16.02.2026
Duzxeber.az: - Bir müddət əvvəl Mediatv.az xəbər portalında "ADU akkreditasiyadan niyə keçə bilmədi -Kamal Abdulla üçün ciddi siqnal" sərlövhəli məqalə dərc olunmuşdu. Azərbaycan Dillər Universiteti ilə bağlı dərc olunan materialda ali təhsil müəssisəsinin akkreditasiya prosesi ətrafında yaranmış suallar və mümkün uyğunsuzluqlar gündəmə gətirilmişdi. Maraqlıdır ki, redaksiya tərəfindən heç bir rəsmi sorğu göndərilmədiyi halda, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən bu mövzu üzrə izahat xarakterli məktub daxil olub.Bu fakt özü-özlüyündə suallar doğurur: əgər hər şey qaydasındadırsa, niyə tələsik izahata ehtiyac duyuldu?
Məktubda bildirilir:“Hazırda qeyd olunan ali təhsil müəssisəsi ilə bağlı akkreditasiya prosesi üzrə aparılmış qiymətləndirmə ilə əlaqəli Akkreditasiya Komissiyası tərəfindən Yekun Hesabat hazırlanmaqdadır.” Bu cümlə açıq şəkildə bir həqiqəti təsdiqləyir — universitet üzrə qiymətləndirmə aparılıb,universitet artıq ciddi yoxlama mərhələsindən keçib,proses formal prosedurdan daha dərin araşdırma səviyyəsinə çatıb və proses sadəcə texniki mərhələdə davam edir. Yəni məsələ barədə əvvəlki yazıda vurğulanan “akkreditasiya prosesində problemlər və yoxlamalar” mövzusu tamamilə əsassız deyil.Rəsmi qurumun özü belə bir qiymətləndirmənin aparıldığını və yekun sənədin hazırlandığını bildirirsə, deməli proses adi formal mərhələdən kənara çıxıb və ciddi ekspertiza həyata keçirilib.

Redaksiya sorğu göndərmədiyi halda niyə cavab verildi?
Burada bir neçə ehtimal diqqət çəkir,mövzu ictimai rezonans doğurduğu üçün rektor tərəfindən "ötrülmüş mesaja" əsasən qurum tərəfindən informasiya boşluğunu doldurmağa çalışma və ya ictimai narahatlığın qarşısını almaq cəhdi də ola bilər. Akkreditasiya kimi həssas mövzularda yayılan məlumatların genişlənməsi təhsil sisteminə və rektora olan inamı sarsıda bilər. Ona görə də rəsmi mövqe əvvəlcədən açıqlanıb.

Dolayı təsdiq strategiyası...
Məktubda məlumat təkzib edilmir, sadəcə “yekun qərar yoxdur” vurğulanır. Bu yanaşma, əslində, prosesin mövcudluğunu qəbul edib nəticəni təxirə salmaq taktikasını xatırladır.Diqqət çəkən məqam odur ki,“Universitet akkreditasiyadan uğurla keçib” deyilmir.“Mediada yayılan məlumatlar yanlışdır” ifadəsi işlədilmir. Sadəcə yekun qərarın hələ verilmədiyi qeyd edilir.Əgər hər şey qaydasındadırsa, niyə bu qədər izahat ehtiyacı yaranıb?
Kamal Abdulla uzun illərdir universitetə rəhbərlik edir. Belə olan halda akkreditasiya prosesində ortaya çıxan mübahisəli məqamlar təbii olaraq rəhbərliyin məsuliyyəti məsələsini gündəmə gətirir.Əgər rəhbərlik hər şeyi normal hesab edirsə, niyə rəsmi qurum redaksiyamıza “rəsmi qərarı gözləyin” mesajı vermək məcburiyyətində qalıb?
Son olaraq qeyd edə bilərik ki,rəsmi məktubun dili ehtiyatlıdır, amma sətiraltı məzmunu aydındır, deməli proses var, qiymətləndirmə aparılıb və qərar hələ verilməyib. Bu isə redaksiyamıza daxil olmuş məlumatların, gündəmə gətirdiyi sualların tamamilə əsassız olmadığını göstərir.Kamal Abdullanın rəhbərlik etdiyi universitetlə bağlı akkreditasiya prosesi artıq sıradan texniki prosedur kimi görünmür. Rəsmi məktubun özü belə göstərir ki, qiymətləndirmə aparılıb və yekun hesabat hazırlanır — yəni ortada ciddi müzakirə olunan məsələ var. İndi əsas məsələ şəffaflıqdır. Çünki ali təhsil müəssisələrinin nüfuzu yalnız rəsmi qərarlarla deyil, ictimaiyyətə verdiyi açıq və dürüst cavablarla formalaşır.
Beləliklə, Akkreditasiya Şurasının qərarı gecikdikcə suallar azalmaq əvəzinə daha da artır...
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Davamı var
ADU ilə bağlı suallar çoxalır — rəsmi qurum niyə tələsik izahat verdi?
Duzxeber.az: - Bir müddət əvvəl Mediatv.az xəbər portalında "ADU akkreditasiyadan niyə keçə bilmədi -Kamal Abdulla üçün ciddi siqnal" sərlövhəli məqalə dərc olunmuşdu. Azərbaycan Dillər Universiteti ilə bağlı dərc olunan materialda ali təhsil müəssisəsinin akkreditasiya prosesi ətrafında yaranmış suallar və mümkün uyğunsuzluqlar gündəmə gətirilmişdi. Maraqlıdır ki, redaksiya tərəfindən heç bir rəsmi sorğu göndərilmədiyi halda, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən bu mövzu üzrə izahat xarakterli məktub daxil olub.Bu fakt özü-özlüyündə suallar doğurur: əgər hər şey qaydasındadırsa, niyə tələsik izahata ehtiyac duyuldu?Məktubda bildirilir:“Hazırda qeyd olunan ali təhsil müəssisəsi ilə bağlı akkreditasiya prosesi üzrə aparılmış qiymətləndirmə ilə əlaqəli Akkreditasiya Komissiyası tərəfindən Yekun Hesabat hazırlanmaqdadır.” Bu cümlə açıq şəkildə bir həqiqəti təsdiqləyir — universitet üzrə qiymətləndirmə aparılıb,universitet artıq ciddi yoxlama mərhələsindən keçib,proses formal prosedurdan daha dərin araşdırma səviyyəsinə çatıb və proses sadəcə texniki mərhələdə davam edir. Yəni məsələ barədə əvvəlki yazıda vurğulanan “akkreditasiya prosesində problemlər və yoxlamalar” mövzusu tamamilə əsassız deyil.Rəsmi qurumun özü belə bir qiymətləndirmənin aparıldığını və yekun sənədin hazırlandığını bildirirsə, deməli proses adi formal mərhələdən kənara çıxıb və ciddi ekspertiza həyata keçirilib.

Redaksiya sorğu göndərmədiyi halda niyə cavab verildi?
Burada bir neçə ehtimal diqqət çəkir,mövzu ictimai rezonans doğurduğu üçün rektor tərəfindən "ötrülmüş mesaja" əsasən qurum tərəfindən informasiya boşluğunu doldurmağa çalışma və ya ictimai narahatlığın qarşısını almaq cəhdi də ola bilər. Akkreditasiya kimi həssas mövzularda yayılan məlumatların genişlənməsi təhsil sisteminə və rektora olan inamı sarsıda bilər. Ona görə də rəsmi mövqe əvvəlcədən açıqlanıb.

Dolayı təsdiq strategiyası...
Məktubda məlumat təkzib edilmir, sadəcə “yekun qərar yoxdur” vurğulanır. Bu yanaşma, əslində, prosesin mövcudluğunu qəbul edib nəticəni təxirə salmaq taktikasını xatırladır.Diqqət çəkən məqam odur ki,“Universitet akkreditasiyadan uğurla keçib” deyilmir.“Mediada yayılan məlumatlar yanlışdır” ifadəsi işlədilmir. Sadəcə yekun qərarın hələ verilmədiyi qeyd edilir.Əgər hər şey qaydasındadırsa, niyə bu qədər izahat ehtiyacı yaranıb?
Kamal Abdulla uzun illərdir universitetə rəhbərlik edir. Belə olan halda akkreditasiya prosesində ortaya çıxan mübahisəli məqamlar təbii olaraq rəhbərliyin məsuliyyəti məsələsini gündəmə gətirir.Əgər rəhbərlik hər şeyi normal hesab edirsə, niyə rəsmi qurum redaksiyamıza “rəsmi qərarı gözləyin” mesajı vermək məcburiyyətində qalıb?
Son olaraq qeyd edə bilərik ki,rəsmi məktubun dili ehtiyatlıdır, amma sətiraltı məzmunu aydındır, deməli proses var, qiymətləndirmə aparılıb və qərar hələ verilməyib. Bu isə redaksiyamıza daxil olmuş məlumatların, gündəmə gətirdiyi sualların tamamilə əsassız olmadığını göstərir.Kamal Abdullanın rəhbərlik etdiyi universitetlə bağlı akkreditasiya prosesi artıq sıradan texniki prosedur kimi görünmür. Rəsmi məktubun özü belə göstərir ki, qiymətləndirmə aparılıb və yekun hesabat hazırlanır — yəni ortada ciddi müzakirə olunan məsələ var. İndi əsas məsələ şəffaflıqdır. Çünki ali təhsil müəssisələrinin nüfuzu yalnız rəsmi qərarlarla deyil, ictimaiyyətə verdiyi açıq və dürüst cavablarla formalaşır.
Beləliklə, Akkreditasiya Şurasının qərarı gecikdikcə suallar azalmaq əvəzinə daha da artır...
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Davamı var
Oxşar xəbərlər
-
4.02.2026Elm və Təhsil Nazirliyinin ən uğursuz kadrı? BSU rektoru Anar Nağıyev ətrafında qalmaqallar bitmir -
26.01.2026QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
25.12.202530 illik OBYEKT, yoxsa 3 AYLIQ TİKİNTİ?-FOTOFAKT -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
2.09.2026XalqXəbər.Az "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
-
2.09.2026"Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi
-
2.09.2026Hamilə bloqeri ağaca bağlayıb yandırdılar
-
2.09.2026İran elan etdi: Hörmüz boğazı bağlandı
-
2.09.2026Goranboyda sursat anbarında güclü partlayış - Video
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"



