17-03-2026, 13:00
"Əmək Məcəlləsinin 67-2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, bütövlükdə incəsənət məktəblərində çalışan təhsilverilənlər də sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar. Həmin maddəyə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür və eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər".
Duzxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
"Təklif edərdim ki, həmin maddə üzrə sertifikatlaşdırmaya cəlb edilməyən vətəndaşlarımızın siyahısına baxılıb genişləndirilsin. Müzakirə etdiyimiz layihə üzrə incəsənət sektorunda beynəlxalq müsabiqə qalibləri sertifikatlaşdırmadan azad olunması məqsədəuyğun olardı. Eyni zamanda, Məcəllənin 67-ci maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilməməsini təklif edərdim. Razılşaq ki, 2 dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir. Həmin şəxslərin yenidən 3-cü dəfə sertifikatlaşdırmaya cəlb edilməsinə xüsusi ehtiyac qalmır.
Digər tərəfdən, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Daha çox təhsilverənin sertifikaslaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı. Bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 fazi olar ki, bu da sözügedən sektoru əməyin daha yaxından qiymətləndilməsinə imkan verə bilər. Hazırda 48-51 ballar toplayan müəllimlərdə əməkhaqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalar ilə 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşı 10 faiz, cəmi 1 bal çox toplayandan isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticəd göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur".
Mədəniyyət nazirinin müavini Səadət Yusifova deputatın təklifinə münasibət bildirib: “Dediyiniz meyarlar artıq işə qəbul qaydalarında nəzərdə tutulub. Sadəcə olaraq, bu istisnaların yenidən qanunvericiliyə daxil edilməsi üçün müəyyən prosedurlar var. Bu, dövlət orqanları ilə, o cümlədən Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılma prosesindən keçməlidir. Ona görə də növbəti mərhələlərdə bu təklifləri mütləq şəkildə dəyərləndirib nəzərə alacağıq. "Sertifikatsiya haqqında qanun" qəbul edildikdən sonra qaydalar da hazırlanacaq və həmin qaydalarda da əməkhaqlarının artırılma faizi ehtiva olacaq”.
Azərbaycanda bu müəllimlərin maaşının artırılması təklif olunur
"Əmək Məcəlləsinin 67-2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, bütövlükdə incəsənət məktəblərində çalışan təhsilverilənlər də sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar. Həmin maddəyə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür və eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər".Duzxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
"Təklif edərdim ki, həmin maddə üzrə sertifikatlaşdırmaya cəlb edilməyən vətəndaşlarımızın siyahısına baxılıb genişləndirilsin. Müzakirə etdiyimiz layihə üzrə incəsənət sektorunda beynəlxalq müsabiqə qalibləri sertifikatlaşdırmadan azad olunması məqsədəuyğun olardı. Eyni zamanda, Məcəllənin 67-ci maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilməməsini təklif edərdim. Razılşaq ki, 2 dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir. Həmin şəxslərin yenidən 3-cü dəfə sertifikatlaşdırmaya cəlb edilməsinə xüsusi ehtiyac qalmır.
Digər tərəfdən, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Daha çox təhsilverənin sertifikaslaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı. Bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 fazi olar ki, bu da sözügedən sektoru əməyin daha yaxından qiymətləndilməsinə imkan verə bilər. Hazırda 48-51 ballar toplayan müəllimlərdə əməkhaqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalar ilə 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşı 10 faiz, cəmi 1 bal çox toplayandan isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticəd göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur".
Mədəniyyət nazirinin müavini Səadət Yusifova deputatın təklifinə münasibət bildirib: “Dediyiniz meyarlar artıq işə qəbul qaydalarında nəzərdə tutulub. Sadəcə olaraq, bu istisnaların yenidən qanunvericiliyə daxil edilməsi üçün müəyyən prosedurlar var. Bu, dövlət orqanları ilə, o cümlədən Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılma prosesindən keçməlidir. Ona görə də növbəti mərhələlərdə bu təklifləri mütləq şəkildə dəyərləndirib nəzərə alacağıq. "Sertifikatsiya haqqında qanun" qəbul edildikdən sonra qaydalar da hazırlanacaq və həmin qaydalarda da əməkhaqlarının artırılma faizi ehtiva olacaq”.
Oxşar xəbərlər
-
16-03-2026, 18:00Prezident 2 Fərman İMZALADI -
10-03-2026, 15:23Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21-01-2026, 16:28Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
16-01-2026, 17:21İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
Bugün, 11:00Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
-
Bugün, 10:45Bakıda mühüm forum keçirilir
-
Bugün, 10:30Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
-
Bugün, 10:15Konfrans Liqasında ən sürətli qol vuruldu
-
Bugün, 10:00Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
-
Bugün, 09:45Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
-
Bugün, 09:30ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı
-
Bugün, 09:15Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb
-
Bugün, 09:00Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb
-
Bugün, 09:00Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb
-
Dün, 18:00"V-Mann Construction" hansı qaydanı pozub?
-
Dün, 17:45I sinfə qəbul başlayır
-
Dün, 17:30“Azərenerji” 2 milyona dispeçer otağı tikir
-
Dün, 17:15Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə
-
Dün, 17:00Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram
-
Dün, 16:45Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib
-
Dün, 16:30Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib
-
Dün, 16:15“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
-
Dün, 16:00"Bunu Netanyahudan xahiş etdim" - Tramp
-
Dün, 15:45Prezident idmançıları qəbul edib
-
Dün, 15:30FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu
-
Dün, 15:15İmtahanlardan narazı olanların NƏZƏRİNƏ
-
Dün, 15:00"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək
-
Dün, 14:45Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib
-
Dün, 14:15Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
-
Dün, 14:00Oğuzda narkokuryerlər saxlanılıb
-
Dün, 13:45DİM imtahanla bağlı MƏLUMAT YAYDI
-
Dün, 13:30DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi üçün vətəndaşlara çağırış edib
-
Dün, 13:15Azərbaycanda bu tərəvəzin qiyməti kəskin UCUZLAŞDI
-
Dün, 13:00Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var


