2.02.2026
Son aylarda “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fəaliyyəti ilə bağlı ciddi iddialar yayılır.
Duzxeber.az: - Xalq bildirilir ki, qurumun direktoru Məhəmməd Musayev və onun yaxın ətrafı uzun müddətdir işçilərin əməkhaqlarından qanunsuz tutulmalar aparır, dövlət əmlakından şəxsi maraqlar naminə istifadə edir və yeraltı-yerüstü keçidlərin idarə olunmasını yararsız vəziyyətə salıb.
İddialara görə, MMC-də çalışan müxtəlif kateqoriyadan olan işçilərin maaşlarından hər ay səbəbsiz və qeyri-qanuni şəkildə vəsait tutulur.
Xadimələrdən 5–7 manat, sahə rəislərindən 40 manat, operatorlardan 10 manat, nəzarətçilərdən isə 12–15 manat məbləğində kəsintilər edilir.
Məlumata əsasən, peşəkarlığa deyil, fərqli meyarlara üstünlük verilməsi nəticəsində keçidlərdəki eskalatorların 70 faizdən çoxu yararsız vəziyyətə düşüb. Rəhbərliyin əsas diqqəti isə obyektlərin sayını artırmağa, keçidlərdəki xidmət otaqlarını mağazaya çevirib icarəyə verməyə yönəlib. Bununla yanaşı, başqalarının adına olan maaş kartlarındakı vəsaitlərin mənimsənildiyi də iddia olunur.
Daha bir ciddi iddiaya görə, idarədə çalışan sahə rəislərinin hər birinin cibində iki maaş kartı mövcuddur.

İddialara əsasən, keçidlərin işıqlandırılması və eskalatorların fəaliyyəti üçün ayrılan elektrik enerjisi qeyri-qanuni şəkildə keçidlərin ətrafında və daxilində fəaliyyət göstərən mağaza və köşklərə satılır. Bu prosesdə Quliyev Sənan və Nehmetov Nazir adlı şəxslərin vasitəçilik etdiyi, toplanan vəsaitin isə Məhəmməd Musayevə təqdim edildiyi bildirilir. Qeyd olunur ki, həmin şəxslər “Azərişıq”ın əməkdaşları olmadığı halda oğurluq enerjidən pul yığırlar.

Mənbələr bildirir ki, Məhəmməd Musayev Nurəddin oğlu barəsində ciddi araşdırma aparılarsa, dövlətə vurulan böyük maddi zərərlər üzə çıxa bilər. İddialara görə, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, onun rəhbərliklə qohumluq əlaqələrinə görə məsələ uzun müddətdir diqqətdən kənarda saxlanılır.
Musayev özünü idarədə “toxunulmaz şəxs” kimi aparır, işçilərə yuxarıdan aşağı baxır və hər gün idarəyə gələrkən işçilərin sıraya düzülərək baş əyməsini tələb edir. Keçidlərə yaxın obyekt sahiblərindən masa və ya reklam panosu yerləşdirdiklərinə görə aylıq rüsum toplandığı da qeyd olunur.
Bildirilir ki, Məhəmməd Musayev 2023-cü ilin sentyabr ayında vəzifəyə başladıqdan sonra keçidlərdəki xidmət otaqlarında Ümummilli Lider Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəkillərinin asılmasını qadağan edib və həmin şəkilləri toplatdırıb. Bu addım cəmiyyətdə ciddi narazılıq doğurub.
İddialara görə, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin balansında olan keçidlərdəki işıq sayğaclarından direktorun icazəsi ilə aşağıdakı obyektlərə qanunsuz elektrik enerjisi verilib:
Beş mərtəbə yeraltı keçid – 37 mağaza
Milli Bank yeraltı keçid – 12 mağaza
Nizami yeraltı keçid – 1 mağaza
Targovu yeraltı keçid – 1 mağaza
Ağ şəhər yeraltı keçid – 1 köşk
Luna park yerüstü keçid – 1 köşk
Ağa Nəmetulla yeraltı keçid – 1 mağaza
Heydər Əliyev ASAN Xidmət yerüstü keçid – 1 köşk
Babək–Azneft yeraltı keçid – 1 köşk
Babək “Monte Karlo” yeraltı keçid – 1 köşk
Olimp yeraltı keçid – 3 mağaza
Azadlıq 189 – 1 mağaza
Z. Bünyadov 11 yerüstü keçid – 1 mağaza
Aviasiya keçidi yeraltı keçid – 1 köşk
Rəsulzadə qəsəbəsi, Araz marketin yanı yerüstü keçid – 1 mağaza
Atatürk 47 yerüstü keçid – 1 köşk
Sabunçu yerüstü keçid – 2 köşk
Salyan avtovağzal yeraltı keçid – 1 köşk
Qeyd edək ki, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Məhəmməd Musayevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yeznəsidir və bu qohumluq əlaqəsinin onun uzun müddət toxunulmaz qalmasına əsas səbəblərdən biridir.
Məsələ ilə qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırıq.
Biz əminik ki, bütün bu əməllərə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Əmək Müfəttişliyi qısa zamanda tədbir görəcək, bu işlərdə əli olan başda idarə direktoru Məhəmməd Musayevlə bağlı araşdırma aparılacaq.(Xalq.online)
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -Faktlar
Son aylarda “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fəaliyyəti ilə bağlı ciddi iddialar yayılır.Duzxeber.az: - Xalq bildirilir ki, qurumun direktoru Məhəmməd Musayev və onun yaxın ətrafı uzun müddətdir işçilərin əməkhaqlarından qanunsuz tutulmalar aparır, dövlət əmlakından şəxsi maraqlar naminə istifadə edir və yeraltı-yerüstü keçidlərin idarə olunmasını yararsız vəziyyətə salıb.
İddialara görə, MMC-də çalışan müxtəlif kateqoriyadan olan işçilərin maaşlarından hər ay səbəbsiz və qeyri-qanuni şəkildə vəsait tutulur.
Xadimələrdən 5–7 manat, sahə rəislərindən 40 manat, operatorlardan 10 manat, nəzarətçilərdən isə 12–15 manat məbləğində kəsintilər edilir.
Məlumata əsasən, peşəkarlığa deyil, fərqli meyarlara üstünlük verilməsi nəticəsində keçidlərdəki eskalatorların 70 faizdən çoxu yararsız vəziyyətə düşüb. Rəhbərliyin əsas diqqəti isə obyektlərin sayını artırmağa, keçidlərdəki xidmət otaqlarını mağazaya çevirib icarəyə verməyə yönəlib. Bununla yanaşı, başqalarının adına olan maaş kartlarındakı vəsaitlərin mənimsənildiyi də iddia olunur.
Daha bir ciddi iddiaya görə, idarədə çalışan sahə rəislərinin hər birinin cibində iki maaş kartı mövcuddur.

İddialara əsasən, keçidlərin işıqlandırılması və eskalatorların fəaliyyəti üçün ayrılan elektrik enerjisi qeyri-qanuni şəkildə keçidlərin ətrafında və daxilində fəaliyyət göstərən mağaza və köşklərə satılır. Bu prosesdə Quliyev Sənan və Nehmetov Nazir adlı şəxslərin vasitəçilik etdiyi, toplanan vəsaitin isə Məhəmməd Musayevə təqdim edildiyi bildirilir. Qeyd olunur ki, həmin şəxslər “Azərişıq”ın əməkdaşları olmadığı halda oğurluq enerjidən pul yığırlar.

Mənbələr bildirir ki, Məhəmməd Musayev Nurəddin oğlu barəsində ciddi araşdırma aparılarsa, dövlətə vurulan böyük maddi zərərlər üzə çıxa bilər. İddialara görə, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, onun rəhbərliklə qohumluq əlaqələrinə görə məsələ uzun müddətdir diqqətdən kənarda saxlanılır.
Musayev özünü idarədə “toxunulmaz şəxs” kimi aparır, işçilərə yuxarıdan aşağı baxır və hər gün idarəyə gələrkən işçilərin sıraya düzülərək baş əyməsini tələb edir. Keçidlərə yaxın obyekt sahiblərindən masa və ya reklam panosu yerləşdirdiklərinə görə aylıq rüsum toplandığı da qeyd olunur.
Bildirilir ki, Məhəmməd Musayev 2023-cü ilin sentyabr ayında vəzifəyə başladıqdan sonra keçidlərdəki xidmət otaqlarında Ümummilli Lider Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəkillərinin asılmasını qadağan edib və həmin şəkilləri toplatdırıb. Bu addım cəmiyyətdə ciddi narazılıq doğurub.
İddialara görə, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin balansında olan keçidlərdəki işıq sayğaclarından direktorun icazəsi ilə aşağıdakı obyektlərə qanunsuz elektrik enerjisi verilib:
Beş mərtəbə yeraltı keçid – 37 mağaza
Milli Bank yeraltı keçid – 12 mağaza
Nizami yeraltı keçid – 1 mağaza
Targovu yeraltı keçid – 1 mağaza
Ağ şəhər yeraltı keçid – 1 köşk
Luna park yerüstü keçid – 1 köşk
Ağa Nəmetulla yeraltı keçid – 1 mağaza
Heydər Əliyev ASAN Xidmət yerüstü keçid – 1 köşk
Babək–Azneft yeraltı keçid – 1 köşk
Babək “Monte Karlo” yeraltı keçid – 1 köşk
Olimp yeraltı keçid – 3 mağaza
Azadlıq 189 – 1 mağaza
Z. Bünyadov 11 yerüstü keçid – 1 mağaza
Aviasiya keçidi yeraltı keçid – 1 köşk
Rəsulzadə qəsəbəsi, Araz marketin yanı yerüstü keçid – 1 mağaza
Atatürk 47 yerüstü keçid – 1 köşk
Sabunçu yerüstü keçid – 2 köşk
Salyan avtovağzal yeraltı keçid – 1 köşk
Qeyd edək ki, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Məhəmməd Musayevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yeznəsidir və bu qohumluq əlaqəsinin onun uzun müddət toxunulmaz qalmasına əsas səbəblərdən biridir.
Məsələ ilə qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırıq.
Biz əminik ki, bütün bu əməllərə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Əmək Müfəttişliyi qısa zamanda tədbir görəcək, bu işlərdə əli olan başda idarə direktoru Məhəmməd Musayevlə bağlı araşdırma aparılacaq.(Xalq.online)
Oxşar xəbərlər
-
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
8.01.2026“SAB” müştəriləri belə aldadır -
19.12.2025Qaradağda qanunsuz tikinti dalğası: "Qara dərə" niyə nəzarətsiz qalıb? -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



