- Kəmalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Pedoqoji fəaliyyətim illər boyu insanın düşuncə dünyasına, daxili aləminə marağımı daha da artırdı. Fəlsəfəni və tibbi fəlsəfəni tədris edərkən görurdum ki, insanın problemi təkcə biliklə deyil, daxili blokların açılması ilə həll olunur. Bu maraq məni 2020 ci il psixologiya kurslarına , Resettink seminarına yönləndirdi. Daha sonra Yaşam koçu, şəxsi inkişaf mütəxəsisi kimi bu yolda davam etməyə qərar verdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 1996 ildən pedoqoji fəaliyyətlə məşğulam. Hazırda 2 saylı tibb kollecində fəlsəfə tibbi, fəlsəfə tarix fənnini tədris edirəm. Həm də ictimai elmlərin fənn birləşməsi sədriyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Fərdi seanslar keçirirəm. Emosional blokların açılması, öz ğüvən problemi, maddi blokların açılması, daxili gərginlik, panikanın aradan qaldırılması və s. Resettik və Kouçluq texnikalarını birlikdə tədbiq edirəm. Məqsədim insanı öz daxili balansına qaytarmağa dəstək olmaqdır.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim iş prinsipim insanı mühakimə etmədən, təhlükəsiz və güvənli mühitdə dinləmək, problemin kökünə enmək və insanın öz daxili gücünü oyatmağa dəstək olmaqdır. İnanıram ki, hər bir insanın daxilində şəfa potensialı var. Sadəcə onu doğru yönləndirmək lazımdır.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Sürətli, səthi nəticə və vədlərə yox deyirəm . Həmçinin məsuliyyəti tamamilə mütəxəssin üzərinə qoyan yanaşmaya yox deyirəm. Çünki dəyişimin əsas gücü insanın öz daxilindədir.
- Son zamanlarda sizə daha çox nə ilə bağli müraciətlər olur?
- Ən çox müraciətlər daxili narahatlıq, panika atak, qorxular, öz güvən zəifliyi və s. ilə bağlı olur. İnsanlar daha çox ruhən yüngülləşmək ehtiyacı ilə gəlirlər.
- Fərqiniz və üstünlüyünüz nədədir?
- Mən insanı "problem" kimi yox, bütov bir sistem kimi görürəm. Resettinki və Kouçluğu birlikdə tətbiq etmək prosesi daha da dərin və eyni zamanda yumşaq edir. Danışanlar tez-tez deyirlər ki, yanınızda özümuz çox rahat və güvəndə hiss edirik.
- Xarakter olaraq necə birisiniz?
- Sakit, empatik və müşahidəci biriyəm. İnsanları dinləməyi və onların görunməyən tərəfini hiss etməyi bacarıram. Eyni zamanda işimdə prinsipial və məsuliyyətliyəm
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Ailə dəyərləri mənim üçün çox önəmlidir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Özünüzü susdurmayin. Daxilinizdəki iç səsinizi görməzdən gəlməyin. Bəzən ən böyük dəyişiklik insanın özünə dürüst baxması ilə başlayır. Yardım istəmək zəiflik deyil - şüurlu addımdır .
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bir gün insanların həyatını bu qədər dərindən yüngülləşdirməyə şahid olacağım və onların həyata xoşbəxt, fərqli baxmağı mənim üçün ən böyük mükafat olacağı ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (+99450) 365 38 90
Gündəm / Cəmiyyət
Pedaqoq, yaşam kouçu Kəmalə Sadıqova: "Dəyişimin əsas gücü insanın öz daxilindədir"
Gündəm / Manşet
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Gündəm / Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Gündəm / Cəmiyyət
Bakıda Bal Yarmarkası başlayır
Gündəm / Cəmiyyət
Bakıda bu yol tam bağlanır
Gündəm / Dünya
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
Gündəm / Cəmiyyət
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Gündəm / Təhsil
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb
Gündəm / Səhiyyə / Manşet
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama: Adıçəkilən həkimlər klinikada çalışmayıblar
Gündəm / Təhsil
İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
Gündəm / Sosial
MİDA güzəştli mənzillərin satışına BAŞLADI
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Gündəm / Üst xəbər
“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif
Gündəm / Təhsil
Onlayn dərsə keçən məktəblərin SİYAHISI
Gündəm / Hadisə
Lənkəranda faciə: Nərdivandan yıxlıb öldü
Gündəm / Hadisə

