27.02.2026
Duzxeber.az: - Naxçıvanda yüksək vəzifəli şəxslərlə bağlı başladılan istintaq prosesi yeni mərhələyə keçir. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərovun həbsi ilə gündəmə gələn mənimsəmə ittihamları artıq daha geniş çevrəni əhatə edir. İddialara görə, proses çərçivəsində Prezidentin Naxçıvan üzrə sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də istintaqa cəlb olunub.
Bununla yanaşı, TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovla bağlı da müəyyən məlumatlar dolaşır. Belə ki, onun barəsində içki məclislərində vəzifə payladığı iddiaları yayılıb. V.Qurbanovun ciddi pozuntulara yol verdiyi də istisna edilmir.
Adları çəkilən şəxsləri bundan sonra nə gözləyir? Həm real vəziyyət, həm də qanun baxımından onların aqibəti necə ola bilər?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, məsələ ilə bağlı məlumatlar artıq mətbuatda yayılıb və Naxçıvanda çalışan şəxslər heç bir halda müstəsna və ya toxunulmaz hesab edilə bilməzlər:
“Əgər qanuna və hüquqa zidd addımlar atılıbsa, kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb ediləcək. Xüsusilə də söhbət burada qanunsuz fəaliyyət, rüşvətxorluq, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi hallardan gedirsə. Əgər bu cür faktlar Naxçıvanda baş veribsə, adı çəkilən şəxslərlə yanaşı, digərləri də prosesə cəlb oluna bilər. Çünki söhbət Azərbaycanın muxtar ərazisi olan Naxçıvanda böyük məbləğdə vəsaitlərin mənimsənilməsi və dövlət büdcəsinə zərər vurulmasından gedir. Eyni zamanda, pandemiya dövründə səhiyyə sahəsində yaradılmış yeni quruma – TƏBİB-ə rəhbərlik etmiş şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddialar səslənirsə və bu faktlar təsdiqini taparsa, təbii ki, sərt cəzaların tətbiqi qaçılmaz olacaq. Çünki burada dövlət büdcəsinin talan edilməsindən danışılır”.

xeyal besirov
X.Bəşirov əlavə edib ki, məsələ yalnız ayrı-ayrı epizodlarla məhdudlaşmaya bilər:
“Burada vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəxsi maraqlar zəminində kadr təyinatlarının aparılmasından da söhbət gedir. Əgər TƏBİB-ə rəhbərlik etmiş şəxsin barəsində deyilən fikirlər və ortaya çıxan faktlar reallığı əks etdirsə, onun dövründə vəzifəyə təyin olunan şəxslərin də araşdırmaya cəlb edilməsi mümkündür. Düşünürəm ki, bu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində dövlətin növbəti genişmiqyaslı addımlarından biri olacaq”.
Xəyal Bəşirov deyib ki, proses çərçivəsində həm yüksək vəzifə tutmuş, həm də hazırda vəzifədə çalışan şəxslərin məsuliyyətə cəlb olunması mümkündür:
“Baş verənlər digərləri üçün də ciddi mesaj olmalıdır. Bu gün vəzifədə olan şəxslərin etimadı doğrultmaması, xüsusilə də dövlət başçısının etimadını sarsıtması cəmiyyətdə müsbət qarşılanmır. Gələcəkdə həmin vəzifələrə təyin olunacaq və ya hazırda bu vəzifələri icra edən şəxslər səlahiyyətlərinə daha məsuliyyətli yanaşmalıdırlar. Əks halda, heç kim məsuliyyətdən yayınmayacaq”.//xalqxeber.az
Fuad Nəcəfli və Vüqar Qurbanov həbs edilir? – Yeni şok iddialar yayıldı
Duzxeber.az: - Naxçıvanda yüksək vəzifəli şəxslərlə bağlı başladılan istintaq prosesi yeni mərhələyə keçir. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərovun həbsi ilə gündəmə gələn mənimsəmə ittihamları artıq daha geniş çevrəni əhatə edir. İddialara görə, proses çərçivəsində Prezidentin Naxçıvan üzrə sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də istintaqa cəlb olunub.Bununla yanaşı, TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovla bağlı da müəyyən məlumatlar dolaşır. Belə ki, onun barəsində içki məclislərində vəzifə payladığı iddiaları yayılıb. V.Qurbanovun ciddi pozuntulara yol verdiyi də istisna edilmir.
Adları çəkilən şəxsləri bundan sonra nə gözləyir? Həm real vəziyyət, həm də qanun baxımından onların aqibəti necə ola bilər?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, məsələ ilə bağlı məlumatlar artıq mətbuatda yayılıb və Naxçıvanda çalışan şəxslər heç bir halda müstəsna və ya toxunulmaz hesab edilə bilməzlər:
“Əgər qanuna və hüquqa zidd addımlar atılıbsa, kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb ediləcək. Xüsusilə də söhbət burada qanunsuz fəaliyyət, rüşvətxorluq, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi hallardan gedirsə. Əgər bu cür faktlar Naxçıvanda baş veribsə, adı çəkilən şəxslərlə yanaşı, digərləri də prosesə cəlb oluna bilər. Çünki söhbət Azərbaycanın muxtar ərazisi olan Naxçıvanda böyük məbləğdə vəsaitlərin mənimsənilməsi və dövlət büdcəsinə zərər vurulmasından gedir. Eyni zamanda, pandemiya dövründə səhiyyə sahəsində yaradılmış yeni quruma – TƏBİB-ə rəhbərlik etmiş şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddialar səslənirsə və bu faktlar təsdiqini taparsa, təbii ki, sərt cəzaların tətbiqi qaçılmaz olacaq. Çünki burada dövlət büdcəsinin talan edilməsindən danışılır”.

xeyal besirov
X.Bəşirov əlavə edib ki, məsələ yalnız ayrı-ayrı epizodlarla məhdudlaşmaya bilər:
“Burada vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəxsi maraqlar zəminində kadr təyinatlarının aparılmasından da söhbət gedir. Əgər TƏBİB-ə rəhbərlik etmiş şəxsin barəsində deyilən fikirlər və ortaya çıxan faktlar reallığı əks etdirsə, onun dövründə vəzifəyə təyin olunan şəxslərin də araşdırmaya cəlb edilməsi mümkündür. Düşünürəm ki, bu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində dövlətin növbəti genişmiqyaslı addımlarından biri olacaq”.
Xəyal Bəşirov deyib ki, proses çərçivəsində həm yüksək vəzifə tutmuş, həm də hazırda vəzifədə çalışan şəxslərin məsuliyyətə cəlb olunması mümkündür:
“Baş verənlər digərləri üçün də ciddi mesaj olmalıdır. Bu gün vəzifədə olan şəxslərin etimadı doğrultmaması, xüsusilə də dövlət başçısının etimadını sarsıtması cəmiyyətdə müsbət qarşılanmır. Gələcəkdə həmin vəzifələrə təyin olunacaq və ya hazırda bu vəzifələri icra edən şəxslər səlahiyyətlərinə daha məsuliyyətli yanaşmalıdırlar. Əks halda, heç kim məsuliyyətdən yayınmayacaq”.//xalqxeber.az
Oxşar xəbərlər
-
23.02.2026TƏBİB-də Səkinə Sadıxova “fenomeni”: Vüqar Qurbanov onu necə xilas edib? –ARAŞDIRMA -
19.02.2026Saleh Məmmədov mətbuata böyük pullar ayıraraq, əməllərini ört-basdır edirmiş -ŞOK FAKTLAR -
13.02.2026Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA -
10.02.2026Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... FOTO -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək



