28.03.2026
Duzxeber.az: - “Kristal Bakı” ASC-yə məxsus şirkətin rəsmi saytında 30.06.2025-ci il tarixi ilə yerləşdirilmiş "Kristal Bakı ASC-nin 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatları" adlı başlıq diqqət çəkir. Bu başlığa klik etmədən baxdıqda elə təsəvvür yaranır ki, ASC illik maliyyə hesabatını açıqlayıb və hər şey qaydasındadır.

Bizimesr.az bildirir ki, başlığa klik edildikdə tam fərqli mənzərə ortaya çıxır. Hesabatın yerləşdirilməli olduğu səhifədə heç bir sənəd yoxdur və istifadəçiyə “Not Found”- yəni “Tapılmadı” qeydi göstərilir. Bu isə faktiki olaraq, hesabatın mövcud olmadığını göstərir.

Beləliklə, rəsmi saytda hesabatın adı yerləşdirilsə də, sənədin özü yoxdur. Bu isə ictimaiyyət üçün açıqlanmalı olan maliyyə məlumatlarının əlçatan olmadığı anlamına gəlir. Başqa sözlə, başlıq var, amma hesabatdan əsər-əlamət yoxdur.
Ümumiyyətlə, uzun illərdir “Kristal Bakı” ASC Bakı şəhərinin ən bahalı ərazilərində binaların tikintisi və yüksək qiymətlərlə satışı ilə məşğul olur. Üstəlik, bu fəaliyyətini medianın dəstəyindən istifadə edərək tənzimlədiyi iddiaları da mövcuddur. Medianı reklamla ələ alaraq yalnız “Kristal” barədə müsbət məlumatların yayılmasını təmin etdiyi bildirilir.

Ölkənin demək olar ki, əksər media qurumlarına nüfuz edən bu şirkət barədə neqativ məlumatların yayılması isə faktiki olaraq mümkün olmur. Şirkət reklam verirsə, onunla əməkdaşlıq edən media qurumu yalnız müsbət materiallar yayımlayır. Bu da o deməkdir ki, “Kristal Bakı” ASC bina tikinti bazarında istədiyi informasiya mühitini formalaşdıra bilir.
Həftənin 2-3 günü ölkə mediasında şirkətin yalnız satış və kredit şərtləri ilə bağlı məlumatların yayımlanması da bu iddiaları gücləndirən məqamlardan biri kimi qiymətləndirilir.
Bütün bunların fonunda isə ən vacib olan maliyyə şəffaflığı məsələsi açıq qalır. Çünki şirkətin öz rəsmi saytında yerləşdirilmiş 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatı linki açılmır və sənəd mövcud deyil.
Beləliklə, “Kristal Bakı” ASC-nin elə öz rəsmi saytından görünür ki, şirkətin maliyyə hesabatları faktiki olaraq ictimaiyyət üçün açmaqda maraqlı deyil. Hesabatın adı yerləşdirilsə də, məzmunun olmaması bu məlumatların gizlədildiyi ilə bağlı suallar yaradır. Bu isə onu deməyə əsas verir ki, maliyyə şəffaflığı ilə bağlı vəziyyət heç də “Kristal” deyil.
Qeyd edək ki, “Kristal Bakı” ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50 faiz), Nəbiyev Fərid Elburus oğlu (25 faiz) və Nəbiyev Araz Məhayət oğludur (25 faiz). Vəliyev Pərviz Ağalar oğlu Milli Məclisin deputatı Ağalar Vəliyevin oğludur. Pərviz Vəliyev 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib. 2024-cü ildə isə “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurası yaradılıb və onun sədri olub.

Ağalar Vəliyev indi də Xaçmaz üçün susacaq – Biznesmen-deputatın dairəsi üçüncü dəfə dəyişdirildi » XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri
Ağalar Vəliyevin adı olduqca ciddi qalmaqallı məsələlərdə hallanıb. Məsələn Villası ilə Prezident Sarayını kölgədə qoyan, akvariumunda delfin saxlayan “Alabala”, Eldar Mahmudovun “toru”na düşən, mandat “legitimliyi” qalmaqalı və bir ailənin faciəsinə səbəb ola bilən fakklar və maraqlısı 4 hinduşkaya DSK sədri postuna təyinatrlar kimi məqamlarda çəkilib. Ən sonda isə "Kristal Bakı" ASC-nin 50 faiz səhmini oğluna - Pərviz Vəliyevə ötürərək adını qismən kənarda saxlaya bilib.
"Kristal Bakı" ASC-nin diğər 50 faiz səhmi isə Nəbiyev Fərid Elbrus oğlu (25%) və Nəbiyev Araz Mahayət oğludur (25%). Bəs bu şəxslər kimdir? Fərid Nəbiyev "Kristal Bakı" ASC-də Maliyyə direktoru, Araz Nəbiyev isə "A+CO" ASC-də Direktor müavini olaraq çalışırlar. Fərid Nəbiyev Araz Nəbiyevin əmisi oğludur.
Qeyd edək ki, bu yaxınlarda Nəbiyevlərin adı ölkədə külli miqdarda pul çıxarmaqda çəkildi. Nəbiyevlərə məxsus “Diadem” ASC -yə növbəti dəfə cərimə protokolu yazıldı. “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.
Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var və Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə sahibdir. Elbrus Nəbiyev “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin qardaşıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, ASC-nin kristal.az adlı rəsmi saytında ASC-nin yaranması, dəqiq adı, rəhbərliyi və diğər məlumatlar ümumiyyətlə qeyd olunmur. Bu isə özlüyündə ciddi suallar yaradır və şirkətin "Kristal Bakı" ASC kimi tanınmasını arxa planda saxlayır. //Bizimesr.az
"Kristal Bakı" ASC nə qədər "Kristal"dır? - Maliyyə hesabatı gizlinləri...

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
9.03.2026Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR... -
27.02.2026Anar Seyfullayev: "Səhnə mənim həyatımdır" - Səmimi söhbət -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
5.06.2026İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf
-
5.06.2026Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?
-
5.06.2026Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI
-
5.06.2026Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
-
5.06.2026Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ
-
5.06.2026Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ
-
5.06.2026“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
-
5.06.202649 nəfər səhrada susuzluqdan öldü
-
5.06.2026Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi
-
5.06.2026Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib
-
5.06.2026Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...
-
5.06.2026Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı
-
5.06.2026BMT: Dünyada ərzaq ucuzlaşıb
-
5.06.2026Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb
-
5.06.2026Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

5.06.2026Hicran Hüseynova dünyasını dəyişdi
-
5.06.2026“Liverpul” yeni baş məşqçisini açıqladı
-
5.06.2026İtaliyada dörd miqrant diri-diri yandırıldı
-
5.06.2026Məhv olmuş planetin ilk qəti sübutu tapıldı
-
5.06.2026Oğluna dördüncü dəfə Laçında toy etdi
-
5.06.2026ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb
-
5.06.2026Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək
-
5.06.2026Putin İlham Əliyevə buna görə təşəkkür etdi
-
5.06.2026Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir
-
5.06.2026Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
-
5.06.2026Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı
-
5.06.2026Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı
-
5.06.2026Zelenski Putinə görüş və atəşkəs təklif edib
-
4.06.2026Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə