12.03.2026
Duzxeber.az: Dövlət vəsaiti hesabına fəaliyyət göstərən qurumların ictimaiyyətə açıq olması və medianın sorğularını operativ cavablandırması normal və qanuni tələbdir. Lakin görünən odur ki, bəzi qurumlar bu prinsipləri hələ də qəbul etmək istəmir. Bizimesr.az redaksiyasının Azərbaycan Dəmir Yolları QSC ilə bağlı yaşadığı vəziyyət bunu bir daha göstərir.
“Azərbaycan Dəmir Yolları” QSC media sorğularından niyə yayınır?
Duzxeber.az: Dövlət vəsaiti hesabına fəaliyyət göstərən qurumların ictimaiyyətə açıq olması və medianın sorğularını operativ cavablandırması normal və qanuni tələbdir. Lakin görünən odur ki, bəzi qurumlar bu prinsipləri hələ də qəbul etmək istəmir. Bizimesr.az redaksiyasının Azərbaycan Dəmir Yolları QSC ilə bağlı yaşadığı vəziyyət bunu bir daha göstərir. Bu ilin fevralın 17-də qurumun rəsmi elektron ünvanına media sorğusu göndərilib. Sorğuda ictimai maraq doğuran məsələlərlə bağlı suallar yer alıb. Lakin günlər keçməsinə baxmayaraq, sorğuya heç bir cavab verilməyib.
Bundan sonra redaksiya tərəfindən quruma növbəti müraciət göndərilərək sorğunun cavablandırılması xahiş olunub. Bir neçə gün sonra isə qurumdan formal xarakterli bir məktub gəlib. Məktubda bildirilib ki, vətəndaş müraciətləri 15 iş günü ərzində cavablandırılır və müraciət müvafiq şöbəyə yönləndirilib.
Lakin məsələ bununla bitməyib. Növbəti gün redaksiyaya göndərilən başqa bir cavabda müraciətin yenidən göndərilməsi tələb olunub. Bu dəfə isə əsas kimi göstərilib ki, məktub qeydiyyat nömrəsi, tarix və imza ilə təqdim edilməli, həmçinin konkret səlahiyyətli şəxsin adına ünvanlanmalıdır.
Redaksiya hesab edir ki, bu cür yanaşma faktiki olaraq media sorğusuna cavab verməmək üçün süni maneələr yaratmaqdan başqa bir şey deyil. Çünki media sorğusunun “qurum rəhbərliyinə” ünvanlanması tam normal praktikadır və bir çox dövlət qurumları belə müraciətləri heç bir problem yaratmadan cavablandırır.
Əslində isə sual yaranır - niyə “Azərbaycan Dəmir Yolları” QSC sadə bir media sorğusunu cavablandırmaq əvəzinə müxtəlif bürokratik bəhanələr irəli sürür?
Bu qurum dövlət büdcəsi hesabına fəaliyyət göstərir və onun fəaliyyəti birbaşa ictimai maraq doğurur. Belə olan halda jurnalistlərin suallarına cavab verməkdən yayınmaq, prosesə formal yanaşmaq və texniki detallar arxasında gizlənmək heç də düzgün və qəbulolunan davranış sayıla bilməz.
Dövlət qurumları mediaya qarşı bu cür laqeyd və qapalı mövqe nümayiş etdirdikdə, bu, cəmiyyətdə şəffaflıqla bağlı ciddi suallar yaradır. Çünki ictimai vəsaitlə fəaliyyət göstərən bir qurumun informasiya verməkdən yayınması, təbii olaraq onun fəaliyyətinin nə dərəcədə açıq və hesabatlı olduğu barədə şübhələr doğurur.
“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi media ilə münasibətlərə yenidən baxmalı və ictimaiyyəti maraqlandıran suallara cavab verməkdən yayınmaq əvəzinə şəffaflıq nümayiş etdirməlidir.
Bizimesr.az mövzunu diqqətdə saxlayacaq və qurumdan rəsmi mövqe daxil olacağı təqdirdə onu da dərc etməyə hazırdır.
Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Rövşən Rüstəmovdur...//Bizimesr.com
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
16.02.2026ADU ilə bağlı suallar çoxalır — rəsmi qurum niyə tələsik izahat verdi? -
29.01.2026Qanunsuzluqlara niyə hüquqi qiymət verilmir? - VİDEO -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək



