3.04.2026

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə, icbari sığorta müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqının hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.
Maraqlıdır, sözügedən addım taksi qiymətlərinin artımına səbəb ola bilər?
Duzxeber.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu, yerində verilmiş qərardır.
Ekspert vurğulayıb ki, taksi xidmətlərində qiymət artımı olmayacaq:
“Taksilərin qiyməti rəqabət nəticəsində formalaşır. Buraya taksilərin sayı, sifarişlərin həcmi və digər amillər daxildir. Sığorta əmsalının artırılması da bu xidmətlərə ciddi təsir etməyəcək. Dediyim kimi, bu, yerində verilən qərardır. Bazar analiz edilib. Taksilər daha intensiv istifadə olunur, buna görə də bu addım atılıb. Baxın, bir var hakim və ya müəllimin şəxsi avtomobili, bir də var taksi kimi istifadə olunan nəqliyyat vasitəsi. Burada risklər fərqlidir. Risklər yüksək olduğuna görə sığorta haqqı da yüksək olmalıdır”.
Sığorta eksperti Nicat Əlibəyli isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu addım daha çox sığorta şirkətlərinə fayda verəcək.
N.Əlibəyli əlavə edib ki, taksi kimi istifadə olunan avtomobillər daha çox ziyan görür:
“Həm taksi sürücüləri, həm də avtomobillər digərləri ilə müqayisədə daha çox ziyan görür. Daha tez köhnəlir və qəza riski yüksək olur. Bu da ciddi problemdir. Sığorta şirkətləri də məcburən həmin zərəri ödəyirlər. Onlar xeyriyyə təşkilatı deyil. Bu qərar şirkətlərin maliyyə dayanıqlığını qorumağa xidmət edir. Aydındır ki, kommersiya məqsədilə istifadə olunan avtomobillər daha çox ziyan görür. Əmsalların artırılması sığorta şirkətləri üçün əlavə motivasiya yaradacaq. Qiymətlərin artımına gəldikdə isə, düşünürəm ki, bu, taksi xidmətlərində ciddi bahalaşmaya səbəb olmayacaq”.
Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026Ölkədaxili sifarişli daşımalarda tələb olunan sənədlər ARTIRILDI -
24.02.2026Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
27.11.202516 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı
Xəbər lenti
-
30.05.2026Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir
-
30.05.2026Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
30.05.2026№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın
-
30.05.2026Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir
-
30.05.2026Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?
-
30.05.2026Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU
-
30.05.2026Məşhur futbolçu saxlanıldı
-
30.05.2026Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər
-
30.05.2026“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər
-
30.05.2026Ermənistan İrandan bu raketləri aldı
-
30.05.2026Google illər sonra dəyişir
-
30.05.2026Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib
-
30.05.2026Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq
-
30.05.2026Millimiz Fransaya qarşı
-
30.05.2026İran İsrailə qarşı sərt bəyanat yaydı
-
30.05.2026Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər
-
30.05.2026Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb
-
30.05.2026Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi
-
30.05.2026Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO
-
30.05.2026Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır
-
30.05.2026İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?
-
30.05.2026Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi
-
30.05.2026Ağır qəza olub: Yaralılar var
-
30.05.2026“İranın uranı Qazaxıstanda saxlanıla bilər”
-
30.05.2026Qızıl və gümüş bahalaşdı
-
30.05.2026İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB
-
30.05.2026Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi
-
30.05.2026Bakı sakinlərinə xəbərdarlıq
-
30.05.2026İsrail Qəzzaya hücum etdi - Ölən və yaralananlar var
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir