23.02.2026
Duzxeber.az: - Məlum olduğu kimi, ötən həftə Prezidentin sərəncamı ilə TƏBİB-in direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunub.
Onun yardım etdiyi və dəstək durduğu adamlar bundan ciddi şəkildə əndişələnməyə başlayıblar.
Sadıxovanın USAİD-ə uzanan “əli”
Bəziləri isə bir qədər də irəli gedərək, vəziyyətdən çıxmaq və “Qurbanov sindromunu” üzərlərindən atmaq üçün başqa yol seçiblər. Məsələn, son günlər Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova özü haqqında mediada tərif dolu yazıların yayılmasına start verib.
Öncəliklə ondan başlayaq ki, Səkinə Sadıxova Abşerona qədər, Sumqayıt Tibb Mərkəzinə rəhbərlik edib. Həmin dövrdə o, bir qədər əvvəl Azərbaycanda fəaliyyəti qadağan edilmiş, hətta agentura şəbəkəsi kimi fəaliyyət göstərdiyi rəsmi qurumlar tərəfindən təsdiq edilmiş USAİD-la birlikdə heç də kiçik olmayan işlər görüb. Məsələn, Sumqayıt Tibb Mərkəzinin təşəbbüsü ilə Sumqayıtda Simulyasiya və Təlim Mərkəzinin yaradılıb. 3.5 milyon dollar dəyərində olan bu mərkəzin araya-ərəsyə gəlməsini isə USAİD təşkil edib. Yəni, pulu verən tərəf bu təşkilat olub.
Həmin vaxt Səkinə Sadıxova yerli mediaya açıqlamasında bunu “bəh-bəhlə” təqdim edib. Bir xeyli tərifləməklə yanaşı, həm də bunu öz uğurlarından biri kimi təqdim edib.
Qurbanovun “sehirli” müdaxiləsi
Səkinə Sadıxova özünü “aydan arı, sudan duru” kimi təqdim etsə də, azca keçmişdə Hesablama Palatası və Baş Prokurorluğun açdığı cinayət işini unudmuş kimi görünür. Belə ki, Sumqayıt Tibb Mərkəzində Hesablama Palatası apardığı yoxlamalar zamanı ciddi maliyyə pozuntuları aşkarlayır. Bunun ardından zəruri olan sənədlər Baş Prokurorluğa təqdim edilir.
Rəsmi məlumatlara görə, Səkinə Sadxıovaya Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılır.
Lakin qəfil Sadıxova Sumqayıtdakı vəzifəsindən azad edilir və Abşeron Mərkəzi Xəxstəxanasına direktor təyin edilir. Üstəlik, bir müddət sonra qaldrılmış cinayət işi də arxivə göndərilir.
Təbii ki, həmin cinayət işinin bağlanması və Sadıxovanın “sudan quru” çıxması səbəbsiz deyildi. Ona himayədarlıq edən adamın sayəsində bu “fəlakət”dən xilas olmuşdu. Həmin şəxs isə elə onun özünü Abeşron Mərkəzi Xəstəxanasına təyinat verən keçmiş TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanov idi.
Açıq mənbələrdə yayılan məlumatlardan məlum olur ki, Səkinə Sadıxova ilə Vüqar Qurbanovun işgüzar münasibətləri yüksək səviyyədə olub. Elə bu səbəbdən də Sadıxova qısa zamanda onun himayəsi altına keçərək, bir sıra uğur əldə edib. Hər halda cinayət işinin bağlanması, ardından da yeni təyinat alması boş bir məsələ sayıla bilməz.
Bir digər məlumatlarda isə qeyd edilir ki, əgər Vüqar Qurbanov vəzifəsindən getməsəydi Səkinə Sadıxova daha böyük vəzifələrə qədər gedib çıxacaqdı. Məsələn, onun adı Bakının ən iri tibb mərkəzlərindən birinin rəhbəri, hətta TƏBİB-in direktor müavini olacağı belə bildirilirdi. Maraqlıdır ki, Vüqar Qurbanov buna qədər onu özünə müşavir də təyin edibmiş. Gedər ayaqda isə əvvəlcə Abşeron Mərjəzi Xəstəxanasına direktor təyin edərək, oradan tramplin kimi istifadə etməyi planlaşdırıb. Di gəl, TƏBİB-in ləğvi, üstünə bir də Vüqar Qurbanovun işdən qovulması Səkinə xanımın arzularını gözündə qoymuş oldu.
“Özünü tərif etdirmə” kampaniyası
Maraqlı məqam odur ki, Səkinə Sadıxova Vüqar Qurbanov vəzifəsindən gedən kimi, dərhal özünü təriflətmək üçün yerli medianın imkanlarını işə salıb. O, fəaliyyəti dövürdə əldə etdiyi “uğur” və “naliyyətlər”ini sıralayaraq, özü haqqında müsbət rəy yaratmağa çalışıb.
Təbii ki, Sadıxovanın əsas məqsədi təkcə özünü təriflətmək yox, həm də adının Vüqar Qurbanovla birgə hallanmasını önləmək üçün bu addımı atıb. Çünki onun karyerasının qurumlasında müstəsna rol oynamış TƏBİB rəhbəri ilə indi birlikdə adının hallanması vəzifə itikisi ilə üzləşməsinə səbəb ola bilər.
Lakin qəribə odur ki, xanım Sadıxova “uğur”larından danışarkən Hesablama Palatası və Baş Prokurorluğun qaldırdığı cinayət işlərindən bəhs etmir. Bu “dolanbac”dan necə çıxdığını dilə gətirmir. Hərçənd rəsmi yayılmış bu xəbəri təkzib belə edə bilmir. Çünki edəcək bir şey yoxdur. Hətta deyəcək bir şey də qalmayıb. Ona görə də, fakt ortadadır.
İlk gün ilk qohum təyinatı
Səkinə Sadıxovanın hansı peşəkar idarəçiliyə malik olması elə təyinat aldıqdan qısa müddət sonra atdığı addımlarından da bəllidir. Məsələn, o, vəzifə başına keçən kimi doğma bacısını Masazır Sağlamlıq Poliklinikasına baş həkim təyin edib.
Görünən odur ki, Səkinə xanım Abeşronda da ailə podratı yaratmaq fikrinə düşüb. Əks halda, öz doğma bacısına niyə vəzifə versin ki? Həmin poliklinikaya daha bacarıqlı birini gətirmək mümkün deyildimi?
Suallar çoxdur. Amma açıq qalan mələlələr də az deyil. Indi hörmətli Səkinə xanım Sadıxova həmin suallara cavab verməlidir. Nəinki özünü təriflətmək üçün yazılar yazdırmalıdır.
P.S. Abşeron Mərkəzi Xəstəxanasının baş həkimi Səkinə Sadıxovanın Sumqayıtda işləyərkən atdığı bəzi addımlar, habelə haqqında cinayət işinin hansı səbəbdən qalddırılması barədə geniş yazımız olacaq.(Tribuna.az)
Lakin buna qədər yuxarıda qeyd etdiyimiz faktlarla bağlı xanım Sadıxovanın fikirlərini də dərc etməyə hazırıq.
TƏBİB-də Səkinə Sadıxova “fenomeni”: Vüqar Qurbanov onu necə xilas edib? –ARAŞDIRMA
Duzxeber.az: - Məlum olduğu kimi, ötən həftə Prezidentin sərəncamı ilə TƏBİB-in direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunub.Onun yardım etdiyi və dəstək durduğu adamlar bundan ciddi şəkildə əndişələnməyə başlayıblar.

Oxşar xəbərlər
-
27.01.2026İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR -
21.01.2026Ali Məhkəmədən estetik əməliyyatlarla bağlı qərar -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
30.05.2026Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir
-
30.05.2026Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
30.05.2026№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın
-
30.05.2026Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir
-
30.05.2026Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?
-
30.05.2026Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU
-
30.05.2026Məşhur futbolçu saxlanıldı
-
30.05.2026Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər
-
30.05.2026“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər
-
30.05.2026Ermənistan İrandan bu raketləri aldı
-
30.05.2026Google illər sonra dəyişir
-
30.05.2026Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib
-
30.05.2026Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq
-
30.05.2026Millimiz Fransaya qarşı
-
30.05.2026İran İsrailə qarşı sərt bəyanat yaydı
-
30.05.2026Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər
-
30.05.2026Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb
-
30.05.2026Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi
-
30.05.2026Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO
-
30.05.2026Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır
-
30.05.2026İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?
-
30.05.2026Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi
-
30.05.2026Ağır qəza olub: Yaralılar var
-
30.05.2026“İranın uranı Qazaxıstanda saxlanıla bilər”
-
30.05.2026Qızıl və gümüş bahalaşdı
-
30.05.2026İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB
-
30.05.2026Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi
-
30.05.2026Bakı sakinlərinə xəbərdarlıq
-
30.05.2026İsrail Qəzzaya hücum etdi - Ölən və yaralananlar var
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir