Canlı yayım
26.06.2026

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Naxçıvanda yeniyetmə idmançı vəfat edib.
DuzXeber.az xəbər verir ki, bu haqda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bu haqda sosial şəbəkədə edilən paylaşımda bildirilir ki, nazirlik kollektivi yeniyetmə cüdoçu Vəli Əliyevin vaxtsız vəfatından dərin kədər hissi keçirir. 
“Vəli Əliyev idmana olan sevgisi, istedadı və əzmkarlığı ilə uğurlu gələcək vəd edən cüdoçulardan biri idi. O, cari ilin 18 iyun tarixində keçirilən cüdo üzrə muxtar respublika birinciliyində qızıl medal qazanmışdı.
Mərhumun ailəsinə, yaxınlarına və idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik”.

Xəbər lenti