Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb.

DuzXeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb.
Kənd  sakini 40 yaşlı Gülnarə Ələsgərova dərman zəhərlənməsi diaqnozu ilə Şəmkir xəstəxanasına daxil olub.
Xəstəxanada həkimlərin tibbi yardımlarına baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.(Manset.az)

Paylaş