və dövlət sektorunda bank əməliyyatları üzrə müşahidə mexanizmlərinin mərkəzləşdirilməsinə yönəlib.
Qanuna əsasən, dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Azərbaycan Respublikasının Mərkəzi Bankı-nın nəzarət etdiyi subyektlər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin, eləcə də dövlət büdcəsindən maliyyə alan digər təşkilatların bank hesabları üzrə müşahidə funksiyalarının həyata keçirilməsi məqsədilə bank sirri təşkil edən məlumatlar banklar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunacaq.
Bununla Maliyyə Nazirliyi dövlət sektoruna aid bank hesabları üzrə vəsait hərəkətləri barədə məlumatları birbaşa əldə etmək imkanı qazanır.
Eyni zamanda, dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə və ya uçotdan çıxarıldıqda onların adı, VÖEN-i və bank hesabları barədə məlumatlar növbəti ayın 15-dək elektron qaydada Maliyyə Nazirliyinə təqdim ediləcək.
Habelə, həmin qurumlara məxsus bank hesabları barədə məlumat vergi orqanına daxil olduqdan sonra bu məlumat 1 iş günü müddətində elektron formada Maliyyə Nazirliyinə ötürüləcək.
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir. Prezident İlham Əliyev Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Qanunu və onun tətbiqi ilə bağlı müvafiq Fərmanı imzalayıb.Duzxeber.az xəbər verir ki, dəyişikliklər dövlət maliyyə nəzarətinin artırılmasına və dövlət sektorunda bank əməliyyatları üzrə müşahidə mexanizmlərinin mərkəzləşdirilməsinə yönəlib.
Qanuna əsasən, dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Azərbaycan Respublikasının Mərkəzi Bankı-nın nəzarət etdiyi subyektlər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin, eləcə də dövlət büdcəsindən maliyyə alan digər təşkilatların bank hesabları üzrə müşahidə funksiyalarının həyata keçirilməsi məqsədilə bank sirri təşkil edən məlumatlar banklar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunacaq.
Bununla Maliyyə Nazirliyi dövlət sektoruna aid bank hesabları üzrə vəsait hərəkətləri barədə məlumatları birbaşa əldə etmək imkanı qazanır.
Eyni zamanda, dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə və ya uçotdan çıxarıldıqda onların adı, VÖEN-i və bank hesabları barədə məlumatlar növbəti ayın 15-dək elektron qaydada Maliyyə Nazirliyinə təqdim ediləcək.
Habelə, həmin qurumlara məxsus bank hesabları barədə məlumat vergi orqanına daxil olduqdan sonra bu məlumat 1 iş günü müddətində elektron formada Maliyyə Nazirliyinə ötürüləcək.
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə



