4.12.2025
Yaxın zamanda nümayiş olunacaq "Project Hail Mary” filminin mərkəzində yer alan Günəş parlaqlığının azalması ssenarisi alimlər arasında narahatlıq yaradıb. Elmi məlumatlar göstərir ki, cüzi enerji azalması belə Kiçik Buzlaşma Dövrünü tətikləyə bilər.
"Duzxeber.az" xəbər cerur ki, Günəşin parlaqlığının zəifləməyə başlaması, Endi Ueirın eyni adlı romanından uyğunlaşdırılan filmdə olduğu kimi, qorxulu bir ssenaridir. Filmdə Günəş parlaqlığının bir il ərzində 1 faiz, 20 il ərzində isə 5 faiz azalacağı ehtimal edilir. Alimlər isə bu kiçik rəqəmlərin belə insanlıq üçün faciəvi nəticələr doğuracağını bildirir.
Yerə hər kvadrat metr üçün 1365 vatt enerji göndərən Günəş planetimizin istilik balansını qoruyur. Bu enerjinin təxminən 30 faizi geri əks olunur, qalanı isə atmosfer və səth tərəfindən udulur. Kaliforniya Texnologiya İnstitutundan planet alimi professor Devid Stivenson bildirir ki, Yer bu kritik balansı itirsə, temperatur sürətlə düşər və insanlıq qısa zamanda məhv ola bilər.
London Universitet Kollecindən professor Lusi Qrin qeyd edir ki, Günəş parlaqlığı təbii şəkildə dəyişir, lakin bu dalğalanmalar adətən hiss olunmur. Bununla belə, keçmişdə daha ciddi hadisələr baş verib. 1645–1715-ci illər arasında Günəş Maunder Minimumu kimi tanınan 70 illik sakitlik dövrünə daxil olub. Bu müddətdə Yer 0,6°C–2°C arası soyuma ilə Kiçik Buzlaşma Dövrünə qədəm qoyub.
Həmin dövrdə Günəş yalnız 0,22 faiz daha az enerji göndərirdi, lakin bu cüzi dəyişiklik belə Şimali Avropada məhsul qıtlığına və genişmiqyaslı aclığa səbəb olmuşdu.
Əgər "Project Hail Mary”də olduğu kimi Günəşdən gələn radiasiya 1 faiz azalmağa davam etsəydi, qlobal temperatur sürətlə orta səviyyənin altına düşərdi. Arizona Universitetinin bir araşdırmasına görə, cəmi 1,8°C-lik qlobal soyuma belə qarğıdalı, buğda və düyü kimi əsas məhsulların istehsalını 11 faizə qədər azaldaraq iki il ərzində 5,3 milyard insanın həyatını itirməsinə səbəb ola bilərdi.
Oksford Universitetindən astrofizik doktor Bekki Smetherst bildirir ki, filmdəki kimi 5 faizlik azalma qütb buzlaqlarının Ekvatora doğru genişlənəcəyi yeni bir Buzlaşma Dövrünü dərhal başlayardı. 20 min il əvvəlki son Buzlaşma Dövründə orta temperatur bu günkindən cəmi 6°C aşağı idi və bu, Şimali Amerika və Avropanın yarısının buzlaqlarla örtülməsi üçün kifayət etmişdi. Smetherstə görə, müasir texnologiya sayəsində sağ qalan insanlar yəqin ki, yeraltına sığınmalı olardı.
Bəs bu ssenari real ola bilərmi? Alimlər Günəşin film ssenarisində olduğu kimi sürətlə soyumasının fiziki cəhətdən mümkün olmadığını bildirir.
Ridinq Universitetindən fizik professor Maykl Lokvud izah edir ki, Günəşin nəhəng kütləsi bir istilik akkumulyatoru kimi davranır və ölçüyəgəlməz enerji ehtiyatı saxlayır. Onun sözlərinə görə, Günəş nüvəsinin enerji istehsalını tam dayandırdığı təqdirdə belə, Günəşin yaydığı enerji bir milyon ildən sonra cəmi təxminən 1 faiz azalardı.
Elmi məlumatlar Günəş ləkələri və Günəş fırtınaları kimi dövri hadisələr zamanı Günəşdən gələn enerjidəki təbii dəyişikliklərin adətən 0,1 faiz civarında olduğunu göstərir. Buna görə də Günəşin birdən sönməsi və ya sürətlə soyuması yalnız elmi fantastika filmlərində mümkün hesab olunur.
Günəş qəfildən soyuya bilərmi və bu zaman Yerdə nə baş verər?
Yaxın zamanda nümayiş olunacaq "Project Hail Mary” filminin mərkəzində yer alan Günəş parlaqlığının azalması ssenarisi alimlər arasında narahatlıq yaradıb. Elmi məlumatlar göstərir ki, cüzi enerji azalması belə Kiçik Buzlaşma Dövrünü tətikləyə bilər."Duzxeber.az" xəbər cerur ki, Günəşin parlaqlığının zəifləməyə başlaması, Endi Ueirın eyni adlı romanından uyğunlaşdırılan filmdə olduğu kimi, qorxulu bir ssenaridir. Filmdə Günəş parlaqlığının bir il ərzində 1 faiz, 20 il ərzində isə 5 faiz azalacağı ehtimal edilir. Alimlər isə bu kiçik rəqəmlərin belə insanlıq üçün faciəvi nəticələr doğuracağını bildirir.
Yerə hər kvadrat metr üçün 1365 vatt enerji göndərən Günəş planetimizin istilik balansını qoruyur. Bu enerjinin təxminən 30 faizi geri əks olunur, qalanı isə atmosfer və səth tərəfindən udulur. Kaliforniya Texnologiya İnstitutundan planet alimi professor Devid Stivenson bildirir ki, Yer bu kritik balansı itirsə, temperatur sürətlə düşər və insanlıq qısa zamanda məhv ola bilər.
London Universitet Kollecindən professor Lusi Qrin qeyd edir ki, Günəş parlaqlığı təbii şəkildə dəyişir, lakin bu dalğalanmalar adətən hiss olunmur. Bununla belə, keçmişdə daha ciddi hadisələr baş verib. 1645–1715-ci illər arasında Günəş Maunder Minimumu kimi tanınan 70 illik sakitlik dövrünə daxil olub. Bu müddətdə Yer 0,6°C–2°C arası soyuma ilə Kiçik Buzlaşma Dövrünə qədəm qoyub.
Həmin dövrdə Günəş yalnız 0,22 faiz daha az enerji göndərirdi, lakin bu cüzi dəyişiklik belə Şimali Avropada məhsul qıtlığına və genişmiqyaslı aclığa səbəb olmuşdu.
Əgər "Project Hail Mary”də olduğu kimi Günəşdən gələn radiasiya 1 faiz azalmağa davam etsəydi, qlobal temperatur sürətlə orta səviyyənin altına düşərdi. Arizona Universitetinin bir araşdırmasına görə, cəmi 1,8°C-lik qlobal soyuma belə qarğıdalı, buğda və düyü kimi əsas məhsulların istehsalını 11 faizə qədər azaldaraq iki il ərzində 5,3 milyard insanın həyatını itirməsinə səbəb ola bilərdi.
Oksford Universitetindən astrofizik doktor Bekki Smetherst bildirir ki, filmdəki kimi 5 faizlik azalma qütb buzlaqlarının Ekvatora doğru genişlənəcəyi yeni bir Buzlaşma Dövrünü dərhal başlayardı. 20 min il əvvəlki son Buzlaşma Dövründə orta temperatur bu günkindən cəmi 6°C aşağı idi və bu, Şimali Amerika və Avropanın yarısının buzlaqlarla örtülməsi üçün kifayət etmişdi. Smetherstə görə, müasir texnologiya sayəsində sağ qalan insanlar yəqin ki, yeraltına sığınmalı olardı.
Bəs bu ssenari real ola bilərmi? Alimlər Günəşin film ssenarisində olduğu kimi sürətlə soyumasının fiziki cəhətdən mümkün olmadığını bildirir.
Ridinq Universitetindən fizik professor Maykl Lokvud izah edir ki, Günəşin nəhəng kütləsi bir istilik akkumulyatoru kimi davranır və ölçüyəgəlməz enerji ehtiyatı saxlayır. Onun sözlərinə görə, Günəş nüvəsinin enerji istehsalını tam dayandırdığı təqdirdə belə, Günəşin yaydığı enerji bir milyon ildən sonra cəmi təxminən 1 faiz azalardı.
Elmi məlumatlar Günəş ləkələri və Günəş fırtınaları kimi dövri hadisələr zamanı Günəşdən gələn enerjidəki təbii dəyişikliklərin adətən 0,1 faiz civarında olduğunu göstərir. Buna görə də Günəşin birdən sönməsi və ya sürətlə soyuması yalnız elmi fantastika filmlərində mümkün hesab olunur.
Oxşar xəbərlər
-
1.12.2025Çində havadan gündə 50 litr su istehsal edən qurğu HAZIRLANDI -
29.11.2025Temperatur -98 dərəcəyə düşə bilər: Yerdəki ən soyuq yer haradadır? -
22.11.2025Prezident açılış etdi - FOTOLAR -
20.11.2025Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək -
20.11.2025Orta Asiyanın Pompeyi: Nəhəng gölün dibində itmiş İpək Yolu şəhəri tapıldı
Xəbər lenti
-
12.06.2026Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq
-
12.06.2026Bakı Limanında quru yük aşırılması artıb
-
12.06.2026Azərbaycanda zəlzələ oldu
-
12.06.2026Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib
-
12.06.2026Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
-
12.06.2026Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika
-
12.06.2026İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
12.06.2026Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
-
12.06.2026Şuşada bu işləri görmək qadağan edilir
-
12.06.2026Prezident Putinə məktub göndərdi
-
12.06.2026"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı
-
12.06.2026"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı
-
12.06.2026Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
-
12.06.2026Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib
-
12.06.2026İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
-
12.06.2026Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir
-
12.06.2026Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib
-
12.06.2026Dünya çempionatı açılışında dava düşdü
-
12.06.2026128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı
-
12.06.2026“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
12.06.2026İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub
-
12.06.2026Bu rayonlarda ehsan LƏĞV EDİLDİ
-
12.06.2026Bakıda yaşlı kişi dənizdə boğularaq öldü
-
12.06.2026İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
-
12.06.2026Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...
-
12.06.202626 yaşlı oğlan kafedə qətlə yetirilib
-
12.06.2026DYP-dən “Son zəng”lə bağlı müraciət
-
12.06.2026İlon Mask tarixdə ilk trilyonçu oldu
-
12.06.2026Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu
-
12.06.2026Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq



