Canlı yayım
20-03-2026, 16:00

Prezident olmaq istədi, nazir təyin edildi

Dünən İranda boş qalan vəzifələrə bir neçə təyinat olub.

Duzxeber.az xəbər verir ki, Hüseyn Dehqan Əli Laricaninin yerinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Qeyd edək ki, Dehqan daha öncə müdafiə naziri və keçmiş dini rəhbərin müdafiə sənayesi üzrə müşaviri vəzifələrində çalışıb.

Digər təyinat isə ötən gün öldürülən ETTELAT rəhbərinin postuna olub. Mustafa Purməhəmmədi İsmayıl Xətibin yerinə ölkənin Təlükəsizlik və Kəşfiyyat naziri təyin edilib.

Bildirək ki, Purməhəmmədi təhlükəsizlik strukturlarında uzun illər çalışıb. O, əvvəllər daxili işlər naziri, ədliyyə naziri, baş prokuror, kəşfiyyat nazirinin müavini və ETTELAAT Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin rəisi vəzifələrində də oşləyib.

Xatırladaq ki, Purməhəmmədi sonuncu prezident seçkilərində prezidentliyə nazmizəd olub.

Xəbər lenti