2.03.2026
Duzxeber.az: - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədri Saleh Məmmədovun vəzifədə olduğu dövrdə qurum ətrafında baş verən qalmaqallı hadisələr uzun müddət ictimai müzakirələrə səbəb olmuşdu. Həmin proseslərin fonunda Saleh Məmmədov vəzifəsindən azad edilsə də, iddialara görə, onun dövründə formalaşmış idarəetmə mexanizmləri agentliyin bəzi strukturlarında hələ də davam etdirilir.
Tribuna.az-ın araşdırmasına əsasən, AAYDA-nın tabeliyində fəaliyyət göstərən “1 №-li Xüsusi Təyinatlı Magistral Yol” MMC-nin rəisi Azadəli Azadəliyevdir. O, daha əvvəl “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru vəzifəsində çalışıb. Azadəli Azadəliyev yeni vəzifəyə təyin olunduqdan sonra öz yerinə həmin quruma Məzahir Mahmudovu rəhbər gətirib.
Əldə etdiyimiz məlumatlara görə, Azadəli Azadəliyevə müxtəlif tenderlər verilir. Onun asfalt zavodu olmadığı halda asfalt örtüyü işlərində iştirak etdiyi və bu istiqamətdə maliyyə vəsaitləri aldığı bildirilir. Həmçinin qeyd olunur ki, Bakı–Quba yolu üzrə məsul şəxs olduğu halda, Hökməli qəsəbəsi ərazisində də asfaltlama işləri aparır.
Etibarlı mənbələrdən aldığımız məlumata əsasən, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Məzahir Mahmudov faktiki olaraq Azadəli Azadəliyevin nəzarəti altında fəaliyyət göstərir. Bildirilir ki, Azadəli Azadəliyev AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qohumudur və bu münasibətlərin maliyyə qərarlarına təsir göstərdiyi iddia olunur.
Eyni zamanda, “saxlanma xərcləri” adı altında milyonlarla manat vəsait ayrılır və həmin vəsaitlərin bölüşdürülməsi həyata keçirilir. Həmçinin “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də texnikaların kirayəyə verildiyi, bunun isə dövlət büdcəsinə zərər vurduğu bildirilir.
İşçilərin sözlərinə görə, Azadəli Azadəliyev bir müddət iş fəaliyyətini Novxanı ərazisində yerləşən restoran və otellərdən idarə edib. Son struktur dəyişikliklərindən sonra isə onun daha tez-tez idarədə göründüyü qeyd olunur.
Bundan başqa, Azadəli Azadəliyev müxtəlif idarələrdə özünə yaxın şəxsləri vəzifəyə yerləşdirib. Misal olaraq, AAYDA-da Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tutan Elşən Cəfərovun da onun kadrı olduğu bildirilir. Qeyd olunur ki, vaxtilə həmin idarəyə Azadəli Azadəliyev rəhbərlik edib.
Həmçinin AAYDA-nın balansında olan yüzlərlə nəqliyyat vasitəsi kirayəyə verilərək milyonlarla manat gəlir əldə edilir. Halbuki həmin texnikaların respublikanın avtomobil yollarına xidmət etməli olduğu vurğulanır.
Maliyyə Nazirliyi tərəfindən “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də araşdırma aparılacağı təqdirdə, ayrılmış vəsaitlərin həcmi və istiqaməti barədə daha detallı məlumatlar üzə çıxa bilər.
Məsələ ilə bağlı adı çəkilən şəxslərin mövqeyini öyrənmək mümkün olmayıb.
İrəli sürülən iddiaların ciddiliyi nəzərə alınaraq, aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılmasının vacibliyi vurğulanır. Rəsmi yoxlama həyata keçiriləcəyi təqdirdə, səsləndirilən məsələlərə hüquqi qiymət verilə və ictimaiyyətə ətraflı məlumat təqdim oluna bilər.
AAYDA-da tender və qohumluq əlaqələri – Milyonlar necə bölüşdürülür?
Duzxeber.az: - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədri Saleh Məmmədovun vəzifədə olduğu dövrdə qurum ətrafında baş verən qalmaqallı hadisələr uzun müddət ictimai müzakirələrə səbəb olmuşdu. Həmin proseslərin fonunda Saleh Məmmədov vəzifəsindən azad edilsə də, iddialara görə, onun dövründə formalaşmış idarəetmə mexanizmləri agentliyin bəzi strukturlarında hələ də davam etdirilir.Tribuna.az-ın araşdırmasına əsasən, AAYDA-nın tabeliyində fəaliyyət göstərən “1 №-li Xüsusi Təyinatlı Magistral Yol” MMC-nin rəisi Azadəli Azadəliyevdir. O, daha əvvəl “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru vəzifəsində çalışıb. Azadəli Azadəliyev yeni vəzifəyə təyin olunduqdan sonra öz yerinə həmin quruma Məzahir Mahmudovu rəhbər gətirib.
Əldə etdiyimiz məlumatlara görə, Azadəli Azadəliyevə müxtəlif tenderlər verilir. Onun asfalt zavodu olmadığı halda asfalt örtüyü işlərində iştirak etdiyi və bu istiqamətdə maliyyə vəsaitləri aldığı bildirilir. Həmçinin qeyd olunur ki, Bakı–Quba yolu üzrə məsul şəxs olduğu halda, Hökməli qəsəbəsi ərazisində də asfaltlama işləri aparır.
Etibarlı mənbələrdən aldığımız məlumata əsasən, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Məzahir Mahmudov faktiki olaraq Azadəli Azadəliyevin nəzarəti altında fəaliyyət göstərir. Bildirilir ki, Azadəli Azadəliyev AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qohumudur və bu münasibətlərin maliyyə qərarlarına təsir göstərdiyi iddia olunur.
Eyni zamanda, “saxlanma xərcləri” adı altında milyonlarla manat vəsait ayrılır və həmin vəsaitlərin bölüşdürülməsi həyata keçirilir. Həmçinin “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də texnikaların kirayəyə verildiyi, bunun isə dövlət büdcəsinə zərər vurduğu bildirilir.
İşçilərin sözlərinə görə, Azadəli Azadəliyev bir müddət iş fəaliyyətini Novxanı ərazisində yerləşən restoran və otellərdən idarə edib. Son struktur dəyişikliklərindən sonra isə onun daha tez-tez idarədə göründüyü qeyd olunur.
Bundan başqa, Azadəli Azadəliyev müxtəlif idarələrdə özünə yaxın şəxsləri vəzifəyə yerləşdirib. Misal olaraq, AAYDA-da Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tutan Elşən Cəfərovun da onun kadrı olduğu bildirilir. Qeyd olunur ki, vaxtilə həmin idarəyə Azadəli Azadəliyev rəhbərlik edib.
Həmçinin AAYDA-nın balansında olan yüzlərlə nəqliyyat vasitəsi kirayəyə verilərək milyonlarla manat gəlir əldə edilir. Halbuki həmin texnikaların respublikanın avtomobil yollarına xidmət etməli olduğu vurğulanır.
Maliyyə Nazirliyi tərəfindən “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də araşdırma aparılacağı təqdirdə, ayrılmış vəsaitlərin həcmi və istiqaməti barədə daha detallı məlumatlar üzə çıxa bilər.
Məsələ ilə bağlı adı çəkilən şəxslərin mövqeyini öyrənmək mümkün olmayıb.
İrəli sürülən iddiaların ciddiliyi nəzərə alınaraq, aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılmasının vacibliyi vurğulanır. Rəsmi yoxlama həyata keçiriləcəyi təqdirdə, səsləndirilən məsələlərə hüquqi qiymət verilə və ictimaiyyətə ətraflı məlumat təqdim oluna bilər.
Oxşar xəbərlər
-
13.02.2026Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA -
3.02.2026QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - Dövlət büdcəsi məmurlar arasında belə bölüşdürülür -
2.02.2026Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -Faktlar -
5.01.2026AAYDA-da gizli “maliyyə piramida”sı: Saleh Məmmədov təcili “ixtisar”a başlayıb -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə



