30.03.2026
Duzxeber.az: - Əzilən tələbələri müdafiə etdiyinə görə təqib olunduğunu deyən müəllim Aysel Quliyeva yenidən NDU rəhbərliyinin hədəfinə düşüb. Universitetin vəzifəlisi Abbas Əhmədov ləyaqətini alçatmaqda ittiham etdiyi keçmiş müəllimi yenidən məhkəməyə verib.
Onun şikayət ərizəsi bundan əvvəlki məhkəmə çəkişməsində iki dəfə uduzduğu ittiham mətninin eynisidir. Bu dəfə fərq isə müəllimin cəzalandırılması ilə yanaşı, mənəvi zərərə görə ondan 20 min manat təzminat tələb etməsidir.
Aysel Quliyeva “Gündəlik Naxçıvan”a bildirib ki, bu iddia ondan qisas almaq məqsədi daşıyır:
“Naxçıvan Dövlət Universitetində qarşılaşdığım vəziyyət elm deyil, şəxsi ambisiyalar və hüquqsuzluq idi. Bir il ərzində məni işdən uzaqlaşdıran, maaşsız qoyan rəhbərlik indi də mənə qarşı 20 min manatlıq mənəvi təzminat iddiası qaldırıb. Bu, ədalət axtarışı yox, susdurma cəhdidir.
10 aydır gəlirsiz və borc içində olan birindən bu məbləğin tələb olunması absurddur. Mənim nə evim, nə maşınım var – tək sərvətim biliyimdir. Bu məsələ əslində mənə yox, gənc kadrlara qarşı münasibətə aiddir.
Bir ildən çoxdur məni məhkəmələrlə yormaq, maddi və mənəvi cəhətdən sarsıtmaq istəyirlər. Amma haqqımı sona qədər müdafiə edəcəyəm.”
Ötən ilin sentyabrında “Gündəlik Naxçıvan” NDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yayıb. Müraciətdə dekan müavini Abbas Əhmədovun tələbələri döydüyü və təhqir etdiyi iddia olunurdu. Tələbələr bildirirdilər ki, universitet rəhbərliyi onu cəzalandırmaq əvəzinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxarıb.
Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək məhkəməyə müraciət etmişdi. Şikayət olunan şəxs – Aysel Quliyevanın isə həmin müraciətin yayılması ilə heç bir əlaqəsi olmayıb. Buna baxmayaraq, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva şikayəti icraata götürmüşdü. Məsələ ictimailəşdikdən sonra bu addım ciddi ictimai qınağa səbəb olmuş, hakim isə ilk iclasda işə baxmaqdan imtina etmişdi.
Daha sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova verilmişdi. O isə şikayəti əsassız hesab edərək işə xitam vermişdi.//Gündəlik Naxçıvan
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...

Oxşar xəbərlər
-
20.03.2026NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.02.2026Anar Seyfullayev: "Səhnə mənim həyatımdır" - Səmimi söhbət -
30.01.2026Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir
-
26.06.2026Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoydu
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ