13.03.2026
Duzxeber.az: - Ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Saleh Məmmədovun ətrafında qalmaqal bitmir. Mətbuatın yazdığına görə, hazırda qurumda yoxlamalar aparılır. Məqsəd keçmiş sədrin dövründə qanunsuzluğa yol verilib-verilmədiyini aydınlaşdırmaqdır.
Yenə mətbuatın iddiasına görə, Saleh Məmmədovun özü və komandası yüz milyonlarla büdcə vəsaitini talan etdiyi üçün məsuliyyətə cəlb olunacaq. Bu məsələ ilə bağlı S.Məmmədovun bağ evində ölkənin müxtəlif bölgələrini əhatə edən xüsusi yol istismar idarələrinin rəisləri ilə toplantı keçirdiyi deyilir.
İclasda iştirak edənlərdən biri də AAYDA-nın 6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirov olduğu bildirilir.
“Yeni Sabah”ın xəbərinə görə, A.Dəmirovun adı ilk dəfə deyil ki, qalmaqalda hallanır.
Məlumata görə, o, keçmiş təhsil naziri, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanovun xalası oğludr. M.Mərdanov təhsil naziri olduğu dövrdə Allahverdi Dəmirov nazirliyin Əsaslı Tikinti İdarəsinin rəisi işləyib. Onu elə M.Mərdanov özü cəzalandırıb - 2011-ci ilin oktyabrında vəzifəsindən azad edib.
Amma elə-belə yox böyük qalmaqalla. Həmin dövrdə Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) yaydığı məlumatda bildirilib ki, Baş Prokurorluğunun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində nazirlik tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirov və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Nazirliyin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.
2016-cı ilin mayında A.Dəmirova cinayət işi açılıb. “Xudafərin Tikinti Quraşdırma” MMC-nin direktoru, 1961-ci il təvəllüdlü Əliyev Sənan Sədi oğlu prokurorluğa müraciət edərək bildirib ki, 2010-cu ilin sentyabr ayında Təhsil Nazirliyinin inzibati binasındakı iş otağında A.Dəmirova külli miqdarda pul verib. Şikayətçi qeyd edib ki, həmin vaxtdan 2011-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda nazirliyin keçmiş idarə rəisinə üst-üstə 450 min pul verib. Pulun qarşılığında A.Dəmirov adı yuxarıda qeyd edilən şirkətə müxtəlif təmir-tikinti işlərinin həvalə ediləcəyinə söz verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq verilən söz yerinə yetirilməyib, həmçinin A.Dəmirov müxtəlif vədlərlə aldığı pulu da geri qaytarmayıb.
S.Əliyevin müraciəti əsasında müvafiq araşdırmalar aparılıb və faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatına verilib. Cinayət işi üzrə hansı qərarın çıxarıldığı məlum deyil.
Bütün bunlara baxmayaraq, Saleh Məmmədov 2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri təyin olunandan sonra Allahverdi Dəmirovu öz yanına gətirib, ona vəzifə verib. İndi də onun işində adı hallanan əsas adamlardan biri A.Dəmirovdur.
Qeyd edək ki, Allahverdi Dəmirov geniş biznes şəbəkəsinə malikdir. Onun Bakıda və rayonlarda obyektləri var.
A.Dəmirovun övladı vəzifəli şəxsdir. Oğlu Seyfəddin Dəmirli Binəqədi rayonunun Biləcəri qəsəbə nümayəndəsidir.//Yeni Sabah
Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda: Saleh Məmmədov amili... - İLGİNC İDDİALAR
Duzxeber.az: - Ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Saleh Məmmədovun ətrafında qalmaqal bitmir. Mətbuatın yazdığına görə, hazırda qurumda yoxlamalar aparılır. Məqsəd keçmiş sədrin dövründə qanunsuzluğa yol verilib-verilmədiyini aydınlaşdırmaqdır.Yenə mətbuatın iddiasına görə, Saleh Məmmədovun özü və komandası yüz milyonlarla büdcə vəsaitini talan etdiyi üçün məsuliyyətə cəlb olunacaq. Bu məsələ ilə bağlı S.Məmmədovun bağ evində ölkənin müxtəlif bölgələrini əhatə edən xüsusi yol istismar idarələrinin rəisləri ilə toplantı keçirdiyi deyilir.
İclasda iştirak edənlərdən biri də AAYDA-nın 6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirov olduğu bildirilir.
“Yeni Sabah”ın xəbərinə görə, A.Dəmirovun adı ilk dəfə deyil ki, qalmaqalda hallanır.
Məlumata görə, o, keçmiş təhsil naziri, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanovun xalası oğludr. M.Mərdanov təhsil naziri olduğu dövrdə Allahverdi Dəmirov nazirliyin Əsaslı Tikinti İdarəsinin rəisi işləyib. Onu elə M.Mərdanov özü cəzalandırıb - 2011-ci ilin oktyabrında vəzifəsindən azad edib.
Amma elə-belə yox böyük qalmaqalla. Həmin dövrdə Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) yaydığı məlumatda bildirilib ki, Baş Prokurorluğunun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində nazirlik tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirov və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Nazirliyin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.
2016-cı ilin mayında A.Dəmirova cinayət işi açılıb. “Xudafərin Tikinti Quraşdırma” MMC-nin direktoru, 1961-ci il təvəllüdlü Əliyev Sənan Sədi oğlu prokurorluğa müraciət edərək bildirib ki, 2010-cu ilin sentyabr ayında Təhsil Nazirliyinin inzibati binasındakı iş otağında A.Dəmirova külli miqdarda pul verib. Şikayətçi qeyd edib ki, həmin vaxtdan 2011-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda nazirliyin keçmiş idarə rəisinə üst-üstə 450 min pul verib. Pulun qarşılığında A.Dəmirov adı yuxarıda qeyd edilən şirkətə müxtəlif təmir-tikinti işlərinin həvalə ediləcəyinə söz verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq verilən söz yerinə yetirilməyib, həmçinin A.Dəmirov müxtəlif vədlərlə aldığı pulu da geri qaytarmayıb.
S.Əliyevin müraciəti əsasında müvafiq araşdırmalar aparılıb və faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatına verilib. Cinayət işi üzrə hansı qərarın çıxarıldığı məlum deyil.
Bütün bunlara baxmayaraq, Saleh Məmmədov 2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri təyin olunandan sonra Allahverdi Dəmirovu öz yanına gətirib, ona vəzifə verib. İndi də onun işində adı hallanan əsas adamlardan biri A.Dəmirovdur.
Qeyd edək ki, Allahverdi Dəmirov geniş biznes şəbəkəsinə malikdir. Onun Bakıda və rayonlarda obyektləri var.
A.Dəmirovun övladı vəzifəli şəxsdir. Oğlu Seyfəddin Dəmirli Binəqədi rayonunun Biləcəri qəsəbə nümayəndəsidir.//Yeni Sabah
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
28.02.2026Saleh Məmmədovun bağında fövqəl-toplantı - "ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ", HƏBSƏ GEDİRSİNİZ! -
26.02.2026Saleh Məmmədovun fəaliyyəti araşdırılır – AAYDA-nın tabeliyindəki MMC-lər ləğv olunacaq? -
4.02.2026İcra başçısı Misir Mərdanovun qohumuna yüksək vəzifə verdi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir
-
26.06.2026Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoydu
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ



