25.03.2026
Duzxeber.az: - Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) keçib. Bu dəyişiklikdən sonra Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev səlahiyyətlərinin bir qismini itirib. Bəzi iddialara görə bu, Z.Əliyevin vəzifədən çıxarılması üçün hazırlıqdır.
Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in sədri Vüqar Qurbanov vəzifədən azad edildikdən sonra, Zaur Əliyevin də işdən çıxarılacağı barədə səslənən iddialar gündəmə gəlmişdi. Onların yaxın olduqları, ortaq və paralel fəaliyyət göstərdikləri haqda mediada iddialar yayılıb. Bu fəaliyyətin qanuna ziddi olduğuna dair fikirlər də mediada yer alıb.
Bu struktur dəyişikliyi icbari tibbi sığorta sistemində xidmət keyfiyyətinə və idarəetmənin səmərəliliyinə necə təsir göstərə bilər? Zaur Əliyevin aqibəti necə olacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, əslində, adıçəkilən şəxslərin işləməsinə heç bir ehtiyac olmayıb: "Məşhur bir ifadə var: "arabanın beşinci təkəri”. Azərbaycanda bir çox müəssisə və qurum məhz bu funksiyanı yerinə yetirib, yəni onlara ehtiyac olmayıb. Bu, xüsusilə TƏBİB və İcbari Tibbi Sığorta ilə bağlıdır. Əslində, İcbari Tibbi Sığortanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Lakin niyə onu həmin strukturdan ayırıblar, bunu anlaya bilmirəm”.
H.Oğuzun fikrincə, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində olmalıdır: "TƏBİB faktiki olaraq Səhiyyə Nazirliyinin funksiyalarını yerinə yetirirdi və bu iki qurum arasında iş bölgüsü olduqca qeyri-müəyyən idi. Bu isə intizamsızlığa səbəb olurdu. Xəstəxanaların bir hissəsi TƏBİB-ə, digər hissəsi isə Səhiyyə Nazirliyinin nəzarətinə verilmişdi ki, bu da insanlarda çaşqınlıq yaradır, bürokratik əngəllərə səbəb olurdu”.
Müsahibimiz hesab edir ki, adıçəkilən qurumların yenidən əvvəlki mövqelərinə qaytarılması, müvafiq nazirliklərə tabe etdirilməsi ən doğru addım olar: "Amma niyə bu vaxta qədər bunu etmişdilər, bilmirəm. Görünür, neft gəlirlərinin yüksək olduğu dövrdə hər bir funksiya ayrıca bir quruma və ya nazirliyə çevrilmişdi. İndi isə bu strukturların birləşdirilməsi həm bürokratik əngəllərin azalmasına, həm də müəyyən kadr islahatlarının, o cümlədən ixtisarların həyata keçirilməsinə gətirib çıxara bilər”.
Heydər Oğuz mövcud yanaşmanı müsbət qiymətləndirdiyini vurğulayıb: "Azərbaycan artıq "arabanın beşinci təkəri” olan qurumlara vəsait xərcləyəcək durumda deyil. Ölkədə məmur sayının azaldılması və bunun əvəzində yeni iş yerlərinin yaradılması daha vacibdir. Əvvəllər neftdən gələn gəlirlər yüksək olduğuna görə bəzi hallarda müxtəlif qurumlar yaradılır, insanlara sanki "sus payı” verilirdi. İndi isə həmin vəsaitlərin iqtisadi inkişafa və təşəbbüslərin dəstəklənməsinə yönəldilməsi daha məqsədəuyğundur”.
Zaur Əliyev və Vüqar Qurbanovun birgə fəaliyyəti ilə bağlı məsələyə gəldikdə isə, H.Oğuz deyib ki, onlar bu vaxta qədər mənasız funksiyaları yerinə yetirdiklərinə görə maaş alıblar:
"Lakin bəzi hallarda korrupsiya faktlarının olduğu da istisna deyil. Əgər belə hallar aşkarlanarsa, qanun qarşısında cavab verməlidirlər. Əks halda, gedib özlərinə səmərəli və faydalı iş tapmaları daha doğru olar. Ümumilikdə isə, bundan sonra bu sahədə hansı addımların atılacağı, nə qədər iş yerinin yaradılacağı və prosesin necə idarə olunacağı hələ də açıq sual olaraq qalır”.(Globalinfo.az)
Zaur Əliyevin ətrafında müəmmalı vəziyyət: Vəzifədən gedir, yoxsa həbsə girir?
Duzxeber.az: - Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) keçib. Bu dəyişiklikdən sonra Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev səlahiyyətlərinin bir qismini itirib. Bəzi iddialara görə bu, Z.Əliyevin vəzifədən çıxarılması üçün hazırlıqdır.Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in sədri Vüqar Qurbanov vəzifədən azad edildikdən sonra, Zaur Əliyevin də işdən çıxarılacağı barədə səslənən iddialar gündəmə gəlmişdi. Onların yaxın olduqları, ortaq və paralel fəaliyyət göstərdikləri haqda mediada iddialar yayılıb. Bu fəaliyyətin qanuna ziddi olduğuna dair fikirlər də mediada yer alıb.
Bu struktur dəyişikliyi icbari tibbi sığorta sistemində xidmət keyfiyyətinə və idarəetmənin səmərəliliyinə necə təsir göstərə bilər? Zaur Əliyevin aqibəti necə olacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, əslində, adıçəkilən şəxslərin işləməsinə heç bir ehtiyac olmayıb: "Məşhur bir ifadə var: "arabanın beşinci təkəri”. Azərbaycanda bir çox müəssisə və qurum məhz bu funksiyanı yerinə yetirib, yəni onlara ehtiyac olmayıb. Bu, xüsusilə TƏBİB və İcbari Tibbi Sığorta ilə bağlıdır. Əslində, İcbari Tibbi Sığortanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Lakin niyə onu həmin strukturdan ayırıblar, bunu anlaya bilmirəm”.
H.Oğuzun fikrincə, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində olmalıdır: "TƏBİB faktiki olaraq Səhiyyə Nazirliyinin funksiyalarını yerinə yetirirdi və bu iki qurum arasında iş bölgüsü olduqca qeyri-müəyyən idi. Bu isə intizamsızlığa səbəb olurdu. Xəstəxanaların bir hissəsi TƏBİB-ə, digər hissəsi isə Səhiyyə Nazirliyinin nəzarətinə verilmişdi ki, bu da insanlarda çaşqınlıq yaradır, bürokratik əngəllərə səbəb olurdu”.
Müsahibimiz hesab edir ki, adıçəkilən qurumların yenidən əvvəlki mövqelərinə qaytarılması, müvafiq nazirliklərə tabe etdirilməsi ən doğru addım olar: "Amma niyə bu vaxta qədər bunu etmişdilər, bilmirəm. Görünür, neft gəlirlərinin yüksək olduğu dövrdə hər bir funksiya ayrıca bir quruma və ya nazirliyə çevrilmişdi. İndi isə bu strukturların birləşdirilməsi həm bürokratik əngəllərin azalmasına, həm də müəyyən kadr islahatlarının, o cümlədən ixtisarların həyata keçirilməsinə gətirib çıxara bilər”.
Heydər Oğuz mövcud yanaşmanı müsbət qiymətləndirdiyini vurğulayıb: "Azərbaycan artıq "arabanın beşinci təkəri” olan qurumlara vəsait xərcləyəcək durumda deyil. Ölkədə məmur sayının azaldılması və bunun əvəzində yeni iş yerlərinin yaradılması daha vacibdir. Əvvəllər neftdən gələn gəlirlər yüksək olduğuna görə bəzi hallarda müxtəlif qurumlar yaradılır, insanlara sanki "sus payı” verilirdi. İndi isə həmin vəsaitlərin iqtisadi inkişafa və təşəbbüslərin dəstəklənməsinə yönəldilməsi daha məqsədəuyğundur”.
Zaur Əliyev və Vüqar Qurbanovun birgə fəaliyyəti ilə bağlı məsələyə gəldikdə isə, H.Oğuz deyib ki, onlar bu vaxta qədər mənasız funksiyaları yerinə yetirdiklərinə görə maaş alıblar:
"Lakin bəzi hallarda korrupsiya faktlarının olduğu da istisna deyil. Əgər belə hallar aşkarlanarsa, qanun qarşısında cavab verməlidirlər. Əks halda, gedib özlərinə səmərəli və faydalı iş tapmaları daha doğru olar. Ümumilikdə isə, bundan sonra bu sahədə hansı addımların atılacağı, nə qədər iş yerinin yaradılacağı və prosesin necə idarə olunacağı hələ də açıq sual olaraq qalır”.(Globalinfo.az)
Oxşar xəbərlər
-
12.03.2026 Bir koddan asılı qalan HƏYAT - ƏƏSMN ilə TƏBİB-in 9 yaşlı uşağa LAQEYD münasibəti -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.02.2026Fuad Nəcəfli və Vüqar Qurbanov həbs edilir? – Yeni şok iddialar yayıldı -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
27.11.202516 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək



