20.03.2026
Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.
Duzxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ali tibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il “leytenant” hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər.
Tibb ixtisaslı gənc əsgərlərə Milli Müdafiə Universitetində (MMU) təşkil ediləcək 30 günlük ilkin hazırlıq kursunda hərbi intizam qaydaları, silahdan istifadə, eləcə də, hərbi tibb xidmətində tətbiq olunan sənədləşmə və tibbi qeydiyyat qaydaları tədris ediləcək.
Bundan başqa, zabit vəzifələrində xidmət etdikləri dövrdə hərbi həkimlər aylıq məvaciblə təmin olunmaqla hərbi qulluqçular üçün qanunla nəzərdə tutulmuş bütün hüquqlardan, eləcə də, ailə tərkibi nəzərə alınmaqla dövlət tərəfindən ödənilən mənzil kirayəsi əvəzinə pul kompensasiyası və digər təminatlardan yararlanacaqlar.
Hərbi həkimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə onların sosial təminatı və ərazi prinsipi üzrə xidmət etmələri də nəzərə alınacaq. Bu yanaşma onların yaşayış və məskunlaşma məsələlərinin daha rahat həllinə imkan yaradacaq.
Müddətli həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbi həkimlər öz seçimlərinə uyğun olaraq kadr zabit kimi xidmətlərini davam etdirə və yaxud ehtiyata buraxıla bilərlər.
Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək
Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.Duzxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ali tibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il “leytenant” hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər.
Tibb ixtisaslı gənc əsgərlərə Milli Müdafiə Universitetində (MMU) təşkil ediləcək 30 günlük ilkin hazırlıq kursunda hərbi intizam qaydaları, silahdan istifadə, eləcə də, hərbi tibb xidmətində tətbiq olunan sənədləşmə və tibbi qeydiyyat qaydaları tədris ediləcək.
Bundan başqa, zabit vəzifələrində xidmət etdikləri dövrdə hərbi həkimlər aylıq məvaciblə təmin olunmaqla hərbi qulluqçular üçün qanunla nəzərdə tutulmuş bütün hüquqlardan, eləcə də, ailə tərkibi nəzərə alınmaqla dövlət tərəfindən ödənilən mənzil kirayəsi əvəzinə pul kompensasiyası və digər təminatlardan yararlanacaqlar.
Hərbi həkimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə onların sosial təminatı və ərazi prinsipi üzrə xidmət etmələri də nəzərə alınacaq. Bu yanaşma onların yaşayış və məskunlaşma məsələlərinin daha rahat həllinə imkan yaradacaq.
Müddətli həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbi həkimlər öz seçimlərinə uyğun olaraq kadr zabit kimi xidmətlərini davam etdirə və yaxud ehtiyata buraxıla bilərlər.
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
16.02.2026Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
9.12.2025Onlara leytenant rütbəsi veriləcək
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



