7.03.2026
Duzxeber.az: - Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov “MTN İşi” çərçivəsində aparılan çoxsaylı epizodlar üzrə cinayət məsuliyyətindən yayınması, onun yenidən köhnə əməllərini davam etdirməsinə rəvac verib.
Söhbət bir qrup vətəndaşın sabiq nazirin oğlu Anar Mahmudovun iddiası ilə qanuni əmlaklarını itirmək riskindən gedir.
Gununsesi.info-ya üz tutan bir qrup vətəndaş sabiq nazir Eldar Mahmudovun və oğlu Anar Mahmudovun Bakı Apellyasiya Məhkəməsi vasitəsilə onları qanuni əmlaklarından məhrum etmək istədiyini deyib.
Belə ki, Bakının mərkəzində – Nizami küçəsində yerləşən hündürmərtəbəli binalardan birinin sakinləri Eldar Mahmudovun oğlu Anar Mahmudovun məhkəmə iddiası ilə üz-üzə qalıblar.
Məlumata görə, binada olan 3 mənzilin sakinləri 5 ildən artıq müddət əvvəl ayrı-ayrılıqda mənzillər alıb, həmin mənzilləri təmir etdirib və hal-hazıradək ailələri ilə birgə mənzillərdə yaşayırlar.
Keçmiş nazir oğlunun iddiası ondan ibarətdir ki, guya o, 15 il qabaq mənzilləri müqavilə əsasında almışdır, bu mənzillər ona məxsusdur.
Sakinlər bildirirlər ki, A.Mahmudovun “satın aldığı” mənzillər, əslində, onların mənzilləri deyil. Çünki mənzillərin ölçüləri və s. parametrləri qətiyyən üst-üstə düşmür.
Anar Mahmudovun bu iddiaya düşməsinə səbəb isə atasının “kəsdiyi başa sorğu olmadığı” dövrlərdə həmin binanı inşa edən “Dolçasaray” MTK -nın sahiblərini MTN-nin ənənəvi üsullarıyla hədələməsi və o heç bir ödəniş edilmədən mənzillərə dair Anar Mahmudovla müqavilə bağlatmasıdır.
MTN-nin ləğv olunmasından və nazirliyin yüksək vəzifəli şəxslərinin həbsindən sonra Mahmudovlar yoxa çıxıb və “aldıqları” məznillərin taleyi ilə maraqlanmayıb.
Çünki mənzillərə görə nə pul ödənilib, nə də A.Mahmudovun imzası həmin müqavilədə əks olunub.
Şirkət isə mənzilləri digər vətəndaşlara satıb. Həmin vətəndaşlar isə əmlaklarını sənədləşdirib, təmir etdirərək yaşamağa başlayıb.
Sakinlər deyir ki, hətta A.Mahmudovun bu mənzilləri zamanında “halallıqla” və “qanuni” yollarla aldığını düşünsək belə, (inanmaq çox çətindir-red), bu zaman onun mübahisəsi binanı tikən və mənzilləri satan şirkət ilə olmalıdır.
“Vicdanlı əldə edən, uzun illər bu mənzillərdə yaşayan, hətta dövlət reyestrindən çıxarışı olan sakinlərin bu mübahisəyə aidiyyəti olmamalıdır” deyən vətəndaşlar bildirir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Mahmudovun oğlunun iddiası rədd edilib.
Anar Mahmudov isə bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə Anar Mahmudovun şikayəti və iddiası təmin edilib, uzun illər öz halal evində yaşayan sadə sakinlərin mənzilləri boşaltmaları qərara alınıb.
Maraqlıdır ki, hüquqi və vicdani olaraq kifayət qədər sadə olan, oturuşmuş məhkəmə təcrübəsi mövcud bir məsələ hansı səbəbdən, yaxud maraqdan keçmiş MTN nazirinin xeyrinə yekunlaşır?
Bu zaman sual yaranır? Eldar Mahmudov həqiqətən “gedibmi”? Gedibsə, onun havadarları qalıbmı? Sadə sakinləri ev-eşiyindən çıxarmağa çalışan Eldar Mahmudovun xeyrinə çıxarılan bu qanunsuz qərarı Ali Məhkəmə ləğv edəcəkmi?
Qeyd edək ki, işə baxan məhkəmə tərkibi sədrlik edən Məmməd Məmmədov, hakimlər Günel Abbasova və Fuad Talışınskidən ibarətdir.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri Məmməd Məmmədov, Günel Abbasova və Fuad Talışınskinin qanunları tapdalayaraq, adı çoxsaylı cinayətlərdə hallanan Mahmudovların iddiasını təmin etməsindəki qanunsuzluq halları barədə növbəti materialımızda geniş araşdırma təqdim edəcəyik.//Gununsesi.info
Mahmudovlar yenidən hücumda - SABİQ NAZİR BU DƏFƏ BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMLƏRİ İLƏ BİRLƏŞƏRƏK...

Oxşar xəbərlər
-
3.03.2026Bu məhkəmələrə hakimlər təyin edildi – Sərəncam -
21.02.2026“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyin“Qəhrəmanlıq salnaməsi – Tarix yazılan 44 gün” layihəsi çərçivəsində silsilə tədbirlər baş tutub -
1.02.2026“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün” layihəsinin icrasına başlamışdır – FOTOLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir
-
26.06.2026Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoydu
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ